Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi

Almaz müəllimə şagirdlərləAlmaz Həsrət bilgi@almazhasret.com

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.

“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır.

Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.

Məhz bütün bunları nəzərə alaraq yuxarıda söylənilən problemlərin səmərəli həlli üçün ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.

Məktəb əksər vətəndaşların genış əlaqə saxladığı əsas ictimai institutdur. Müvafiq hazırlığı olsa da, olmasa da, müəllimlər şagirdləri öz cəmiyyətlərində məhsuldar, əməkdaşlıq və sülh şəraitində yaşamağa hazırlamalı olurlar. Hətta bu cəmiyyətlər sürətlə dəyişsələr belə. Müəllim üçün qaranlıq qalan bir yer şagird üçün zülmətdir. Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalıdır.

Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.

Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi hərəkət etməyə və fikirləşməyə imkan vermiriksə, demək, yaşadığımız sistemin nöqsanlarını aradan qaldırmaqda və həqiqi demokratik ideyalara çatmaqda özümüz maneələr yaradırıq. Dövlətimiz azadlıq üzərində qurulmuşdur, amma bu fəaliyyətlə biz sabahkı dövlətimiz üçün azadlığı məhdudlaşdırmış oluruq. Məktəbdə uşaqlara elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda azadlığın nə olduğunu bilsinlər.

Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.

Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tədbiq edə bilər.
Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.

İNTERAKTİV TƏLİM METODLARI + İKT VƏ ONLARIN TƏDBİQİ

Təlim prosesinin daha da yaradıcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qavranılmasının və qəbul edilməsinin artırılması üçün müxtəlif metodlar təklif olunur.

MÜASİR TƏLİM METODLARINDAN İSTİFADƏDƏ FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ

1. MOTİVASİYA (problem situasiyanın yaranması, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı) – 5-10 dəq.
2. TƏDQİQAT İŞİ (qrup işi) – 10-12 dəq.
3. MƏLUMAT MÜBADİLƏSİ (şagirdlərin cavabları, qrupların cavablarının bir-birinə təqdimatı) – 7-8 dəq.
4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ (hər alınan cavabdan sonra) – 5 dəq.
5. ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ – 5 dəq.
6. QİYMƏTLƏNDİRMƏ – 3 dəq
7. YARADICI TƏDBİQETMƏ (ev tapşırığının verilməsi) – 2 dəq.

Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır.

Heç də hər cür material, xüsusən də məktəb dərsliklərində olan material yuxarıdakı kateqoriyalardan istifadəyə imkan vermir. Buna görə də nə qədər ki, dərslikdəki mətni qəzet məqaləsi ilə əvəz etməyə və ya mətn oxunuşu əvəzinə şagirdlərə hansısa bir hadisə danışmağa, fotoşəkil və ya rəsm əsəri, təqdimat nümayiş etdirməyə, bilgisayar və proyektordan istifadə etsək, bir sözlə, onu daha rəngarəng etməyə hazırlaşsaq, dərs bir o qədər gözəl keçər.

Dərsin planlaşdırılması prosesini üç mərhələyə ayırıram:

1. Dərsə qədər;
2. Dərsin özü – İKT –nin tədbiqi ilə aparılır (elektron dərslikdən istifadə etməklə);
3. Dərsdən sonra.

Dərsə qədər

Dərsin məzmununa keçməzdən əvvəl şagirdlərə bu və ya digər mövzunun əhəmiyyəti, eləcə də onun şagirdlər qarşısında qoyduğu məqsəd və vəzifələr haqqında suallar verirəm. Suallar xüsusu kompüter proqramında hazırlanmış oyun test şəklində verilir (məs. “Milyonçu” tok şou oyunu).

Sualların səviyyəsi və tipləri ilə bağlı sagirdlərlə aparılan söhbət zamanı aşağıdakılara diqqət yetirilməlidir:
• BİLİK: informasiyanı eşidildiyi formada təkrar çatdırmaq qabiliyyəti.
• ANLAMA: müəyyən bir fikri öz sözlərinlə və ya hansısa başqa bir yolla yenidən söyləmək qabiliyyəti.
• TƏTBİQ: yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli.
• ANALİZ: mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı.
• SİNTEZ: bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın yeni variantının yaradılması.
• QİYMƏTLƏNDİRMƏ: konkret ideyanın, yaxud mənbənin hansısa tezisin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək qabiliyyəti.

Dərsin düşünmə mərhələsində şagirdlər özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar. Bu mərhələdə qabaqcadan hazırlanmış suallar şagirdlərə verilir. Hamı bu müzakirədə aktiv iştirak edir.

“BLUM taksonomiyası” üsulu ilə qurulmuş suallar verilir:
1. Sizə mənim mühazirəmdə nə tanış idi?
2. Hansı yeni məlumatı aldınız?
3. (Hafizəni yoxlayan sual) – Öyrəndiyimiz heyvanın yaşayış mühitini sadalayın.
4. (Sintezedici sual) – Həmin heyvanın qidasını nə təşkil edir?
5. (Analizedici sual) – Hər hansı bir heyvanın öyrənilməsi nəyə lazımdır?
6. (Müqayisəedici sual) – Müxtəlif mühitdə yaşayan heyvanların hərəkət orqanlarını müqayisəli xarakterizə edin.

Şagirdlərin bilikləri bu suallar ətrafında müzakirədən sonra, sonda dərsdə alınan yeni məlumatlarla tamamlanır.
İNTERAKTİV TƏLİM ÜSULLARINDAN və DƏRSDƏ

İKT-nin İSTİFADƏSİNDƏN ALINAN NƏTİCƏ

Şagirdlərə yuxarıda sadalanan metodlardan istifadə etməklə dərsləri keçdikdə, onlarda düşünmə qabiliyyəti artır və aşağıdakı istiqamətlərdə inkişaf gedir:
1. Şəxsilikdən ictimailiyə doğru
2. Asılılıqdan müstəqilliliyə doğru
3. İKT-dən istifadə vərdişlərinə doğru
4. İntuisiyadan məntiqə doğru
5. Tək fikirlilikdən alternativliyə doğru
6. Yaradıcılığa və vizual effektlərə doğru
7. Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşir
8. Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır
9. Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı formalaşır
10. Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
11. Kompüter proqramları ilə tanış olurlar
12. Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşır
13. Auditoriya qarşısında sərbəst çıxış etmə qabilləti yaranır

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Ç.Templ, K.Meredit, C.Stil: Uşaqlar necə dərk edir? İlkin Prinsiplər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan, 2000
2. Ç.Templ, K.Meredit, C.Stil: Tənqidi təfəkkürün gələcək inkişaf üsulları. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan, 2000
3. Zoologiya. Dərslik, 8-ci sinif. 2005

Oxunma sayı: 87879

32s şərh var: “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi”

  • Nicat:

    Gerekli melumatlara gore cox sag ol.

  • Almaz Həsrət:

    Salam, Nicat bəy.
    Materialım Sizi maraqlandırıbsa, təşəkkür edirəm.
    Hörmətlə, Almaz Həsrət

  • Dürdanə:

    Çox sagolun Almaz xanım izahınız həm aydın, həm də gərəklidir.

    Salam Dürdanə xanım.
    Materialımı oxuduğunuza görə Sizə təşəkkür edirəm.
    Hörmətlə Almaz Həsrət

  • Camal Rəsulov:

    Almaz xanım gərəkli məlumata görə təşəkkür edirəm.Buradan fəal dərsin mərhələlərində vaxt bölgüsünü öyrəndim.Sağ olun

    Camal bəy, mən də Sizə materialımla maraqlandığınız üçün öz təşəkkürümü bildirirəm.

  • Nailə Həsənova.:

    Sizinlə fəxr edirəm!

    Təşəkkür edirəm! Qarşılıqlıdır!!!
    Hörmətlə Almaz Həsrət

  • salam men orta tehsilli ingilis dili muellimesiyem bu il mektebde ishe qebul uchun tehsil nazirliyinde imtahana gedecem…bilmek isteyirem ki ishe qebul imtahaninda orta ixtisasli muellimlere hansi fennlerden suallar dushecek bilen varsa mene komek etsin avqusta qeder hazirlashmaliyam…teshekkur edirem…

    Salam Şəfa müəllimə.
    Siz bu sualın cavabını Təhsil Nazirliyinin saytından əldə edə bilərsiniz.

    Hörmətlə Almaz Həsrət

  • xuraman:

    salam,men ali tehsilli ibtidai sinif muellimesiyem,muellimlerin ishe qebulu uzre musabiqede ishtirak etmek isteyirem,amma nece hazirlashacagimi bilmirem.Xahish edirem komek edin.

    Salam Xuraman müəllimə.
    Sualınızı mənim saytımda yayımladığınıza görə təşəkkür edirəm
    Siz bu sualın cavabını Təhsil Nazirliyinin saytından əldə edə bilərsiniz.

    Hörmətlə Almaz Həsrət

  • aygul:

    salammen ali tehsilli ibtidai sinif muellimesiyem men elektronnu musabiqede istirak etmek isteyirem zehmet olmasa mene komek edin

    Salam Ayğul müəllimə.
    Mən Sizə həmin müsabiqənin saytını göndərə bilərəm: http://musabiqe.edu.az
    Bütün suallarınızın cavabını buradan əldə edə bilərsiniz.

    Hörmətlə Almaz Həsrət

  • Həzər:

    Çox sag olun Almaz xanım izahınız gərəklidir. Xüsusən gənclər sizin kimi müəllimlərdən daim öyrənməlidirlər.

    Hörmətli Nəzər müəllim.
    Xoş sözlərinizə görə Sizə təşəkkür edirəm!
    Çox sağ olun!

    Hörmətlə Almaz Həsrət

  • Sevda:

    Almaz xanım verdiyiniz məlumatlara görə çox sağ olun!

    Sevda xanım, marağınıza görə Sizə çox sağ olun deyirəm!
    Hörmətlə Almaz Həsrət

  • salam cox gozel saytdir.

    Təşəkkür edirəm!
    Hörmətlə Almaz Həsrət

  • ahmad:

    salam

    Salam.
    Hörmətlə Almaz Həsrət

  • Nəriman:

    Dəyərli məlumatlarınıza görə sizlərə minnətdaram. Sizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edir işlərinizdə uğurlar arzulayıram!!!

    Çox sağ olun!
    Mən də Sizi təbrik edir və bütün işlərinizdə uğurlar arzulayıram!

  • ilahe:

    Salam Almaz xanim.men sizin materialinizdan istifade etsem olar?Evvelceden teshekkurler!

    Salam, İlahə xanım!
    Təbii ki, Siz istifadə edə bilərsiniz.
    Buyurun.
    Hörmətlə Almaz Həsrət

  • Şamama:

    baxdim cox memnun oldum, size islerinizde yeni yeni uqurlar

    Çox sağ olun! Sizə də həyatda daim uğurlar arzulayıram!

    Hörmətlə, Almaz Həsrət

  • Əli Musayev:

    yaxşı metodiki tövsiyedir.etrafli melumatdir.amma blum taksonomiyası haqqqında daha geniş melumat isterdim.

    Salam Əli bəy! Marağınıza görə təşəkkür edirəm!
    Ancaq mən burada Blum taksonomiyası barədə geniş məlumat verməyi nəzərdə tutmamışdım.
    Daha çox İKT yönümlüdür yazım.
    Hörmətlə Almaz Həsrət

  • Əli Musayev:

    Almaz xanim bu materiallardan öz muhaziremde elmi praktik konfransda istifade ede bileremmi

    Salam, Əli bəy!
    Təbii ki, Siz bu materialdan istifadə edə bilərsiniz.
    Maraq və diqqətinizə görə təşəkkür edirəm.
    Hörmətlə Almaz Həsrət

  • Gülmira:

    Salam Almaz xanım.Men sizden xahiş edirəm keçirtdiyiniz açıq dərslərə baxmaq üçün,hansı sayta girmək lazımdır,yazasınız.

    Salam Gülmira xanım.
    Dərs nümunələrini Siz bu linklərdən baxa bilərsiniz:
    1- Mənim keçdiyim dərs nümunəsi

    burada digər müəllimlərin də nümunəvi dərslərə baxa bilərsiniz
    2- mənim saytımın video bölməsindən də digər dərsləri izləyə bilərsiniz

    Hörmətlə Almaz Həsrət

  • Elman:

    cox sağolun çəkdiyiniz zəhmətə görə,həmişə yazılarınızdan yararlanırıq və həmişə bütün yazılarınızı oxuyuruq.təşəkkürlər

  • Aytac:

    Men alitehsilli ibtidai sinif müəlliməsiyem.Müsabiqede salinan suallar ne barede ve ya hansı fenn sualları coxluq teskil edecek

  • Gunel:

    salam.cox xoshuma geldi.teshekkurler bele genish izahat ucun. men de bu il muellime olmaq isteyirem.imtahan verecem.siz bilmirsiz imtahana dushen suallarin numunesini haradan tapa bilerem.ixtisasim ingilis dilidir.

  • Gunel.H:

    Salam. Almaz xanim cox teshekkur edirem. Heqiqeten gerekli melumatlardir. Bir cox melumatlari oyrendim. Inshallah imtahan zamani komeyim olar.

  • Nilay:

    Salam,mullimler ucun imtahandaki suallari nece oyrenmek olar?ixtisasim Riyaziyyatdir.

  • ayten:

    salam.tesekkur edirem maraqli ve deyerli melumatlar ucun.

  • Aytac:

    Salam. twkrler. ingilis dili muellimesiyem ingilis dili ixtisai ucun suallar olacaq?

  • Osman:

    Salam!Bu meqaleni qezetde capa vere bilerem?

  • ilhame:

    salam men bu il inşAllah ingilis dili muellimesi olaraq mezun olacam.yanvar-fevral ayi erzinde tehsil aldigim elm ocagida bir tedbir kecirmek isteyirem ve hec yerden yeterince melumat elde ede bilmemisem.çox xahiş edirem mene ingilis dili haqqinda daha genis melumat tapmağa.hansi saytdan daha etrafli melumat toplaya bilerem?

  • ESMER:

    Ibtidai sinif muellimesi islemek ucun konkret olaraq hansi fenlerden hazirlasmaliyam?xahis edirem cavablandirasiniz.

  • Gunel:

    salam,men keys metodu haqqinda da bilmek isteyerdim

  • Qələmşah:

    Sizin Blum taksonomiyası ilə bağlı şərhlərinizlə razı deyiləm. Məsələn “Həmin heyvanın qidasını nə təşkil edir?” . Bu sintezedici sual deyil.Təssüfki , vaxtım indi çox məhdududur.Uzun şərh yazıb fikrimi əsaslandıra bilməyəcəm. Təşəkkürlər

  • TasKafa:

    Salam tesekkur edirem deeyerli melumatlara gore insallah imtahanda komek olacaq

  • turana92:

    salam millet….

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters