‘A.Həsrətin fəaliyyətləri’ bölməsi üçün arxiv
“Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçirilib
Bu gün “Elektron Təhsil” Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu məqsədlə keçirilən Təqdimat Mərasimində Təhsil naziri cənab Misir Mərdanov çıxış edərək Müsabiqənin keçirilməsi haqqında, onun məqsədləri və nəticələri haqqında geniş məlumat verib. Nazir çıxışında Müsabiqənin əhəmiyyətini xüsusi vurğulayıb. 2010-cu ildə Təhsilə İKT ili elan olunduğunu diqqətə çatdıran nazir ölkə miqyasında qlobal şəkildə ilk dəfə olaraq keçirilən bu Müsabiqənin məhz İKT ili çərçivəsində həyata keçirilən tədbirlərin kulminasiya nöqtəsi kimi dəyərləndirib. Nazir Müsabiqənin keçirilməsi nəticəsində müəllimlər arasında İKT- nin tətbiqi Ardı »
Elektron Təhsil Müsabiqəsinin son mərhələsindəki işlərim
Əziz dostlar! Artıq Elektron Təhsil Müsabiqəsində növbəti mərhələ başlayıb. AlmazHasret.com saytı da əsas iddiaçılardan biri kimi nominantlar sırasındadır. Mənim “Zoologiya, 7-ci sinif. Çoxhüceyrəli heyvanlar. Yastı qurdlar tipi”, “İKT və yeni pedaqoji texnologiyaların tətbiqi”, “Biologiya və Ekologiyanın tədrisinin ən müasir üsulu” adlı işlərim, həmçinin vebmasteri olduğum “Kurikulum portalı” da nominantlar arasındadır. Siz müsabiqənin saytına daxil olaraq bu resurslarla bağlı fikrinizi yazmaqla mənə dəstək ola bilərsiniz. Sayğılarla, Almaz Həsrət.
Oxunma sayı: 137Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın GTZ Təşkilatının dəstəyi və iştirakı ilə Davamlı İnkişaf Cəmiyyəti müəllim və şagirdlər arasında vaxtaşırı olaraq bilgilənmə işləri aparır. Cəmiyyətin xətti ilə 22 may Ümumdünya Biomüxtəliflik günü və cari ilin ölkəmizdə “Ekologiya ili” elan olunması ilə əlaqədar mayın 17 və 19-da Bərdə və Füzuli rayonlarında “Biomüxtəlifliyin Davamlı İdarə Olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində müəllim və şagirdlər üçün treninqlər keçirilib. Ardı »
Qarabağ bölgəsinin təhsili etibarlı əllərdədir

F.Əliyeva, A.Həsrət, Mehparə xanım, R.Şərifov, Ə.Səmədov
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın GTZ təşkilatının dəstəyi və iştirakı ilə Fikrət Cəfərovun başçılıq etdiyi Davamlı İnkişaf Cəmiyyəti müəllim və şagirdlər arasında bilgiləndirmə işi aparır. 22 may yer üzündə biomüxtəliflik günü kimi qeyd edilir. Təbii ki, insanların biomüxtəlifliyi qoruması üçün Fikrət Cəfərov da öz təşkilatının imkanlarını səfərbər edib və doğrudan da çox ciddi işlərə imza atmaqdadır. 22 may Beynəlxalq Biomüxtəliflik günü ilə əlaqədar Bərdə və Füzulidə treninq keçirildi. Ardı »
Oxunma sayı: 111Füzuli rayonunda ekoloji treninq
“Biomüxtəlifliyin Davamlı idarə olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində keçirdiyim təlimlərin növbəti ünvanı, Azərbaycanın dilbər guşələrindən biri olan Füzuli rayonunda oldu. 22 may Ümumdünya Biomüxtəliflik günü ilə əlaqədar və Azərbaycanda bu ilin “Ekologiya ili” kimi qeyd olunması ilə əlaqədar görülən silsilə tədbirlərə qoşularaq Qarabağ bölgəsinə təlim keçməyə yola düşdüm. Ardı »
Bərdə rayonunda ekoloji treninq

“Biomüxtəlifliyin Davamlı idarə olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanın dilbər guşələrindən biri olan Bərdə rayonunda 22 may Ümumdünya Biomüxtəliflik günü ilə əlaqədar və Azərbaycanda bu ilin “Ekologiya ili” kimi qeyd olunması ilə əlaqədar görülən silsilə tədbirlərdən birinə də mən qoşuldum və Qarabağ bölgəsinə təlim keçməyə yola düşdüm. Ardı »
Oxunma sayı: 101Bir də Azərbaycanı gəzsək…

Milli qəhrəmanlar
Azər Həsrət
İtaliya, ardından da Türkiyə səfərimi tamamlayıb Azərbaycana döndükdən sonra yaxşıca dincəlib yol yorğunluğumu çıxarmaq kimi bir planım vardı. Ancaq “sən saydığını say, gör fələk nə sayır” deyə bir ifadə vardır axı! Ötən şənbə günü axşama İstanbul-Bakı təyyarəsi ilə Bakıya yetişdim və evə çatdım. Dərhal da bəlli oldu ki, qarşıdakı bazar ertəsi Bərdədən başlanan bir yurd içi gəzim olacaqmış. Özü də tam üç gün və uzun-uzun yollarla… Ardı »
Oxunma sayı: 110Növbəti təhsilimi uğurla başa vurdum
Nəhayət mən növbəti təhsilimi də uğurla başa vurdum. Bu təhsilimi, daha doğrusu pedaqoji təhsilimin təkmilləşməsini onlayn olaraq keçdim. Onun məkanını necə var aşagıdakı kimi göstərirəm ki, arzusu olan müəllimlər də bu təhsildən keçə bilərlər. Bütün ali məktəblərdə olduğu kimi burada da təhsil zamanı zaçot və sonda yekun iş verilir. Bunların hamısı internetlə həyata keçirilir. Mən çox sevindim ki, bütün bu sınaqlardan uğurla və başıuca çıxdım. 2 zaçot və yekun işdən məqbul cavab alaraq təhsilimi bitirdim. Ardı »
Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması
Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu imkanlarından təhsil sistemində tətbiqinin xüsusi yeri var. İndi isə xarici ölkədə yaşayan müəllimlər və şagirdlərlə birgə işləməsi üçün rahat olan yeni İnternet xidməti ilə tanış etmək istərdim. Campus.ru- Beynəlxalq Təhsil şəbəkəsində müntəzəm olaraq müəllimlərin yeni kompüter texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün yeni-yeni layihələr tədbiq olunur. Ardı »
Помоги планете сегодня в 20:30 !
В Часе Земли примет участие миллиард человек в тысячах городов по всему миру. Мы предлагаем людям, организациям, бизнесу и правительствам 29 марта 2010 года, в субботу, отключить на один час свет, и тем самым дать понять, что всем вместе нам не безразлична судьба нашей планеты! Ardı »
Подведение итогов акции “Home. Свидание с планетой”
Уважаемые участники международного “Home. Свидание с планетой”! Оргкомитет акции начинает подводить итоги нашей большой совместной работы, которую мы проделали в рамках акции в течение более полугода. Мы благодарим каждого из Вас за все, что вы вместе с детьми сделали для того, чтобы мы все могли сделать шаги к более экологичной и осознанной жизни: организация показов фильма Home, эко-уроки, видео, акции, флеш-мобы, авторские разработки и многое другое, о чем вы писали в блоге акции и в личных письмах. Ardı »





