Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Almaz Həsrət mediada

Azərbaycan müəllimi qəzeti: Təhsil Problemləri İnstitutu dünya təhsil ekspertlərinın marağında

Moskva ICDE 2014  beynəlxalq konfrans

Moskva ICDE 2014 beynəlxalq konfrans

25-26 sentyabr 2014-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin təşkilatçılığı ilə “Sərhədsiz dünya: açıq, distant, elektron təhsil – Moskva ICDE 2014″ adlı beynəlxalq konfrans keçirilib.  Konfransda ölkəmizi Təhsil Nazirliyi TSİİ-nin Elektron və veb məzmunun inkişafı şöbəsinin müdiri Namiq Zeynalov və bu mötəbər elmi məclisə spiker kimi dəvət olunan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət təmsil ediblər. Ardı »

Oxunma sayı: 171

Azərbaycan Müəllimi qəzeti: “İnformasiya texnologiyaları idarəetmədə: gözlənilən risklər və imkanlar” mövzusunda III beynəlxalq konfrans

A. Aygistov və A. Həsrət

A. Aygistov və A. Həsrət

12-17 avqust tarixlərində Rusiyanın Altay diyarının Barnaul şəhərində “İnformasiya texnologiyaları idarəetmədə: gözlənilən risklər və imkanlar” mövzusunda III beynəlxalq konfrans keçirilib. “Altayda elektron həftə” layihəsi çərçivəsində Altay Dövlət Filarmoniyası və Altay Dövlət Universitetində reallaşdırılan bu beynəlxalq tədbir Rusiya İnformasiya Cəmiyyətinin İnkişaf Agentliyi (Moskva), “İnformasiya Təhlükəsizliyi Xidməti Rəhbərlərinin Assosiasiyası” Regionlararası İctimai Təşkilatı (Moskva) və Təlim Mərkəzləri Birliyinin (Barnaul) təşkilatçılığı ilə baş tutub. Ardı »

Oxunma sayı: 113

Rusiyada keçirilən “İnformasiya texnologiyaları idarəetmədə: gözlənilən risklər və imkanlar” adlı III beynəlxalq konfransda Azərbaycan təcrübəsi maraqla qarşılanıb

İKT- konfrans

İKT- konfrans

Avqust ayında Rusiyanın Altay diyarında keçirilən “Elektron həftə” artıq başa çatıb. Həftə çərçivəsində Altayın Barnaul şəhərində “İnformasiya texnologiyaları idarəetmədə: gözlənilən risklər və imkanlar” adlı III beynəlxalq konfrans təşkil edilib. Rusiyanın İnformasiya Cəmiyyətinin İnkişafı Agentliyi (RARİO), “İnformasiya Təhlükəsizliyi Xidməti Rəhbərlərinin Assosiasiyası” Regionlararası İctimai Təşkilatı (Moskva şəhəri), Rusiya Federasiyası Prezidentinin Elektron Demokratiya və İnformasiya Texnologiyalarının İnkişafı üzrə İdarəsi,  Ardı »

Oxunma sayı: 322

III Международная Конференция «Информационные технологии в управлении: прогнозируемые риски и возможности»

Altay-Konfrans

Altay-Konfrans

«ЭЛЕКТРОННАЯ НЕДЕЛЯ на АЛТАЕ» 11-17 августа 2014 год г. БАРНАУЛ
тел: +7(385) 255-55-21, электронная почта: seminar@krcentr.ru

http://2014.rf-seminar.ru/

III Международная Конференция «Информационные технологии в управлении: прогнозируемые риски и возможности» завершила свою работу. Она проходила в рамках «Электронной недели на Алтае». Ardı »

Oxunma sayı: 1148

“Güzəştlər və stimullaşdırıcı tədbirlər bölgə məktəblərinin inkişafına təkan verəcək”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Əgər bundan sonra müəllimlər yenidən Bakıya üz tutacaqlarsa, onlar artıq müəllim arzusunda olanlar deyillər”.
Nazirlər Kabineti “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qanuna dəyişikliklər edib. Nazirlər Kabineti yeni dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq həyata keçirib. Ardı »

Oxunma sayı: 230

Конференция на Алтайском крае

12-14 август 2014 год, Altay

12-14 август 2014 год, Altay

Образовательная площадка «Информационные технологии в образовании: новые возможности».
12-14 августа 2014 года в Алтайском крае в рамках «Электронной недели на Алтае» прошла III Всероссийская конференция «Информационные технологии в управлении: прогнозируемые риски и возможности». Одним из интересных мероприятий Конференции стала образовательная площадка «Информационные технологии в образовании: новые возможности». Ardı »

Oxunma sayı: 301

Azərbaycan müəllimləri Sankt-Peterburqda keçirilən elmi-praktik konfransda iştirak ediblər

Sank-Peterburq, konfrans

Sank-Peterburq, 1-4 iyul, 2014

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində “Distant təhsil: gələcəyə baxış” adlı IV elmi-praktik konfrans keçirilib. Konfransın təşkilatçıları Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Müasir Təlim Texnologiyaları Mərkəzi, mədəniyyətlərarası və çoxdillilik kommunikasiyası üzrə Beynəlxalq elmi metodik şura, Rusiya Dövləti Hidrometeorologiya Universiteti və s. ali təhsil ocaqlarıdır. Konfransın ilk günü Rusiyanın “Distant Təhsil” kompaniyasınn baş direktoru Svetlana Pavlova tərəfdaşları və təşkilatçıları adından gələn qonaqları salamlayaraq tədbirin açılışını elan edib, sonra isə sözü çıxışçılara verib. Ardı »

Oxunma sayı: 313

Bu balla ali məktəblərə qəbul dayandırılmalıdır

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət: “Arxivdə qalan sualı imtahana salmaq olmaz. Bu uşaq neyləsin? Belə olan halda nəticələr aşağı olur”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il də keçid ballarını aşağı salıb. Getdikcə küt və savadsız tələbə ordusuna geniş meydan verilir. Bunun ölkə təhsilinə hansı uğur və effekti vəd edəcəyini söyləmək elə də çətin deyil. Çünki ballar o səviyyəyə endirilib ki, orta məktəblərin buraxılış imtahanlarında qeyri-kafi qiymət alanlar da ali təhsil ocaqlarına asanlıqla qəbul olunacaqlar. Ardı »

Oxunma sayı: 925

Birinci sinifə qəbulla bağlı komissiya yaradılıb

oturaq təhsil

gələcəyimiz

Xüsusi istedadlı uşaqların necə seçiləcəyi maraq doğurur. Təhsil üzrə ekspert Almaz Həsrət hesab edir ki, təhsil sahəsində dövlət tərəfindən müsbət yöndə aparılan islahatları dəstəkləməliyik: “Təbii ki, bu islahatlar araşdırmalar aparılaraq müəyyən nəticəyə gəlindikdən sonra qərar qəbul olunur. Bu qərarların icrası üçün də müvafiq sənədlər toplusu imzalanır”.
Bakıda yeni tədris ilində birinci sinfə gedəcək şagirdlərin orta məktəblərə qəbulu ilə bağlı komissiya yaradılıb. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək. Ardı »

Oxunma sayı: 763

Direktor haqlıdır, yoxsa kənd camaatı?

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “…əlinə ali təhsil haqqında diplom alan şəxs məktəbdə, sinifdə, şagirdlər qarşısına çıxaraq onları özünün tərbiyəsi və davranışları çərçivəsində düzgün istiqamətə doğru aparacaq şəxs əsl müəllim olmalıdır.”
İsmayıllıdakı məktəb olayı rayon əhlini ayağa qaldırıb. Bu yaxınlarda İsmayıllıda baş verən hadisə insanların əsəblərini yerindən oynadıb. Belə ki, məktəb direktoru 18 yaşlı qızı zorlamaqda ittiham edilir. Hadisənin İsmayıllı rayonu Kürdmaşı kəndində baş verdiyi bildirilir. Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinin direktorudur. Ardı »

Oxunma sayı: 516

Təhsil Nazirliyindən daha bir yenilik

Kaspi qəzeti

Kaspi qəzeti

“Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət də cəmiyyətimizdə müəllim nüfuzunun artırılmasına böyük ehtiyac duyulduğunu bildirib. Bu səbəbdən o, müəllimliyin müqəddəs bir peşə, ad olduğunu qoruyub saxlamaqdan ötrü Təhsil Nazirliyi tərəfindən belə bir qərar qəbul edilməsini müsbət qiymətləndirib.”
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına,  Ardı »

Oxunma sayı: 348

“Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda konfrans keçirilib

BDU - konfrans zamanı

BDU – konfrans zamanı

İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak ediblər. Konfrans 2 panelə bölünüb. “Təhsildə media təfsilatı” mövzusunda keçirilən birinci panel Bakı Dövlət Universitetində baş tutub. Ardı »

Oxunma sayı: 345

Müəllim aqressiv olduqda…

Kaspi qəzetinə müsahibə

Kaspi qəzetinə müsahibə

Ekspertlər hesab edir ki, işə götürülən müəllimlərin psixoloji testdən keçməsi lazımdır. Bu yaxınlarda bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi Nahid Cavadovun məktəbin direktoru tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayıldı. İctimai rezonans doğuran həmin informasiyada təhsil müəssisələrində və internat tipli məktəblərdə şagirdlərin müxtəlif fiziki təzyiqlərə məruz qalması ilə bağlı fikirləri yenidən gündəmə gətirdi. Ardı »

Oxunma sayı: 455

“Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Qaliblərlər

Qaliblərlə

Mayın 30-da Təhsil Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı bloq” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır.  Ardı »

Oxunma sayı: 317

AZƏRBAYCANÇILIĞIN ƏLİFBASI VƏTƏNPƏRVƏRLİKDİR

Almaz Həsrət

Almaz Həsrət

Aydın Mirzəzadə: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub”. Zahid Oruc: “Milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipinə çevrilməlidir”. Əməkdar müəllim Almaz Həsrət düşünür ki, orta məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir.
“Azərbaycançılıq ideologiyasının mühüm əsaslarından biri vətənpərvərlik tərbiyəsidir. İdeya daşıyıcısı olan vətənpərvərlik duyğusu dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Ardı »

Oxunma sayı: 510
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters