Müəllif arxivi
“Təbiət Mənəm” layihəsi
Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatı, N.Nərimanov adına kütləvi kitabxana, www.anayam.az informasiya portalı və Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəssisi Ramil Rüstəmov ilə birlikdə “Təbiət Mənəm” adlı layihə həyata keçirir. Bu barədə almazhasret.com -a Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatının sədri Cəfər Mənsimi məlumat verib. Layihə 2010-cu il ekologiya ili tədbirləri çərçivəsində gerçəkləşir. “Təbiət Mənəm” layihəsi orta məktəblərdə silsilə olaraq ekoloji seminarlar, rəsm müsabiqələri keçirilməsini nəzərdə tutur. Ardı »
1 milyon dollarlıq Təhsil Mükafatı
Bill Geyts Fondu 1 milyon dollarlıq Təhsil Mükafatı elan edir. Bill və Melinda Geyts Fondu elmə gedən yol mükafatı üçün namizədlər axtarır. Mükafat inkişaf etməkdə olan ölkələrdə yoxsul və aztəminatlı insanları pulsuz kompyuter və internet xidmətləri ilə təmin edən Fondun Qlobal Kitabxanalarının vəzifələrindən biridir.
Yalnız Birləşmiş Ştatlardan kənar təşkilatlar müraciət edə bilər. Mükafat ehtiyacı olan insanlara aşağıdakı xidmətləri təqdim edəcək. Ardı »
Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin məbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, konfranslar 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq. Nazirin əmrinə əsasən tapşırılıb ki, 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin, konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin, konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində Ardı »
Məktəblərin vahid məlumat sistemi
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərinin rəhbərlərinə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaları ilə bağlı tapşırıq verib. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, ali və orta ixtisas məktəbləri “Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlaqədar, ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr (o cümlədən, xarici ölkələrdən), tələbələr sırasından xaricedilmələr, Ardı »
Bu ilki məzunların nəticəsi
“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Ardı »
Ürək möcüzəsi
Xalid Ərtuğrul. Ürəyimdən kiçik bir əməliyyat keçirmişdim. O əsnada ürək möcüzəsinə və ürəkdəki İlahi imzaya xüsusilə şahid olmuşdum. Bu İlahi nemət qarşısında heyrətimi gizlədə bilmədim. Vücudumuzda ürəyimiz dayansa nə olar? Və ya insanlar ürəksiz olsa nə olar? Bu iki sualı insan özündən soruşmalıdır. Əlbəttə ki, cavabı da çətin deyil. Biri ölümə, digəri də ictimai böhrana aparar. Yəni Uca Allah, iki cür ürək yaratmışdır. Biri maddi, digəri də mənəvi qəlbdir. Bəs insan üçün, hər şey olan qəlbimizə sahib olduğumuzdan ötrü nə etməliyik? Bu möcüzə orqanı, ən mükəmməl və ən ahəngli şəkildə yerləşdirən və işlədən Allaha necə şükr etməliyik? Bunun vacibliyini dərk etmək üçün əvvəlcə ürəyimizi tanıyaq: Ardı »
Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb!
Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb. Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Ardı »
Mübariz İbrahimovun son məktubu…
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Ardı »
İlk dəfə 7 abituriyent 700 bal topladı
Ötən il ən yüksək nəticəni cəmi 2 nəfər göstərmişdi. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq, bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb. Ardı »
Есть ли Бог?
Шесть прямых обоснований существования Бога. (Мэрилин Эдамсон) Разве вы не хотите, чтобы хотя бы раз вам кто-то просто привел доказательства существования Бога? Никакого «выкручивания рук» не будет. Не будет также утверждений типа «Вам просто нужно поверить». Мы просто сделаем попытку искренне предложить вам основания, подтверждающие существование Бога. Ardı »
Az otur, çox yaşa!
Alimlər çox oturmağın ziyanlarını müəyyən edib. Həkimlər çox oturmağın insan səhhətində bir sıra problemlərə gətirib çıxaracağı haqqında xəbərdarlıq edir. Hətta bu xəstəliklərin erkən ölümə səbəb olması da qeyd olunur. Alimlərin apardığı müşahidələr də bunu təsdiqləyib. Belə ki, gün ərzində televiziya qarşısında 4 saatdan çox oturan və buna 2 saatdan az vaxt sərf edən insanlar müqayisə olunub. Nəticədə məlum olub ki, televiziya qarşısında daha çox vaxt keçirən Ardı »
İnsan yaşlaşdıqca beyin zəifləyirmi?
ABŞ-ın Maunt Sinay Tibb Məktəbinin əməkdaşları müəyyən ediblər ki, insan beyninin bəzi xüsusiyyətləri yaş ötdükcə daha da təkmilləşir. İndiyə qədər belə hesab olunurdu ki, əqli qabiliyyətlər insan 20 yaşında olarkən öz zirvə nöqtəsinə çatır. Tədqiqatın nəticələri isə göstərdi ki, yaşlı insanlarda belə uzunmüddətli yaddaş nəinki zəifləmir, hətta danışıq qabiliyyəti, emosional intellekt və sosial vərdişlər daha üstün səviyyədə olur – Daily Telegraph-a istinadən “İzvestiya Nauki” xəbər verir. Ardı »





