‘Almaz Həsrətin yazıları’ bölməsi üçün arxiv
Şagirdlərin attestatına yazılacaq yekun qiymət
Əziz məktəblilər! Sizdən mənə çoxlu sayda məktub və zənglər gəlir. Hamınıza, mənə göstərdiyiniz etimad və inamınıza görə təşəkkür edirəm. Sizlərin hamınızın soruşduğu əksər suallar da, bu ilki buraxılış imtahanları və onların yekunu qaydaları ilə bağlıdır. Hətta attestat qiymətinin necə çıxarılacağı barədə də geniş məlumat istəyirsiniz. Sizin bu istəyinizi nəzərə alaraq mən buraxılış imtahanı və şagirdlərin attestatına yazılacaq yekun qiymətin necə çıxarılacağı barədə məlumatı burada yerləşdirməyi qərara aldım. Buyurun lazımı informasiyaları buradan ala bilərsiniz: Ardı »
Qarabağ bölgəsinin təhsili etibarlı əllərdədir

F.Əliyeva, A.Həsrət, Mehparə xanım, R.Şərifov, Ə.Səmədov
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın GTZ təşkilatının dəstəyi və iştirakı ilə Fikrət Cəfərovun başçılıq etdiyi Davamlı İnkişaf Cəmiyyəti müəllim və şagirdlər arasında bilgiləndirmə işi aparır. 22 may yer üzündə biomüxtəliflik günü kimi qeyd edilir. Təbii ki, insanların biomüxtəlifliyi qoruması üçün Fikrət Cəfərov da öz təşkilatının imkanlarını səfərbər edib və doğrudan da çox ciddi işlərə imza atmaqdadır. 22 may Beynəlxalq Biomüxtəliflik günü ilə əlaqədar Bərdə və Füzulidə treninq keçirildi. Ardı »
Oxunma sayı: 108Füzuli rayonunda ekoloji treninq
“Biomüxtəlifliyin Davamlı idarə olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində keçirdiyim təlimlərin növbəti ünvanı, Azərbaycanın dilbər guşələrindən biri olan Füzuli rayonunda oldu. 22 may Ümumdünya Biomüxtəliflik günü ilə əlaqədar və Azərbaycanda bu ilin “Ekologiya ili” kimi qeyd olunması ilə əlaqədar görülən silsilə tədbirlərə qoşularaq Qarabağ bölgəsinə təlim keçməyə yola düşdüm. Ardı »
Bərdə rayonunda ekoloji treninq

“Biomüxtəlifliyin Davamlı idarə olunması Cənubi Qafqazda Texniki Əməkdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanın dilbər guşələrindən biri olan Bərdə rayonunda 22 may Ümumdünya Biomüxtəliflik günü ilə əlaqədar və Azərbaycanda bu ilin “Ekologiya ili” kimi qeyd olunması ilə əlaqədar görülən silsilə tədbirlərdən birinə də mən qoşuldum və Qarabağ bölgəsinə təlim keçməyə yola düşdüm. Ardı »
Oxunma sayı: 98Növbəti təhsilimi uğurla başa vurdum
Nəhayət mən növbəti təhsilimi də uğurla başa vurdum. Bu təhsilimi, daha doğrusu pedaqoji təhsilimin təkmilləşməsini onlayn olaraq keçdim. Onun məkanını necə var aşagıdakı kimi göstərirəm ki, arzusu olan müəllimlər də bu təhsildən keçə bilərlər. Bütün ali məktəblərdə olduğu kimi burada da təhsil zamanı zaçot və sonda yekun iş verilir. Bunların hamısı internetlə həyata keçirilir. Mən çox sevindim ki, bütün bu sınaqlardan uğurla və başıuca çıxdım. 2 zaçot və yekun işdən məqbul cavab alaraq təhsilimi bitirdim. Ardı »
Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması
Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu imkanlarından təhsil sistemində tətbiqinin xüsusi yeri var. İndi isə xarici ölkədə yaşayan müəllimlər və şagirdlərlə birgə işləməsi üçün rahat olan yeni İnternet xidməti ilə tanış etmək istərdim. Campus.ru- Beynəlxalq Təhsil şəbəkəsində müntəzəm olaraq müəllimlərin yeni kompüter texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün yeni-yeni layihələr tədbiq olunur. Ardı »
Beynəlxalq təhsil saytlarının tədrisdə tətbiqinin əhəmiyyəti
Beynəlxalq təhsil saytlarının tədrisdə tətbiqinin əhəmiyyəti
Almaz İsrail qızı Həsrət 6 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 1996-cı ildən doğma təhsil ocağında – 204 nömrəli orta məktəbdə biologiya fənnini tədris edir. 1998-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin XI qurultayının, həmçinin Azərbaycan qadınlarının qurultayının nümayəndəsi olub. Ardı »
Oxunma sayı: 197Novruz Bayramınız Mübarək!!!
Yurdumuza ayaq basmış Ergenekon-Bahar bayramınızı təbrik edirəm! Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Arzu edirəm ki, hamının həyatı xonça nemətləri kimi şirin olsun! Novruz bayramınız mübarək!
Könlümdə var min arzu, min dilək,
Gəl barışaq, küsməyək heç vaxt gərək,
Neçə bayramlara bir yerdə girək,
Novruz bayramınız mubarək.
Hörmətlə, Almaz Həsrət
Oxunma sayı: 147204 saylı məktəbdə 2 fevral "Gənclər günü" qeyd olundu
2 fevral 2010-cu il Gənclər günü ilə əlaqədar Milli qəhrəman Ələkbər Əliyev adına 204 saylı orta məktəbin akt zalında həmin məktəbin məzunları ilə görüşə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbiri məktəbin direktoru Ziba xanım Rzayeva çıxış sözü ilə açıq elan etdi.
Ziba xanım Rzayeva ilk öncə tədbirə gələn qonaqları, məzunları, şagirdləri və valideynləri salamladı. Ziba xanım bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində elan edilmiş “2 fevral Azərbaycanda Gənclər Günü” kimi qeyd edilir. Ardı »
Bu gün Bakı şəhəri üzrə fənn olimpiadası keçirilir
Bü gün Bakı şəhərində növbəti fənn olimpiadası keçirilir.
Rayon üzrə keçirilmiş fənn olimpiadalarında qalib gəlmiş orta məktəb şagirdləri bu gün növbəti dəfə şəhər turunda keçirilən fənn olimpiadasında öz biliklərini sınayırlar. Biologiya və kimya fənni üzrə olimpiada Bakı şəhərinin 8 saylı orta məktəbində keçirlir.
Məktəbin direktoru Aytən xanım həmin təhsil ocağında olimpiadanın keşirilməsi üçün çox gözəl şərait yaradıb. Hər fənn üzrə əvvəlcədən səliqə ilə hazırlanmış cədvəldə hansı otaqda hansı siniflərin olacağı qeyd olunmuşdur. Ardı »
Adi su donuz qripini öldürür
Donuz qripinə qarşı hazırlanan “silah” sadədir və istənilən biokimya laboratoriyasında hazırlana bilər.
“Tert.am” saytına istinadən, orada verilən məlumata görə, professor Xana Yumanın rəhbərliyi altında çalışan heyət adi suyu ozonlaşdırıcı aparatdan keçirir. Ardı »
Oxunma sayı: 70Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi
Almaz Həsrət bilgi@almazhasret.com
Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.
“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır. Ardı »
Oxunma sayı: 807Современные учебные методы и внедрение новейщих педагогических технологий
Алмаз Хасрет, учитель биологии СОШ №204, г. Баку, Азербайджан
bilgi@almazhasret.com www.almazhasret.com
Мы живем в начале XXI века. Дети, которые рождаются и делают свои первые шаги сегодня, будут решат проблемы, оживлять человечество конца XXI века.
Дети, которых мы называем «завтрашнем днем нации», ест продолжение нашей жизни. Правильное отнощение к их воспитанию, учению и здоровью станет гарантией светлой, яркой будущей человечества. Ardı »
Oxunma sayı: 358




