Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Uşaqlar üçün öyrədici veb səhifə

Uşaqlar üçün saytAzərbaycanda ilk “Uşaqlar üçün öyrədici veb səhifə”nin təqdimatı keçirilib

«APA-ECONOMICS»in məlumatına görə, www.oyren.orq ünvanında yerləşən layihə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. İnternet resursunda uşaqlar üçün mahnılar, nağıllar, tapmacalar, atalar sözü, oyna və öyrən, heyvanları sevin, İslam və uşaq, nəqliyyat, sağlıq, maraqlı oyunlar və həmçinin də yerli, xarici nağıllar və mahnılar (mp3 formatında) və digər bölmələr yerləşdirilib.

Tədbirdə çıxış edən “Rəqəmsal İnkişaf” İctimai Birliyinin icraçı direktoru Könül Ağayeva layihə haqda geniş məlumat verib. Onun sözlərinə görə, bu resurs məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş yeganə veb səhifədir: “Bu günə kimi yaradılan resurslarda bu yaş həddinə aid olan uşaqlar üçün məhdud həcmdə məlumatlar yerləşdirilib”.

Saytın linkinin Azərbaycan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulub. Gələcəkdə uşaqların ingilis dilini öyrənməsi üçün resursa oyunlar yüklənəcək və uşaqların marağının azalmasına yol verməmək üçün sayt mütəmadi olaraq yenilənəcək.

Qaynaq: APA-ECONOMICS

Oxunma sayı: 9474

6s şərh var: “Uşaqlar üçün öyrədici veb səhifə”

  • AFAQ:

    salam.sabahiniz xeyir olsun.cox isterdim ki.saytda coxlu azeri usaq mahnilari yerleshdirilsin ki.biz de canla-bashla yukleyib ushaqlarimiza qulaq asdiraq.Men internetde yalniz ushaq mahnilari axtariram ve KUKLAdan bashqa hecne tapa bilmirem cox teessuflendiricidir.TESEKKURLER……………………

  • SAMIRA:

    salam mende ushaq mahnilarinin cox olmasini isterdim.birde ushaqlarin terbiyesi ucun psixoloq mesleheti olsa yaxshi olar. Teshekkurler

  • Gunel:

    salamaleykum insallah men isterdimki burada usaqlar ucun dini bilgiler ve peygemberlerin heyatina aid cizgi filmleri yerlesdirilsin Onceden tesekkurler

  • vahid:

    salam.usaqlarcun yol qaydalari haqqinda melumat vermeyinizi xahish edirem.onceden teshekkurlerimi bildirirem.

  • Belə vebsaytın olması uşaqlar üçün çox vacibdir.buna görə təşəkkürlər.Uşaq mahnıları çoxluq təşkil etsə sisə minnətdar olarıq.

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters