Get Adobe Flash player

İlk dəfə 7 abituriyent 700 bal topladı

Ötən il ən yüksək nəticəni cəmi 2 nəfər göstərmişdi. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən indiyədək olan müddətdə ilk dəfə olaraq, bu il 7 nəfər abituriyent 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb.E. Nağızadə deyib ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Həmin ilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib.

Qaynaq: news.qaynar.info

Oxunma sayı: 191

1 şərh var: “İlk dəfə 7 abituriyent 700 bal topladı”

  • huseynova Aysel:

    Təhsilimizə yuxarıdan aşağı baxmayın. Hər şey birdən yaranmayıb ki. Biz inkişaf edirik, həm də sürətlə. Bu inkişaf isə səndən, məndən, bizdən asılıdır.

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters