Müəllif arxivi
Bir də Azərbaycanı gəzsək…

Milli qəhrəmanlar
Azər Həsrət
İtaliya, ardından da Türkiyə səfərimi tamamlayıb Azərbaycana döndükdən sonra yaxşıca dincəlib yol yorğunluğumu çıxarmaq kimi bir planım vardı. Ancaq “sən saydığını say, gör fələk nə sayır” deyə bir ifadə vardır axı! Ötən şənbə günü axşama İstanbul-Bakı təyyarəsi ilə Bakıya yetişdim və evə çatdım. Dərhal da bəlli oldu ki, qarşıdakı bazar ertəsi Bərdədən başlanan bir yurd içi gəzim olacaqmış. Özü də tam üç gün və uzun-uzun yollarla… Ardı »
Oxunma sayı: 110“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin MƏLUMATI
Bu gün Akademik Zərifə Əliyeva adına məktəbdə Multimedia Mərkəzi tərəfindən nəşr olunan “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə BDU-nun kafedra müdiri Cahangir Məmmədli açıb.
Kitabın naşiri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz kitab haqqında, onun yazılmasının səbəbləri haqqında geniş məlumat verib. O, kitabın müəllifləri Nazim Rüstəmli və Ramin Fərəcov, həmçinin kitabın elmi redaktoru Ramin Mahmudzadəyə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Ardı »
Oxunma sayı: 160Təhsil Nazirliyində növbəti kollegiya iclası
Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər. Ardı »
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb
Bu gün (21 oktyabr) prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda göstərilib ki, ölkədə fundamental elmi tədqiqatların stimullaşdırılması, təbii resursların, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək üçün belə bir fond yaradılır. Ardı »
Oxunma sayı: 343Həftəsonu Bakıda FLEX proqramı üzrə imtahanların ilk mərhələsi keçiriləcək
Oktyabrın 17-18-də Bakıda FLEX proqramı üzrə imtahanların ilk mərhələsi keçiriləcək. APA-nın ABŞ səfirliyinə istinadən yaydığı məlumata görə, 18 ildir həyata keçirilən FLEX proqramının finalına vəsiqə qazanan şəxslərə bir il ərzində ABŞ-da pulsuz təhsil almaq üçün şərait yaradılır. İmtahanlarda 1 yanvar 1993-cü ildən 15 iyul 1995-ci illərdə anadan olmuş, orta məktəblərin 9-11-ci şagirdləri iştirak edə bilərlər. Ardı »
Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələri
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədilə 2008-ci ildən müvafiq tədqiqat proqramı həyata keçirir.
Oktyabrın 14-də ATİB-in ofisində proqram çərçivəsində “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzusunda hazırlanmış tədqiqatın ictimai müzakirəsi olmuşdur. Ardı »
Oxunma sayı: 75Dillər Universitetində Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçivəsində tədbir
Azərbaycan Dövlət Dillər Universitetinin (ADDU) Heydər Əliyev adına muzey-lektoriyasında Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçivəsində tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın Şarl de Qoll adına Lil 3 Universitetinin “Dil və mədəniyyətin didaktikası” master proqramının rəhbəri, professor xanım Mari Joze Barbo “Fransız dili müəllimi peşəsinin inkişafı”, Fransız dilinin İnternet, İKT vasitəsilə avtonom şəkildə öyrənilməsi və onun müəllimlərin fasiləsiz təhsilinə tətbiqi sahəsində mühazirələr söyləmək üçün oktyabrın 6-dan 18-nə kimi Bakıya dəvət olunub və ADU-da treninqlərə başlayıb. Ardı »
Oxunma sayı: 127Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılacaq Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaqdır. Ardı »
"Təbiət bizim sərvətimizdir" məktəblilərin respublika müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikası qanunundan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədi ilə Ardı »
Oxunma sayı: 157Gənclərin xaricdə təhsil almaq imkanları artırılır
Oktyabrın 10-da Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən gənclərin xaricdə təhsil almaq imkanlarının artırılmasına həsr olunmuş seminar öz işinə başlayıb. Bu barədə RİYAD MEDİA-ya GTM-nın mətbuat xidmətindən bildiriblər.
Seminarı giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev tədbirin əsas məqsədi barədə məlumat verərək qeyd edib ki, seminarın kecirilməsində məqsəd gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdan ibarətdir. Ardı »
Oxunma sayı: 97İlin ən yaxşı müəlliminin beynəlxalq "açıq dərs"i
Bakı şəhərinin Xətai rayonundakı şəhid, Milli Qəhrəman Ələkbər Əliyev adına 204 nömrəli orta məktəbin biologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Almaz Həsrət 5 oktyabr Beynəlxalq Müəllim Gününü özünəməxsus şəkildə qeyd edib. O, həmin gün “açıq dərs” keçib. Əlbəttə, ilk baxışdan burada qəribə bir şey yoxdur. Ancaq bəlli olanda ki, bu “açıq dərs” beynəlxalq statuslu, özü də yeni metodlarla olub, doğrudan da diqqətçəkən bir məsələdir. Ardı »
Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması
Azərbaycanın Təhsil Nazirliyi tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.
İKT informasiya mərkəzinin Trend News-a bildirdiyinə görə, Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir. Ardı »
Oxunma sayı: 75Müsabiqə qalibi
Almaz Həsrət: “Tədris etdiyim fəndən keçdiyim mövzular üzrə özüm metodik vəsait hazırlayıram”
Müəllim gününü qeyd edənlər arasında ən çox fərəhlənənlər bu il müxtəlif mükafatlar və adlara layiq görülənlərdir. Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbin biologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş Almaz Həsrət də müəllim gününü əvvəlkilərdən fərqli şəkildə qeyd edənlərdəndir. Ardı »
Oxunma sayı: 144




