Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru

Ramiz Məmmədzadə.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, burada söz idarəetmənin ümumi funksiyalarından gedəcək. Bu, bir çox məktəb rəhbərlərinin fəaliyyətinin zəif tərəfidir. Bunun da tarixən obyektiv səbəbləri var. Bu, hər şeydən əvvəl, Sovetlər dövründə məktəbşünaslıqda “rəhbərlik” termini “idarəetmə” termini kimi qəbul edilirdi ki, bu da əsasən inzibatçılıqla bağlanırdı. Yəni göstəriş vermək, əmrləşdirmək, hökmləşdirmək və s. hüququna malik olmaq. Təsadüfi deyil ki, indi də bir çox məktəb rəhbərləri və ümumiyyətlə rəhbər işçilərin əksəriyyəti verdikləri göstərişləri özləri həyata keçirə bilmədikləri halda başqalarından tələb edirlər. Ardı »

Oxunma sayı: 74

Misir Mərdanov: “Təhsildə islahatların əsas istiqamətlərindən biri də dərsliklərlə bağlıdır”

Təhsil nazirliyi

Dərsliklərin nəşri və çapı işləri prezidentin 2002-ci il tarixli fərmanı ilə təsdiq edilən “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.  Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması işini tənzimləmək məqsədilə hazırlanan “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları” 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Ardı »

Oxunma sayı: 52

“Düzəlişlər”lə bağlı düzəlişlərə münasibət

TQDK

28 dekabr 2011-ci il tarixində “525-ci qəzet”də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Biologiya” vəsaitlərinin tərtibçiləri T.M.Eybatov (AMEA Geologiya İnstitutunun şöbə müdiri, H.Zərdabi adına “Təbiət tarixi müzeyi”nin direktoru, biologiya elmləri namizədi) və T.Ə.Məmmədxanlının (İ.Əfəndiyev adına “Elitar gimnaziya”nın müəllimi, biologiya elmləri namizədi) imzasıyla dərc edilən “Düzəlişlər”lə bağlı düzəlişlər başlıqlı yazıda Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının “Biologiya” bölməsində keçirilən müzakirələrlə bağlı yanıldıcı fikirlərin yer aldığını nəzərdə tutaraq oxucular üçün aydınlıq gətirmək istərdik. Ardı »

Oxunma sayı: 92

Azərbaycan təhsil sistemində qiymətləndirmə siyasəti

Təhsil Nazirliyinin binası

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, təhsil cəmiyyətdə siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan kapitalının formalaşmasında həlledici rol oynayır. Yüksək təhsilli insanlar cəmiyyətdə qarşılıqlı etibarın güclənməsini, sivil və etik normalara riayət olunmasını təmin edir, həyatda daha doğru, ədalətli, sağlam və konstruktiv mövqe nümayiş etdirir, təhsil səviyyəsi aşağı olan insanlar isə bir çox hallarda asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilə bilirlər. Ardı »

Oxunma sayı: 39

TQDK-nın “Biologiya” vəsaiti etibarsızmış…

TQDK

Bakı, Biologiya.org, 05.01.2012 - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının “Biologiya” bölməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci ildə dərc etdirdiyi “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi və satışının dayandırılması üçün TQDK sədrinə müraciət etmişdir. Müraciətdə TQDK sədri Məleykə Abbaszadənin çalışqanlığı təqdir edilməklə bərabər qeyd olunur ki, onun güvəndiyi mütəxəssislər etibarından sui-istifadə edərək ölkədə aparılan uğurlu təhsil siyasətinə kölgə salınmasına səbəb olur. Ardı »

Oxunma sayı: 141

Azərbaycanlı alim yeni planet kəşf etdi

12-ci Planet

Son günlərin ən çox müzakirə edilən mövzularından biri də “Marduk” adlı planetin kim tərəfindən kəşf edilməsi olub. 1983-cü ildə ikinci bir günəş sisteminin var olub-olmadığını görmək üçün NASA “IRAS” adlı peyki kosmasa göndərib. Araşdırmalar nəticəsində belə bir planetin olması təsdiqni tapıb. Hətta 1983-cü ilin 21 dekabr tarixində “Vaşinqton Post” qəzetinin birinci səhifəsində “Sirrli Bir Göy Cismi Kəşf edildi” başlıqlı xəbər də dərc edilib. Ardı »

Oxunma sayı: 124

III və IV ixtisas qrupları üzrə yeni test modeli müəyyənləşib

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi III və IV ixtisas qrupları üzrə yeni test modelini müəyyənləşdirib. Lent.az-ın komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, test modelinin formalaşdırılması ilə əlaqədar yaradılmış işçi qrupun rəhbəri N.Kərimli test modeli üçün təklif olunmuş test tapşırıqları nümunələrini müzakirəyə təqdim edib.  Seminar iclasında 7 test tapşırığı müzakirə edilib. Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, qabiliyyət göstəricilərinə görə və məzmun baxımından təhlil olunub. Ardı »

Oxunma sayı: 242

Misir Mərdanov Məleykə Abbaszadəyə cavab verdi: “Bu məsələni şouya çevirmək lazım deyil”

Misir Mərdanov Təhsil naziri

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin orta məktəb dərsliklərində səhvlərin olması barədə iddiasına təhsil naziri Misir Mərdanov cavab verib. Jurnalistlərə açıqlamasında nazir deyib ki, məsələni şouya çevirmək lazım deyil. Onun sözlərinə görə, nazirliyin dərslikləri qiymətləndirən şurası var və həmin qurumun qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadəni düzgün hesab etmir. Misir Mərdanov dərsliklərdəki səhvlər barədə işi bilən adamlar, mütəxəssislər danışmalıdır- söyləyir. Ardı »

Oxunma sayı: 171

Sosial şəbəkələr və biz

Sosial şəbəkə

Cəmiyyətin bir hissəsi olaraq, insanların bir-biri ilə ünsiyyətdə olmağına ehtiyacı var. Mobil telefonların peyda olmasından əvvəl insanlar bir-birlərini tez-tez ziyarət edərdilər. Amma mobil telefonların ucuz olması və danışıq tariflərinin yetərincə aşağı olması bu ziyarətləri telefon danışıqları ilə əvəz etdi. Bununla birlikdə kompüter istifadəçilərinin ən çox sevdiyi sosial şəbəkələr də yaradıldı. Onların istifadəçilərinin sayı milyonlarladır. Onlardan ən böyüyü Facebook-dur. Ardı »

Oxunma sayı: 148

Azərbaycanda şagirdləri internetdən “qoruyacaqlar”

İnternetə qadağa???

Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər. Bunu Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib. Onun sözlərinə görə, filtrasiyalı internetdən “Elektron məktəb” layihəsinin iştirakçısı olan orta məktəblərdə təhsil alan və netbuklarla təmin edilmiş şagirdlər istifadə edəcəklər.  Məmmədov deyib ki, netbuklar “Elektron məktəb” layihəsi rəhbərliyinin qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. Ardı »

Oxunma sayı: 111

Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılması üçün hökumətə müraciət edib

Təhsil Nazirliyi

24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilə bilər. Azərbaycanın Təhsil Nazirliyi müəllimlər üçün mövcud dərs yükünün artırılması təklifi ilə çıxış edib.APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında bildirib ki, Nazirlər Kabinetinin mövcud qərarına əsasən, müəllimlər 24 saatdan çox dərs yükünə malik ola bilməzlər: “Dərs yükü elə bir şey deyil ki, onu kəsib atasan. Biz Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məktubla müraciət etmişik ki, 24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilsin”. Ardı »

Oxunma sayı: 213

Bakıdakı məktəb direktorlarına yaş senzi tətbiq olunacaq

Təhsil naziri Misir Mərdanov

Yanvarın 1-dən Bakıdakı məktəb direktorlarına yaş senzi tətbiq olunacaq. Yaş senzi indiyədək 295 məktəb direktoruna, ümumilikdə isə 10 106 müəllimə şamil edilib. Bakı şəhərinin orta məktəblərinin direktorlarına yaş senzi hələ tətbiq edilməyib. APA-nın məlumatına görə, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov bildirib. Nazir deyib ki, Bakı məktəblərinin direktorlarına yaş senzi gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Ardı »

Oxunma sayı: 199

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu

QİÇS simvolu

AİDS/QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu, bu xəstəlik haqda yəqin ki, az-çox məlumatınız var. Elə Bakı sakini Səfər Əliyev də bu haqda yenicə öyrənənlərdəndir, baxmayaraq ki, artıq 45 yaşı var. Səfər deyir ki, QİÇS-ə yoluxduğunu 2 il bundan öncə öyrənibmiş. Bu da təsadüfən olub, könüllü qanvermə aksiyasına qoşulub. Ondan sonra məlum ki, Səfər Əliyev AİDS/QİÇS daşıyıcısıdır. Səfər deyir ki, bu vaxta qədər yoluxucu xəstəlik haqda məlumatsız olmasından çox peşmandır: Ardı »

Oxunma sayı: 125

Kişilərə zərər verən metal-Qızıl!

Qızıl

Nəcib metallar təbiətdə sərbəst şəkildə tapılır.Qızıl nəcib metal qrupuna aiddir. Qızıl və gümüş yüksək temperaturda ərisələr də,qızdırıldıqda heç bir kimyəvi reaksiyaya girmirlər. Bu xüsusiyyəti isə ondan rahat istifadə etməyə imkan verir.Qızıl yumşaq ,asan deformasiyaya uğrayan metal olduğu üçün zərgərlərin diqqətini hələ qədim zamanlardan cəlb edib. Qızıl külçələrindən tilsim və dua əşyası kimi istifadə edilirdi. Zaman keçdikcə bu qiymətli metaldan pul, sikkə kəsildi. Hələ qədim zamanlardan Yunanıstanda,İngiltərədə qızıl çıxarılırdı. Ardı »

Oxunma sayı: 149

Təhsilimizin bünövrəsindəki bomba

Məktəb illəri

Birinci siniflərin dərs yükü: eyni vaxtda 3 dildə yazıb-oxumağı öyrənməyin Azərbaycan modeli. “Azərbaycanda təhsili bünövrəsindən məhv edirlər. Hələ hərf tanımayan I sinif şagirdlərinə eyni vaxtda 3 dil keçirlər – ana dili, ingilis dili, rus dili. Öz dilində sərbəst yazıb-oxumağı bacarmayan uşaq eyni vaxtda 8-9 aya 3 dili necə öyrənə bilər?”. İxtisasca filoloq olan Mətanət Səmədova orta məktəblərdə I sinif şagirdlərinin həddən artıq yüklənməsindən narahatdır. Deyir ki, orta məktəblərdə tədris proqramından əlavə dərslər keçirilir.  Ardı »

Oxunma sayı: 190
Biologiya müəllimlərinin I qurultayı
Əməkdar müəllim
Çevir
Ən yaxşı müəllim
Sizi xoş gördük, uşaqlar!
Banner
Arı bal toplayır
Video dərslər
ЦСОТ- ÇTTM
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Sayğac










free counters