Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Şagirdlərin attestatına yazılacaq yekun qiymət

Əziz məktəblilər! Sizdən mənə çoxlu sayda məktub və zənglər gəlir. Hamınıza, mənə göstərdiyiniz etimad və inamınıza görə təşəkkür edirəm. Sizlərin hamınızın soruşduğu əksər suallar da, bu ilki buraxılış imtahanları və onların yekunu qaydaları ilə bağlıdır. Hətta attestat qiymətinin necə çıxarılacağı barədə də geniş məlumat istəyirsiniz. Sizin bu istəyinizi nəzərə alaraq mən buraxılış imtahanı və şagirdlərin attestatına yazılacaq yekun qiymətin necə çıxarılacağı barədə məlumatı burada yerləşdirməyi qərara aldım. Buyurun lazımı informasiyaları buradan ala bilərsiniz:

Təhsil Nazirliyi bu il orta məktəblərin buraxılış siniflərində keçiriləcək imtahanların vaxtını müəyyənləşdirib. Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaqdır. İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.

Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan test suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir.
Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 1,5 saat vaxt ayrılır.
İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn, ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya və coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3 (kafi) qiymətləndirilir.

“Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir.
“Qaydalar”ın 39-cu bəndinə müvafiq olaraq şagirdlərin kalkulyatordan istifadə etmələrinə icazə verilir.

Buraxılış imtahanlarında cari dərs ilində çap olunmuş “Buraxılış imtahanlarının test bankı”na daxil olan suallardan istifadə olunacaqdır.

Bu “Qaydalar”ın aşağıda göstərilən (27, 29, 30, 31, 65-70-ci) bəndlərinə uyğun olaraq:
27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar.
29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil üzrə imtahanlara buraxılırlar.
30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan və ya imtahanlarda qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin müşayiətedici məktubu və ilkin mərhələ imtahanlarının qiymətləri mayın 20-dək Təhsil Nazirliyinə təqdim edilir.
31. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III kurs şagirdləri, habelə müxtəlif səbəblərdən əsas və ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər ekstern yolu ilə imtahanlara buraxılırlar.
65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik “qeyri-kafi” qiymət aldığı üçün imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs ilində imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi imtahana düşməyən fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almışsa, növbəti dərs ilində əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.
66. Əvvəlki dərs ilində XI sinif şagirdi, sayından asılı olmayaraq, imtahan aparılan fənlərdən illik “qeyri-kafi” qiymət almışsa, bu halda növbəti dərs ilində müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.
67. İmtahanlarda “qeyri-kafi” qiymət alan XI sinif şagirdləri növbəti il yalnız həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər.
68. İmtahanlara buraxıldığı halda, imtahanlarda iştirak etməyən XI sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir.
69. Əvvəlki dərs ilində illik “qeyri-kafi” qiymətlər aldığı üçün imtahanlara buraxılmayan və ya imtahanlarda “qeyri-kafi” qiymətlər alan şəxslər növbəti dərs ilində keçirilən imtahanda ən azı bir fəndən “qeyri-kafi” qiymətlər aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu ilə imtahan verə bilərlər.
70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX və XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən, imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər.
Şagirdlərin attestatına yazılacaq yekun qiymət “Qaydalar”ın 12-ci bəndinə əsasən müəyyən olunur: IX və XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır. Təhsil sənədinə yazılacaq yekun qiymət şagirdin fənn üzrə əsas təhsil pilləsi üçün IX, orta təhsil pilləsi üçün XI sinifdə yoxlama imtahanının nəticələri, IX siniflərdə VIII və IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanır.
“Qaydalar”ın 13-cü bəndinə əsasən, əsas və orta təhsil pilləsi üzrə yoxlama imtahanında üzürsüz səbəbdən iştirak etməyən şagirdlərin imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən yoxlama imtahanının nəticəsi “0” (sıfır) qəbul edilir. Şagird yoxlama imtahanında üzürlü səbəbdən iştirak etmədiyi halda, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət həm də yoxlama imtahanının qiyməti hesab olunur. İmtahanda üzürlü səbəbdən iştirak etmədiyi barədə şagirdin imtahan başlanan müddətədək təhsil aldığı məktəbə müvafiq sənəd təqdim etməsi zəruridir.
Mobil telefondan istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri “0” (sıfır) qəbul edilir.
İmtahan cavab kartı ilə düzgün rəftar etməyən şagirdlərin nəticələri oxuyucu qurğu tərəfindən oxunmadığına görə ləğv edilir.

Bu dərs ilində əvvəlki dərs ilində buraxılış imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət alan şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilər və onlar ancaq qeyri-kafi qiymət aldıqları fənlərdən imtahan verirlər. 2007-2008-ci dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş şagirdlər də təkrar buraxılış imtahanında iştirak edə bilərlər.
Qeyd edək ki, əsas təhsil kursu üzrə şəhadətnaməsinə yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri cari dərs ilində sentyabr ayının 2-dən 12-dək olan müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Bununla bağlı onların oxuduqları məktəblərin rəhbərlərinə müraciət etmələri və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması və vaxtında Təhsil Nazirliyinə təqdim edilməsi vacibdir. Üzürlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Üzürsüz səbəbdən payız imtahanına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.
Yoxlama və ya buraxılış imtahanlarının birindən müsbət qiymət almış şagirdlərin imtahan fənləri üzrə attestata yazılacaq yekun qiyməti müvəffəq ola bilər.

Qaynaq : Təhsil Nazirliyinin mətbuat xidməti

Oxunma sayı: 59148

45s şərh var: “Şagirdlərin attestatına yazılacaq yekun qiymət”

  • Kamil:

    salam tewekkur edirem bu derc etdiyiniz melumata gore.ama bes deyirlerki 25 deneden 12 ne duzgun cvb yazanda 3 duwur.bu duzgundurmu??

  • Almaz Həsrət:

    Salam Kamil bəy.
    İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn, ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya və coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3 (kafi) qiymətləndirilir.
    Sualınıza görə təşəkkür edirəm.
    Sizə uğurlar arzulayıram.

  • Kamil:

    cox sagolun..

  • ulvi:

    salam Almaz xanim imtahanlarin vaxti havaxt cixir zehmet olmasa onu yazardinizda xaiw edirem!!!

  • Kamil:

    Almaz xanim bagiwlayin narat etdik sizi…imtahanin cavablari ne zaman aciqlanacaq?

  • Almaz Həsrət:

    Salam Ülvi bəy.
    Sualınıza görə təşəkkür edirəm. İmtahan suallarının cavabı hələ rəsmi olaraq açıqlanmayıb.
    Nəticələr çıxan kimi Siz cavablarınızı ya Təhsil nazirliyinin imtahan bölməsi yerindən və ya mənim saytımdan, müvafiq yerə kodunuzu daxil etməklə öyrənə bilərsiniz.
    Sizə uğurlar arzulayıram!

  • Almaz Həsrət:

    Salam Kamil bəy.
    Sualınıza görə təşəkkür edirəm. İmtahan suallarının cavabı hələ rəsmi olaraq açıqlanmayıb.
    Nəticələr çıxan kimi Siz cavablarınızı ya Təhsil nazirliyinin imtahan bölməsi yerindən və ya mənim saytımdan, müvafiq yerə kodunuzu daxil etməklə öyrənə bilərsiniz.
    Sizə uğurlar arzulayıram!

  • mence imtahanlarin cavablari cixacaq saytin adini yazsaniz daha yaxsi olar ve konkret olar ;-0

  • sitare:

    salam ALMAZ xanim 9.siniflerin hendese qiymetleri seadetname qiymetleri nece yazilacaq?

  • salam sizi narahat elediyim ucun uzr isteyirem.attestat imtahanlarinin neticeleri ne vaxt mueyyen olacaq?

  • Almaz Həsrət:

    Attestat imtahanlarının cavabları artıq bəllidir. Siz onlarla bağlı məlumatları təhsil aldığınız məktəbinizdə tanış ola bilərsiniz.

  • Seadet:

    Salam Almaz xanim. Menim dostum kecen il atestat imtahanindan kesilibdir. Bu il yeniden iw verdi. edu.gov.az saytina kod baresinde melumat yoxdur yazilir. Nece oyrene bilerem men bu barede ? 4729739007 bu koddur .

  • Natiqe:

    salam,qardawimin attestat imtahani zamani,cavab karti diger sagird terefinden sehven korlanmiwdir.Bu yerindece resmi wexsler terefinden aktlawdirilmiw ve sual kartinin ferdi wekilde yoxlanacagina ved edilmiwdir..lakin bu gune kimi hec bir melumat yoxdur,Valideynlerim tehsil wobesi ile tez -tez elaqe yaradaraq bu haqda melumat verib,onlar da,arxayin edirlerki,neticeler sonda belli olacaq..Xahiw edirem bu barede komek elinizi uzadasiniz bize(((bilmek isteyirem ki,son olaraq bu melumat ne vaxt bilinecek? onceden tewekkur.

  • Sevinc:

    Salam.payiz buraxilis imtahanlarinin neticeleri ne vaxt aydin olacaq?

  • Almaz Həsrət:

    Salam.
    Sualınıza görə təşəkkür edirəm.
    Sualınızla bağlı olan məlumat hələ ki, budur:
    Payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcəkdir.

  • Xais edirem cavablar aydin olanda yazasiniz.

  • Gunel:

    SALAM ALMAZ XANIM.9 CU SINIFLER UCUN QIS(YENI NOYABRIN AXARINDA 28 29 DA OLACAQ IMTAHAN)IMTAHANINDA EDEBIYYAT OLACAQ???BU IMTAHANDA 5 ALMAQ UCUN NECE DUZGUN CAVAB YAZMALIYIQ??? evvelceden TESHEKURLER.

    Salam Günel xanım.
    Sualınıza görə Sizə təşəkkür edirəm.
    Günel xanım 9-cu sinifdə verəcəyiniz imtahan Sizə təqdim edilən test kitabçasından olacaq. İmtahandan 5 qiyməti almaq üçün təbii ki, mümkün qədər çox sualı düzgün cavablandırmaq lazımdır . 25 sualdan 23-24 suala düzgün cavab yazılsa “5” qiyməti ala bilərsiniz. Sizə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıram.

    Hörmətlə Almaz Həsrət

  • Gunel:

    QURBAN BAYRAMINIZ MUBAREK.MENIM SUALIMA CAVAB YAZDIGINIZA GORE TESHEKKUR EDIREM.BIZDE OLAN TEST KITABCASINDAKI SUALLARIN CAVABLARI YA SIZDE YA DA HANSISA SAYTDA VAR? XAISH EDIREM CAVAB YAZIN.

  • Tural:

    Salam Almaz xanim buraxilis imtahaninda sehvler duzu aparir ya yox onu deye bilersinizmi?

  • emin:

    sirvan seherinde 9cu siniflerin sinaq imtahani ne vaxt olacaq?????????????????????????

  • nermin:

    almaz xanim 9 cu sinif imtahanlarinin cavablari aciqlanib?aciqlanibsada hansi saytda?mumkundurse saytin adini yazin

  • Sebuhi:

    pese mekteblerinin 27.02.2011 tarixinde kecirilen test cavablarini nece oyrenmek olar.Zehmet olmasa.

  • 11-ci sinif imtahaninin cavablari ne zaman aciqlanacaq?Xahis edirem cavab yazin.

  • taleh:

    slm ALMAZ XANIM menim size bir sualim var…eger men hansisa fennen 2 alsam ve lakin meni rubluk qiymetlerim 4 ve yekuda illik qiymetimde 4 du bu zaman menim 3 almaq ehtimalim var mi xaiw eliyirem etrafli cvb yazasiniz cunki bu menim ucun cox vacib bir meseledi.evvelceden twk

  • Huseyn:

    salam. .eger men martdaki imtahanda 4,axirinci imtahanda 2 alisamsa qiymetim necedir?

  • Şahnaz:

    Salam Almaz xanim,sizden coooooooooooooooooox xahis edirem ki,imtahan neticelerinin ne vaxt cixacagi haqda melumat veresiniz.

  • Aysu:

    salam Almaz xanim men kodumu daxil edirem yazilir ki bu kod uzre melumat yoxdu bu ne demekdiki hele cvb cixmayib?zehmet olmasa cvblandirinda sualimi.

  • Tanyeli:

    Salam mən 2ci kurs tələbəsiyəm qiyabi oxuyuram və qarşımdakı ən böyük məqsədim xaricdə təhsil almaqdı.Zəhmət olmasa məni məlumatlandıra bilərsiniz?

  • əşrəf:

    atestatda kəsiləndə yenidən imtahan verə bilərik mi xahiş edirəm mənə cavab yazin

  • Firuz:

    salam,men yanvarin 28 i fizikadan 4 almisam ikinci imtahanda 2 alsam,attestata yazilaqcaq qiymet ne olacaq? 2? yoxsa ortaq qiymet cixarilir?hemdeki attestat imtahanlarinin tqdk terefinden aparilacagini daa soyleyirler,bu duzdu?

  • Əli:

    salam attestatin qiymətlərinin hesablanması haqda məlumat verə bilərsiz???

  • togrul:

    salam payiz imtahanlarinin vaxdi ne zamandir ???????

  • jale:

    salam men 2009 2010 mezunuyam. attestat imtahanina getmemisem. indi men attiestat almag isteyirem. bu mumkunmu? ve bu nece ola biler? imtahani qeydiyyatda oldugum rayondami olmalidir ? xais edirem etirafli cavab yazin

  • men bir defe imtahan verdim ve kecdim

  • Jale:

    Salam Almaz xanim men 2009 2010 mezunyam. Xeste olduguma gore attestat imtahanina gede bilmedim. Indi attestat almaq isteyirem..
    Men xestelik kagizi aldiqdan sonra mene hansi senedler lazimdi imtahana buraxilmagima gore? Men imtahani harda verecem ? Ve hara muracet edim ? xaiw edirem cavab yazin

  • nazli:

    salam Almaz xanim men bu ilki yeni 02/06/2013-cu il tarixli wehadetname imtahanina gore sizi narahat edirem men bilmey isdiyiremki 30 sualin 17 duzgun cavabina “3” qiymeti, 18 duzgun cavaba ise “4” qiymeti duwur bu dogrudur? cox xahiw edirem sizden menim sualimi cavablandirasiniz indiden cox cox sagolun :)))))

  • aygul:

    salam almaz xanim men de bu ilki buraxilis imtahanlarinin 17/06/2013 cu il tarixli imtahanin xususi mektebler(baki xoreoqrafiya mektebi)ucun test tapsiriqlarinin numunelerini bura yerlesdire bilersinizmi?amma xahis edirem sualmi cavablandirin cox sag olun )))))))))

  • Men 07.06.2013 de atestad imtahani vermiwem neticeleri nece oyrenim?

  • resad:

    attestat qiymetlerine haradan baxmaq olar internet vasitesile

  • Kamran Hesenov:

    Salam tewekkur edirem bu derc etdiyiniz melumata gore.Sizden bir sey sorusmaq isteyirem.Atestata yalniz 9 cu sinifde aldigim qiymetler dusecek?? Yoxsa 7,8,9 cu siniflerde aldigim qiymetler toplanib yazilacaq??

  • ferid:

    salam men sentyabrin 16 si pese mektebine getsem meni ora goturerler

  • salam men sentyabrin 16 si pese mektebine getsem meni ora goturerler olar yoxsa olmaz xais cvb yazin

  • ziya:

    Salam.menim 10-cu sinifde tarixden illik qiymetim 4 olub.indi 11-ci sinifde tarixden illik qiymetim 5 olarsa,atestatima nece yazilacaq?birde atestata 11-ci sinfin 1-ci yoxsa 2-ci yarimil qiymetleri hesablanacaq?onceden tewekkurler!!!

  • Mercan:

    Salam Almaz xanim. Men 9-cu sinif imtahanlarin cavbini nece bilerem? Xahiw edirem cavab yazasiz.Indiden tewekkur edirem.

  • Salam almaz xanim evvelce gostermis oldugunuz bu xidmete gore coox tesekkur edirem…☺ xais edirem menim bu sualima etrafli cavab yazasiz sabahdan arasdiriram. Men 9 sinifden mektebden cixmisam indi 11-ci sinifde oxumaliydim.
    Indi mektebde kecirilen fenleri de unutmusam. NEyse buna cetin de olsa INSALLAH
    hazirlasaram. Tutaq ki, men 9 sinifden 3 ve yaxutda 4 aldim, men STAMOTOLOQ olmaq isteyirem. atestatnan buna nail ola bilerem yeni stamotoloq olmaq mutlek diplom teleb edir? XAis edirem menim sualimla maraqlanasiz men dis hekimi olmagi coooox isteyirem. BU arada 18 yasimin olmagina 4 ay qalib… tekrar tesekkur edirem sizi narahat etdim☺☺☺

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters