Get Adobe Flash player

Təhsil haqqı artırılır?

Təhsil haqqının artırılması təklifi narazılıq doğurdu. Firudin Cəlilov: “Təhsil haqqının artırılması kasıb ailələrin belini qırmaqdan başqa bir şey deyil”.  QayNar:  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair fikirlərini jurnalistlərlə bölüşərkən belə bir fikir işlədib ki, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyənləşdirilməsi narahatlıq doğurur. Onun sözlərinə görə, bu məbləğin təxminən iki dəfə artırılmasına ehtiyac var. Elm və təhsil komitəsinin sədri onu da deyib ki, təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və əslində tamamilə yenidən qurulması nəzərdə tutulub. Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsilalana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir: “Başqa sözlə, maliyyələşdirmə əvvəlcədən aparılmır və təhsilalanın arxasınca onun seçdiyi təhsil müəssisəsinə gedir. Bu ildən başlayaraq sözügedən mexanizmin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq”.
Məsələyə münasibət bildirən sabiq təhsil naziri Firudin Cəlilov “Xalq Cəbhəsi”nə deybr ki, indiki halda təhsil haqqının artırılmasına ehtiyac yoxdur: “Ümumiyyətlə, pullu təhsilə indiki yanaşmanı doğru saymıram. Biz o vaxt pullu təhsil məsələsini qanuna salanda ölkənin büdcəsinin zəif olmasını, universitetlərin maddi-texniki bazasının pis vəziyyətə düşməsini nəzərə almışdıq. Onu da hesablamışdıq ki, pullu təhsil sistemini tətbiq etməklə universitetləri müəyyən qədər qaydaya salmaq, müəllimlərin maaşını artırmaq olar. O zaman cəmi 30 faiz tələbənin pullu təhsil alması nəzərdə tutulmuşdu. Ancaq illər ötdükcə bu faizi artırdılar, indi artıq bu rəqəm 70-ə çatıb. Doğrudur, pullu təhsil olmalıdır, ancaq faiz azalmaqdansa, artmağa doğru gedir. Təhsil haqqının da artması prosesini müşahidə etməkdəyik. Halbuki ölkənin iqtisadi vəziyyəti yaxşıdır, büdcədə pul var, neftdən yaxşı gəlir gəlir. Biz çalışmayılıq ki, kasıb uşaqları da oxusun. Təhsil haqqının artırılması kasıb uşaqlarının oxumağının qarşısının alınması anlamına gəlir ki, bu da düzgün deyil. Dediyim kimi bu məsələni əvvəldən baş-ayaq qoyublar. İndi isə təhsil haqqının artırılması kasıb ailələrin belini qırmaqdan başqa bir şey deyil. Adam var ki, aylarla evinə ət ala bilmir. Uşaqları yay boyu meyvə yemir. O, haradan pul alsın, uşağını oxutsun. Ümumiyyətlə, belə məsələlərdə bir az xalqın xeyrini düşünmək lazımdır. Mən bilmirəm, parlamentdə oturan deputatlar nə fikirləşirlər?”.
Pullu ixtisaslarda optimal məbləğin nə qədər olması barədə sualı cavablandıran ekspert deyir ki, bu barədə konkret nəsə demək çətindir: “Məbləği universitetlər real şəraiti nəzərə alaraq müəyyənləşdirirlər. Ancaq həm məbləği, həm də pullu ixtisasların sayını azaltmaq lazımdır”.
Firudin Cəlilov yeni maliyyələşmə mexanizminin tətbiq olunmasını müsbət hal kimi qiymətləndirir: “Hər tələbəyə dövlət nə qədər xərc çəkir, bu, dəqiq müəyyənləşdirilməlidir. Bu, bütün dünyada belədir. Yeni maliyyələşmə mexanizminin tətbiqi bu baxımdan vacibdir və bunu doğru addım sayıram”.

Qaynaq: QayNar

Oxunma sayı: 67

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters