‘Ümumi’ bölməsi üçün arxiv
“Təbiət Mənəm” layihəsi
Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatı, N.Nərimanov adına kütləvi kitabxana, www.anayam.az informasiya portalı və Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəssisi Ramil Rüstəmov ilə birlikdə “Təbiət Mənəm” adlı layihə həyata keçirir. Bu barədə almazhasret.com -a Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatının sədri Cəfər Mənsimi məlumat verib. Layihə 2010-cu il ekologiya ili tədbirləri çərçivəsində gerçəkləşir. “Təbiət Mənəm” layihəsi orta məktəblərdə silsilə olaraq ekoloji seminarlar, rəsm müsabiqələri keçirilməsini nəzərdə tutur. Ardı »
Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb!
Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb. Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Ardı »
Mübariz İbrahimovun son məktubu…
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Ardı »
İnsan yaşlaşdıqca beyin zəifləyirmi?
ABŞ-ın Maunt Sinay Tibb Məktəbinin əməkdaşları müəyyən ediblər ki, insan beyninin bəzi xüsusiyyətləri yaş ötdükcə daha da təkmilləşir. İndiyə qədər belə hesab olunurdu ki, əqli qabiliyyətlər insan 20 yaşında olarkən öz zirvə nöqtəsinə çatır. Tədqiqatın nəticələri isə göstərdi ki, yaşlı insanlarda belə uzunmüddətli yaddaş nəinki zəifləmir, hətta danışıq qabiliyyəti, emosional intellekt və sosial vərdişlər daha üstün səviyyədə olur – Daily Telegraph-a istinadən “İzvestiya Nauki” xəbər verir. Ardı »
Uşaqları kitab oxumağa alışdıraq
Türkiyənin aile.org saytının verdiyi məlumata görə, kitab – uşağın zehni, hissi, sosial və dil inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Kitabların uşağın inkişafındakı önəmli yeri:
- o uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, -
- o uşağın inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət payını verir, Ardı »
Göyərti xərçəngin qarşısını alır
Göyərti xoşlayan insanlarda onkoloji xəstəliklərin yaranması riski xeyli azalır. Rusiya mətbuatının verdiyi məlumata görə, Avstraliya alimləri şüyüd, cəfəri, göy soğan və digər göyərtilərin insan orqanizminə xeyrini üzə çıxarıb. Məlum olub ki, həftədə ən azı 3 dəfə göyərti yeyən insanlarda xüsusilə dəri xərçənginin əmələ gəlmə riski düz 55% azalır. Alimlər bunu göyərtidə böyük həcmdə A, C və E vitaminlərinin, həmçinin digər xeyirli maddələrin olması ilə izah edir. Ardı »
Kitab oxumağın sehri
Zaman qəzetinin BBCyə istinadən verdiyi məlumata görə Amerikanın Mayo Klinik xəstəxanası hobbilərin insan həyatına təsiri haqqında araşdırma aparıb. Araşdırmada 70 və 89 yaşlı 200 insan arasında keçirilib. Onlardan əvvəlki illərdə məşğul olduğu hobbiləri haqqında soruşulub. Nəticədə məlum olub ki, orta yaş dövrlərində kitab oxuyan, əl sənəti ilə məşğul olan insanlarda qocalma 40% ə qədər azalır. 50-65 yaşlı insanlarda isə bu göstərici təxminən 30%dir. Ardı »
Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Ardı »
Netiketiniz olsun!
Bəlkə də birilərinə bu söz yabançı görünəcək. Bəlkə də biriləri “etiket” yazmaq istərkən çaşıb “netiket” yazdığımı düşünəcəklər. Hətta bu sözü dilimizə gətirdiyimə görə (hərçənd mənə qədər bu söz dilimizə çoxdan daxil olub) məni qınayanlar da tapılacaq. Sözü anlamayanların və ümumiyyətlə heç nəyi anlamaq istəməyənlərin bu yazını oxumayacağı da istisna deyil. Ancaq mən yazıram. Oxuyacaqlar üçün yazıram. Oxuyub nəsə öyrənmək, öyrənib əməl etmək istəyənlər üçün yazıram. Ardı »





