Uşaqları kitab oxumağa alışdıraq
Türkiyənin aile.org saytının verdiyi məlumata görə, kitab – uşağın zehni, hissi, sosial və dil inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Kitabların uşağın inkişafındakı önəmli yeri:
- o uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, -
- o uşağın inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət payını verir,- o uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur,
- o söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır,
- o dinləmək qabiliyyətini formalaşdırır,
- o öz həyatından qıraqdakı aləmi tanımasına kömək edir,
- o birlikdə kitab oxumaq uşaqla valideyn arasında rabitənin qurulmasına kömək edir,
- o uşaqda oxumaq sevgisi yaradır.
Başlanğıc üçün uşağa rahat əlidə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitabları vermək lazımdır, çünki o, məhz belə kitabları sevir.
Uşaq valideynlərindən səhifələri çevirməyi və kitabı cırmamağı öyrənir.
Uşağa veriləcək kitablar daima əyləncəli və öyrədici olmalıdır, onda qorxu hissi oyandırmamalıdır. Kitabdakı hekayələrin dili, onun anlaya biləcəyi kimi sadə, şəkilləri mənalı olmalıdır. Uşaq kitabları cırılmağa qarşı möhkəm (qalın), bol şəkilli, şəkillərdə uşağın tanıdığı, bildiyi əşyalar, heyvanlar və insanlar olmasına diqqət edilməlidir.
Uşağa kitab oxuyan ata-ananın səsi ona bilik qapılarını açır. Nağıl danışarkən və ya oxuyarkən uşaq, ata-anasının qucağında oturarsa özünü rahat hiss edər və qorunduğunu fərqinə varar.
Kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona ucadan kitab oxumalı və ata-ananın özü də kitab oxuyaraq uşağa əsl örnək olmalıdırlar.
Qaynaq: Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Oxunma sayı: 78




