‘Təhsil xəbərləri’ bölməsi üçün arxiv
1 milyon dollarlıq Təhsil Mükafatı
Bill Geyts Fondu 1 milyon dollarlıq Təhsil Mükafatı elan edir. Bill və Melinda Geyts Fondu elmə gedən yol mükafatı üçün namizədlər axtarır. Mükafat inkişaf etməkdə olan ölkələrdə yoxsul və aztəminatlı insanları pulsuz kompyuter və internet xidmətləri ilə təmin edən Fondun Qlobal Kitabxanalarının vəzifələrindən biridir.
Yalnız Birləşmiş Ştatlardan kənar təşkilatlar müraciət edə bilər. Mükafat ehtiyacı olan insanlara aşağıdakı xidmətləri təqdim edəcək. Ardı »
Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin məbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, konfranslar 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq. Nazirin əmrinə əsasən tapşırılıb ki, 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilsin, konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsin, konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində Ardı »
Məktəblərin vahid məlumat sistemi
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərinin rəhbərlərinə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaları ilə bağlı tapşırıq verib. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, ali və orta ixtisas məktəbləri “Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlaqədar, ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr (o cümlədən, xarici ölkələrdən), tələbələr sırasından xaricedilmələr, Ardı »
Bu ilki məzunların nəticəsi
“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər. Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Ardı »
İlk dəfə 7 abituriyent 700 bal topladı
Ötən il ən yüksək nəticəni cəmi 2 nəfər göstərmişdi. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq, bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb. Ardı »
Təhsil haqqı artırılır?
Təhsil haqqının artırılması təklifi narazılıq doğurdu. Firudin Cəlilov: “Təhsil haqqının artırılması kasıb ailələrin belini qırmaqdan başqa bir şey deyil”. QayNar: Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair fikirlərini jurnalistlərlə bölüşərkən belə bir fikir işlədib ki, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyənləşdirilməsi narahatlıq doğurur. Ardı »
Orta ixtisas məktəblərinə ixtisas seçimi elanı
Qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Ardı »
Təhsil Nazirliyinin “Qaynar xətt”i
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib. İyun ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Ardı »
2009/2010: “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri
2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram: 1. 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən müəllimlər 5000 (beş min) manat Ardı »
Ümumtəhsil məktəblərinin I sinfinə uşaq qəbulu
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları.
1. Bu “Qaydalar” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir.
2. Ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji Ardı »
Ənənəvi “İnnovasiya günü” forumu
İyunun 30-da “Hyatt Regency” otelində ənənəvi “İnnovasiya günü” forumu keçirildi. Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, “Microsoft Azərbaycan” şirkətinin birgə təşkilatçılığı, HP, “Ultra” və “Bestcomp Group” şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə “Xalq kompüteri” layihəsinin əsas mərhələsi üzrə niyyət protokolu imzalandı. Ardı »
Elmin İnkişafı Fondu 2010-cu il müsabiqəsinin şərtləri
İyunun 30-da “Park İNN Azərbaycan” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Ardı »





