Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Qəbul imtahanlarında keçid balları açıqlandı

Məleykə Abbaszadə

Məleykə Abbaszadə: “İmtahanların tarixi yalnız fors-major hallarda dəyişdirilə bilər”

2010-2011-ci tədris ili üzrə ali məktəblərə tələbə qəbulu üzrə dövlət sifarişi yerləri artıq elan olunub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında məlumat verdi. Qurum sədri bildirdi ki, I ixtisas qrupunu keçən abituriyentlər dövlət sifarişi əsasında təhsil almaq üçün ən azı 300 bal, digər qruplarda isə 400 baldan yuxarı nəticə göstərməlidirlər. Əks halda, onlar dövlət sifarişli ixtisaslara qəbul edilə bilməzlər.

Komissiya sədri həmçinin bir sıra ixtisaslarda tələbə qəbulunun yalnız dövlət sifarişi əsasında aparılmasının mümkünlüyünü qeyd etdi: “Bunlar xüsusi təyinatlı təhsil müəssisələri, hərbi akademiya və polis akademiyası, yaxud hərbi həkim ixtisasıdır ”.

M.Abbaszadə bildirdi ki, ali məktəblərə qəbul imtahanlarının əvvəlcədən elan edilmiş tarixləri yalnız fors-major hallarında dəyişdirilə bilər: “Məsələn, 50 dərəcə isti olarsa və hökumət bununla bağlı qərar verərsə”. TQDK sədrinin sözlərinə görə, iyunun 20-də ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. Bu mərhələdə iştirak etmək istəyən 6613 bakalavrın ərizəsi artıq təsdiqlənib. 2-ci mərhələnin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək magistraturalara qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak edə bilərlər. Ali məktəblərin bakalavr pilləsinə tələbə qəbulu üçün ixtisas seçimi bütün qruplar üzrə iyulun 25-dən avqustun 2-dək aparılacaq. M.Abbaszadə Bakı İslam Universitetinin 100 plan yerinə artıq 65 nəfərin sənəd verdiyini də xatırlatdı.

Nəzərə çatdıraq ki, TQDK tərəfindən “Abituriyent” jurnalının 3-cü sayı da nəşr olunub. Jurnalda ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisasların siyahısı, dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu, dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsil alan) arasında fərdi müqavilənin nümunəsi, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, digər mühüm məlumatlar əksini tapıb.

M.Abbaszadə onu da qeyd etdi ki, TQDK tərəfindən youtube.com saytında müxtəlif roliklər yerləşdirilib: “Bu roliklərdə ayrı-ayrı fənlər üzrə ekspertlərin məsləhətləri, abituriyentlər üçün lazımi məlumatlar əksini tapıb. Bəzi uşaqlar imtahanlara repetitorsuz hazırlaşır, bəziləri isə müxtəlif yerlərdə yaşayır, şəhərə gediş-gəlişi olmur və vaxtında lazımi informasiyalar ala bilmirlər. Bütün bunların qarşısını almaq üçün komissiya sentyabr-oktyabr aylarından internetdə bütün fənlər üzrə pulsuz dərslər təşkil edəcək. Dərslər həm TQDK-nın internet saytında, həm də youtube.com saytında yerləşdiriləcək. Bu dərslərdə ekspertlərin çıxışlarını dinləmək, çətin məqamları aydınlaşdırmaq abituriyentlər üçün faydalı ola bilər”.

Jurnalda əks olunan digər mühüm məlumat ali məktəblərə ixtisas seçimi ilə bağlıdır. İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq.

Zülfiyyə SAKİTQIZI

Qaynaq: Yeni Müsavat

Oxunma sayı: 87140

78s şərh var: “Qəbul imtahanlarında keçid balları açıqlandı”

  • Kamran:

    Xahis edirem artiq derecede beden terbiyenin balin 50 ye yendirinde.72 balnan qardasiim kesilibdi

  • Kamran:

    Ozunuzde cox yaxsi bilirsinizki tehsilin seviyyesi gunu gunden azalir.Bu il 60% sagird attestatdan 2 alib.Her halda bunlari nezere alib ballari asagi salmaq lazimdi duzdu ballari biz demekle azaldan deyilsiniz ama en azinnan mueyyen derecede azalatmaq yadaki suakllari asanlasdirmaq lazimdi.bu gedisle cox az adam qebul olar

  • asiman:

    texnikom ballari asgi duwse sevinerem

  • emil:

    buraxilis imtahanlarindan 2 alanlar qebula buraxilacaq?

  • Milletin tehsil seviyyesi her il getdikce azalir, oxumaga usaqlarda hevez qalmayib. Siz usaqlarin oxumaqa hevesin artirmalisiniz. Bunun ucun mueeyen tedbirler gore bilersiz. Mende bu il oz senedlerimi I qrupa vermisem.

  • Bilmek isteyrem 3 qrupdan kesilib yeniden 9 illikden imtahan vermek olurmu????

  • RIYAZIYYAT’DAN 0 VAR AMMA KECID BALI 300 DUR QEBUL OLUNUR ?

  • Aynur:

    3qruodan kesilib 9illikden imtahan vermek olur?

  • tural:

    men bu il 134 bal yigmiwam bilmek isterdimki hansi ozel universtete gire bilerem. xaiw edirem bu sualimi menim e mailime gonderesiniz. …..

  • royal:

    4 cu qrupda texnikomun kecid bali ne qederdir ?

  • royal:

    xais biraz tez diyindeeee

  • Asef:

    Xahis edirem Fovqelade Hallar Nazirliyinin akademiyasina kecid bali ve kursant qebulunun sayin yazardizda.

  • salam,xahiw edirik 4 qrupun ballarin endiresiz biraz ,,bizdee qebul olmaq isteyirik..

  • cox xaiw edirem 3cu qurup uwaqlarini da nezere alin 300 balla qiraqda qalir uwaqlar.amma 1,2,4 cu qurupun uwaqlari 151 balla inistutda oxuyur.niye ?niye bele edaletsizlik edir tehsil nazirliyi axi 3cu qurup uwaqlari onlardan daha cox ders oxuyub ve butun quruplara nisbeten daha yaxsi bal yigiblar amma en pis fakultelere duwurler hele odeniwli yazaraq

  • Vusal:

    Salam beden terbiyenin balin 5= bala salinda xaiw eliyirem

  • eldeniz:

    150 balnan camat insituta girir biz 99 balnan texnikoma gire bilmirik texnikomu 100 den asagi edin

  • XAHIW 3-CU QRUPUN BALLARINI AWAGI SALIN

  • aysel:

    2014-cu ilin kecid bali 3cu qrup uzre ne qeder olacaq??

  • sahin:

    her kese salamlar xaiw edirem deye bilmessiz ki, aviasiya unuversitetine qebul olmaq ucun ne qeder bal lazimdir en azi?

  • leman:

    salam xahis edirik,yalvaririq qurban oluruq ozumuze gore demirik amma serhleri gordukden sonra ureyimiz pis oldu 3cu qrupun ballarini asagi salin. 2014 cu ilde kecid ballari ne qeder olacaq/

  • ssalam xais edirem 3 qrupa kecid ballarini salasiz :(

  • raziyam:

    men ozumde abituriyentem 3 qurupa hazirlasiram sizden sadece sualari bir qeder asanlasdirmaginizi xais edirem bilirem menim kimi coxlari bu xaisleri edir amma bunuda bilirem ki tehsil hami ucun gerekdir onlarin icinde mende varam men de hami kimi telebe adi qazanmaq isteyirem neye gore bizim olkede kesilenlerin sayi qebul olanlarin sayindan coxdur? Ona goreki bizim olkede hazirliga getmeden girenler cox azdir bunun sebebi nededir? Bunun oyrenmek isterdim xais edirem

  • ayten:

    3cu qrupun balini asagi salin zulum cekirik hec olmasaduzemelli behresini gorek eziyetimizin

  • ayten:

    salam.3 cu qrup imtahaninda 168 bal yigmisam.kollece qebul ola bilerem?xahis edirem bilen varsa cavab yazsin.gozleyecem.onceden tesekkurler

  • gunay:

    meleyke xanim xahis edirem nolarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr 17 balim catmir nolarrrrrrrrrrr 1 qrupun kecid balin 130-a salindaaaaaaaaaaa

  • Mensur:

    salam men 99 ball yiqmisam texnikoma gire bilerem texnikoma kecid balli awaqa salima qerari var? xaiw edirem sualimi cavablandirasiniz.

  • ayse:

    Men REBBİME inaniram İn Sa Allah o bizim ucun xeyirli gorubse bu isi bextimizde var demeli Allahdan umidinizi kesmeyin daim dua edin bal pul bis seydi her sey uca Rebbimizin elindedir

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters