Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘A.Həsrətin fəaliyyətləri’ bölməsi üçün arxiv

Sia.az-a açıqlama: “Uşaqları virtual “tərbiyə”dən necə qorumalıyıq?”

almazitv“Bu danılmazdır ki, indiki şəraitdə internetdə olan yazılar, şəkillər, videolar, müxtəlif görüntülər hamısı ədəb çərçivəli deyil, səmərəsiz və gərəksiz olan boş informasiyalarla doludur. Məktəblilərin belə neqativ hallardan qorunması üçün təhsil sahəsində çalışanlarla bərabər valideynlər də səfərbər olunmalıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 97

“Kaspi”yə açıqlamam: Kitab, yoxsa planşet?

12“Müəllim kontingenti bu sistemə uyğunlaşdırılsa, təhsildə müsbət nəticələr əldə etmək olar”.  Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaqlar. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Xaçmaz şəhərində şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşündə deyib. Nazir müavini qeyd edib ki, son 10 ildə ölkədə 3 mindən çox yeni məktəb binası tikilib və əsaslı təmir edilib. Ardı »

Oxunma sayı: 29

Almaz Həsrət L.S.Vıqotskinin 120 illik yubileyində

almaz1ARTPİ-nin əməkdaşları L.S.Vıqotskinin 120 illik yubileyində.
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşları görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-metodik konfransda iştirak etmişlər. Bir sıra ölkələrdə, o cümlədən MDB məkanında qeyd olunan konfrans bu il Bakıda keçirilmişdir. Rusiyanın Azərbaycandakı səfirliyi və Rossotrudniçestvonun təşjkilatşılığı ilə görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr edilmiş tədbir Moskva Dövlət Pedaqoji Universitetinin alim-professor- müəllim heyətinin başçılığı ilə gerçəkləşdirilmişdir.  Ardı »

Oxunma sayı: 65

BDU-da beynəlxalq konfransda

Bakı şəhərində, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Heydər Əliyev adına konfrans zalında Moskva Dövlət Pedaqoji Universiteti, Rossotrudnichestvo və BDU-nun birgə təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilmişdir. Tədbir çox yüksək səviyyədə keçirilmişdir.

1almaz

 

 

 

 

 

 

 

 

 

Ardı »

Oxunma sayı: 52

Köçürün müəllimlər! Köçürün…

Almaz Həsrət

Almaz Həsrət

Köçürün müəllimlər! Köçürün…. Yenə də müəllimlərin köçürmə yazılarına start verilib….Təbii ki, öz biliyinə, bacarığına güvənən, dürüst müəllimlərə aid deyil, çünki bu işi əsl müəllimlər etməzlər – heç vaxt. Çünki əsl müəllim adını uca tuturlar, nüfuz sahibi olanlardır onlar, əsl dürüst və vicdanlı müəllimlər – belə saxta işlər görməzlər.
Yenə yeni yazı qarşıma çıxdı…Sual yarandı.. Maraqlıdır ki, görəsən kim-kimdən köçürübdür? Bəlkə buna son vermək vaxtı gəlib çatıb? Yetmədimi özünüzün ifadə edə bilmədiyiniz fikirləri “məqalələriniz”lə yayımlamaqda… Utanmırsınızmı heç?… Bəlkə bir düşünəsiniz? Ardı »

Oxunma sayı: 81

“Kaspi”yə açıqlamam: Uşaqlarda musiqi zövqü necə formalaşır?

2sMütəxəssislər bayağı mahnılardan uzaq durmaları üçün onlara daim keyfiyyətli musiqilər dinlətdirməyin vacib olduğunu deyirlər. “Hörmətli valideyn, övladınız musiqi dərsində Üzeyir Mehdizadənin repertuarından “Yarım” mahnısını oxuduğu üçün onu cəzalandırmışıq. Xahiş edirik, övladınızla maraqlanın” – bu, orta məktəblərin birində müəllimin şagirdin “Gündəliy”inə yazdığı qeyddir. Valideyn sosial şəbəkədə “Gündəliy”in şəklini paylaşandan sonra olay ciddi müzakirələrə səbəb oldu.  Ardı »

Oxunma sayı: 26

İTV “Müzakirə vaxtı” verilişində

Almaz Həsrət

Almaz Həsrət

İctimai TV-də “Müzakirə Vaxtı” verilişində.
Mövzu: “Azərbaycan müəllimlərinin Beynəlxalq standartları mənimsəməsi vəziyyəti”
13.10.2016 (çəkiliş günü)
Veriliş oktyabrın 17-də saat 21:25-də İTV kanalında yayımlanıbdır. Ardı »

Oxunma sayı: 68

Almaz Həsrət: “Ugurun təməl açarı…”

Almaz Həsrət

Almaz Həsrət

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.
Gununsesi.info Təhsil nazirliyinə istinadən xəbər verir ki, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird 1-ci sinfə gedəcək.
Yeni dərs ilində Bakı şəhəri üzrə 1-ci sinfə gedəcək şagirdlərin sayı 43 397 nəfərdir.

Əməkdar müəllim Almaz Həsrətlə söhbətimiz 1-cilərlə bağlıdır.
-Almaz xanım, məktəbə ilk qədəm basan uşaqlarda görülən ilk gün sindromu hansılardır?
Ana-atasının qollarında böyüyən uşağın, tanımadığı, ona yad olan bir mühitdə, eləcə də bir çox tanımadığı uşaqla bir araya gəldiyində yaşadığı çətinliyə ilk gün sindromu deyə bilərik. Bu sindrom yarandığında birincilərdə qorxu, qayğı, ağlama, anadan ayrılmaq istəməmə, sinifə girməyi rədd etmə kimi davranışlar ola bilər.

Ardı »

Oxunma sayı: 235

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Almaz Həsrət

Almaz Həsrət

Kaspi qəzetinə açıqlamam:
Bu məsələdə təhsil ekspertlərinin fikirləri də haçalanır. Orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai siniflərdə oxuyan şagirdlər üçün sinif müəllimləri çox vaxt kulta çevrilir. Uşaqlar müəllimə o qədər alışırlar ki, nəinki onun tədris metodunu sevir, hətta jestlərini, mimikasını, hərəkətlərini əzbərləyir, özlərini ona oxşatmağa çalışırlar. İbtidai sinif pilləsində bəzən müəllimin məktəbdən ayrılıb sinfi yarıda buraxması, az hallarda olsa belə sinif müəlliminin dəyişdirilməsi və s. bu kimi hallar şagirdlər tərəfindən ruh düşkünlüyü ilə qarşılansa da, valideynlər bu məqama daha narazı yanaşırlar. Ardı »

Oxunma sayı: 22

Beynəlxalq bloq günü

Almaz Həsrət

Almaz Həsrət

31 avqust – beynəlxalq bloq günündə – Azərbaycanda fəaliyyət göstərən bloqçuları və xaricdə fəaliyyət göstərən, ölkəmizə dost olan bloqçuları bu gün münasibətilə təbrik edirəm!
31 avqust – beynəlxalq bloq günündə Maarifçi QHT-lərlə və fəal bloqçularla İnformasiya görüşünün keçirilməsi təşəbbüsünə dəstək verdiyinə görə Təhsil Nazirliyinə, informasiya şöbəsinin rəhbərliyinə və AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə bu tədbirdə tərəfdaşlıq etdiyinə görə səmimi təşəkkürümü bildirirəm. Ardı »

Oxunma sayı: 184

Mой дядя Идрис Велиев

İdris Vəliyev

İdris Vəliyev

На фотографиях мой дядя Идрис Велиев. Герой Войны 1941-1945-ых годов.
Прошу всех помочь мне найти женщину, которая изображена на этой фотографии рядом с моим дядей. Надеюсь поделившись этой информацией я смогу найти что-либо о ней. Дорогие друзья, которые живут в России, прошу помочь мне в этом деле. Я уверена что, с Вашей помощью я найду хоть какую-то весть о ней. Если на указанных фотографиях вы кого-либо узнали, то прошу сообщить мне об этом. Заранее благодарю вас за содействие…
http://www.podvignaroda.ru/… Ardı »

Oxunma sayı: 180

Yüksək bal toplayan müəllimlər işsiz qalıb

Almaz Həsrət

Almaz Həsrət

“Vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir”

İşə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər bir neçə gün əvvəl Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar müəllimlərin işə qəbulu imtahanında yüksək bal topladıqlarını, lakin işlə təmin olunmadıqlarına etiraz ediblər. Müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar nazirlikdən hüquqularının bərpa olunmasını tələb ediblər. Etirazçılar bildiriblər ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb… Ardı »

Oxunma sayı: 183

Yüksək bal toplayan müəllimlər işsiz qalıb

Almaz Həsrət

Almaz Həsrət

“Vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir”.
İşə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər bir neçə gün əvvəl Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar müəllimlərin işə qəbulu imtahanında yüksək bal topladıqlarını, lakin işlə təmin olunmadıqlarına etiraz ediblər. Müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar nazirlikdən hüquqularının bərpa olunmasını tələb ediblər. Ardı »

Oxunma sayı: 20

İnternet və TV-dən qaçmaqla yüksək bal toplamaq məqbuldurmu?

5Məsələyə pedaqoji və psixoloji tərəflərdən yanaşdıqda maraqlı məqamlar ortaya çıxır.  Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin “Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Çünki onlardan istifadə edəndə günün çox hissəsi gedir” kimi fikirləri indi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yüksək bal toplayan həmin abituriyentlərə “Halal olsun, imtahanlara bu cür hazırlaşmaq lazımdır” deyənlərlə yanaşı, “İnternet və TV-lərsiz dünyagörüşü məhdudlaşır” deyənlər də çoxdur. Ardı »

Oxunma sayı: 28

Keçid balı az olmamalıdır

Almaz Həsrət

Almaz Həsrət

200 bal həddindən artıq aşağıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. Qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.
Bəzi ekspertlər isə müəyyən olunan keçid balının həddindən artıq aşağı olduğunu iddia edərək gələcəkdə doğuracağı fəsadlardan söz açıb. Ardı »

Oxunma sayı: 24
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters