Get Adobe Flash player

Az otur, çox yaşa!

Alimlər çox oturmağın ziyanlarını müəyyən edib. Həkimlər çox oturmağın insan səhhətində bir sıra problemlərə gətirib çıxaracağı haqqında xəbərdarlıq edir. Hətta bu xəstəliklərin erkən ölümə səbəb olması da qeyd olunur. Alimlərin apardığı müşahidələr də bunu təsdiqləyib. Belə ki, gün ərzində televiziya qarşısında 4 saatdan çox oturan və buna 2 saatdan az vaxt sərf edən insanlar müqayisə olunub. Nəticədə məlum olub ki, televiziya qarşısında daha çox vaxt keçirən adamlarda kardioloji xəstəliklərə tutulma ehtimalı digərlərindən 80 faiz yüksəkdir.

Yalnız televiziya qarşısında oturmaq deyil, ümumiyyətlə işdə, avtomobildə oturaq vəziyyətdə çox qalmaq ürək-damar xəstəliklərinə tutulma riskini artırır. Həkimlər bu problemin həlli yolu kimi isə sadə bir məsləhət verir: daha çox hərəkət etmək.

Qaynaq: inradio.az

Oxunma sayı: 75

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters