Get Adobe Flash player

‘Metodiki vəsaitlər’ bölməsi üçün arxiv

Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması

Şəbəkədaxili qarşılıqlı fəaliyyət yolu ilə dərslərin qurulması.
İnternet çox böyük və geniş virtual aləmdir. Onun bu imkanlarından təhsil sistemində tətbiqinin xüsusi yeri var. İndi isə xarici ölkədə yaşayan müəllimlər və şagirdlərlə birgə işləməsi üçün rahat olan yeni İnternet xidməti ilə tanış etmək istərdim.  Campus.ru- Beynəlxalq Təhsil şəbəkəsində müntəzəm olaraq müəllimlərin yeni kompüter texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün yeni-yeni layihələr tədbiq olunur. Ardı »

Oxunma sayı: 206

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir. Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən Ardı »

Oxunma sayı: 225

Konstruktiv təlimlə keçirilən biologiya dərs nümunəsi

Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi. Bakı şəhəri Nərimanov rayonu 225 saylı orta məktəbin təlim tərbiyə üzrə direktor müavini.
Bunyatovanın konstruktiv təlim mərkəzində iki treninq kecdikdən sonra mən dərslərimi tədricən bu üsulla qurmağa başladım. Bir neçə müddətdən sonra bu üsullardan istifadə edərək IX sinifdə biologiyadan «Qan dövranının təkamülü, əhəmiyyəti. Limfa dövranı» mövzusunda nümayiş dərsi keçmək üçün öncə onu layihələşdirməli idim. Layihə nə deməkdir? Bunu mən necə başa düşürəm?  Orta məktəbdə işlədiyim illər müddətində mən həmişə hər bir dərsə hazırlaşıb dərsin planını tuturdum. Ardı »

Oxunma sayı: 289

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi

Delphi 7 və proqramlaşdırmaMultimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin MƏLUMATI

Bu gün Akademik Zərifə Əliyeva adına məktəbdə Multimedia Mərkəzi tərəfindən nəşr olunan “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə BDU-nun kafedra müdiri Cahangir Məmmədli açıb.

Kitabın naşiri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz kitab haqqında, onun yazılmasının səbəbləri haqqında geniş məlumat verib. O, kitabın müəllifləri Nazim RüstəmliRamin Fərəcov, həmçinin kitabın elmi redaktoru Ramin Mahmudzadəyə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Ardı »

Oxunma sayı: 154

“Abituriyent” jurnalının internet səhifəsi açılıb

abuturyent-jurnaliTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat orqanı olan “Abituriyent” jurnalının internet səhifəsi açılıb.

Bununla da, htpp/www.abiturient.az internet səhifəsində jurnalın bütün buraxılışları, tədris və metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm, operativ məlumat almaq mümkündür. Ardı »

Oxunma sayı: 793

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi

Almaz müəllimə şagirdlərləAlmaz Həsrət bilgi@almazhasret.com

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.

“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır. Ardı »

Oxunma sayı: 806
Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters