Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru

Ramiz Məmmədzadə.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, burada söz idarəetmənin ümumi funksiyalarından gedəcək. Bu, bir çox məktəb rəhbərlərinin fəaliyyətinin zəif tərəfidir. Bunun da tarixən obyektiv səbəbləri var. Bu, hər şeydən əvvəl, Sovetlər dövründə məktəbşünaslıqda “rəhbərlik” termini “idarəetmə” termini kimi qəbul edilirdi ki, bu da əsasən inzibatçılıqla bağlanırdı. Yəni göstəriş vermək, əmrləşdirmək, hökmləşdirmək və s. hüququna malik olmaq. Təsadüfi deyil ki, indi də bir çox məktəb rəhbərləri və ümumiyyətlə rəhbər işçilərin əksəriyyəti verdikləri göstərişləri özləri həyata keçirə bilmədikləri halda başqalarından tələb edirlər.

Oxucu razılaşar ki, özün bacarmadığını başqasından tələb etmək düzgün deyil. Müasir menecment nəzəriyyəsində rəhbərlik idarəetmə funksiyalarından biri hesab edilir. O, tamam başqa mənaya və məzmuna malikdir. Onları açıqlamaq yerinə düşər. Qeyd etmək lazımdır ki, “planlaşdırma və təşkiletmə” nə qədər yaxşı aparılsa da, məktəb kollektivinin fəaliyyətində yüksək nəticələr əldə etmək çətindir. Adı çəkilmiş bu funksiyalar əhəmiyyətlidir, çünki müəllim, şagird, valideyn, sponsorların və digər subyektlərin fəaliyyətinin effektiv inteqrasiyasını təmin etmir. Onların fəaliyyətindən isə təhsilin keyfiyyəti çox asılıdır. Rəhbərlik (idarəetmə funksiyalarından biri kimi) təhsil prosesinin bütün iştirakçılarının maraqlarını nəzərə almalı, onların öz əməklərindən razı qalmalarına, kollektivdə mənəvi-psixoloji mühitin xoş olmasına nail olmalıdır. Effektiv rəhbərliyə nail olmaq üçün insanların təşkilatçılıq qabiliyyətlərini bilməli, onları motivləşdirməni bacarmalı, pedaqoji işçilərin fəaliyyətini qiymətləndirmə üsullarından istifadə etməlidir. Özünüqiymətləndirmə üsullarından xəbərdar olmaq, hansından hansı halda necə istifadə etmək özü də əhəmiyyət kəsb edir. Onları aşağıda açıqlayırıq:

1. Aylıq əmək haqqı qədər mükafat vermək.
2. ”Əməkdar müəllim” adınа təqdim etmək.
3. Ümumi yığıncaqlarda tərifləmək.
4. Dövlət və ya əlavə fondlar hesabına istirahətə və ya turist səfərinə göndərmək.
5. Əmrlə təşəkkür etmək.
6. Dəyərli hədiyyə vermək.
7. Ən yaxşı novator-müəllimlər lövhəsində müəllimin foto şəklini yerləşdirmək.
8. Müxtəlif xarakterli problem-konfrans və seminarlara göndərmək.
9. Tematik kurslara göndərmək.
10. Fənn dekada və aylıqlarının hazırlanması fəaliyyətinə cəlb etmək.
11. Metodik iş üçün saat ayırmaq.
12. Yaradıcı işlərin fərdi sərgisini təşkil etmək.
13. Dərslərini dinlədikdən sonra minnətdarlıq etmək.
14. Özünənəzarətə keçirmək və s.

Burada qeyd etmək lazımdır ki, düşünüb digər formalar da tapmaq olar. Ondan başqa adları çəkilən üsullar bəlkə də, hamıya bəllidir, ancaq onlardan gündəlik məktəb fəaliyyətində istifadə olunurmu? Bu, böyük sual doğurur. Və nəhayət, qətiyyətlə demək olar ki, keyfiyyəti idarə etmək üçün mütləq xüsusi stimullaşdırıcı və motivləşdirici tədbirlərin həyata keçirilməsi lazımdır. Və bir də məktəb müəllimləri də on illər boyu formalaşmış düşüncə “bizim məktəblər həmişə təhsildə yüksək keyfiyyət uğrunda mübarizə aparmışlar” fikrini unutmalı, onun uğrunda mübarizəyə qoşulmalıdırlar.

Uzun illər boyu məktəb rəhbərləri ilə görüşlər, ixtisasartırma kurslarının dinləyiciləri ilə söhbətlər, məsləhətləşmələr əsas verir, qeyd edək ki, rəhbərlik funksiyalarının motivləşmə komponentlərindən söz gedəndə təhsildə keyfiyyət problemi onlar tərəfindən müxtəlif mənada izah olunur. Əgər söhbət bu problemdən, qrupdan və kollektivdən gedirsə, onda mövzu müsbət və maraqla qarşılanır, fikirləşirlər ki, çıxış yolları açıqlanacaq, bəziləri özlərini yoxlayır, düşüncələrini müqayisə edir, problemin həlli yollarını və vasitələrini öyrənəcəklərinə ümid edirlər. Yox, əgər rəhbər müəllimlə fərdi söhbət edirsə, onda müəllim söhbəti 50 təhqir kimi qəbul edir, narahatçılığını bildirir. Başqa sözlə, bu söhbət müəllimin fəaliyyətinin tənqidi, qiyməti kimi qəbul olunur.

Belə də olduqda neqativ emosiyalar sağlam düşüncə və təhlil bacarığını kölgədə qoyur, narahatçılıq hissi üstünlük təşkil edir. Müəllim rəhbərin maraqlı məsləhətlərini eşitmir və elə düşünür ki, o, elə belə də işləyir.

O da qeyd edilməlidir ki, təhsilin keyfiyyətinin yüksəlməsi üçün pedaqoji işçilərin yeni dəyərlər əsasında stimullaşdırılmasının da yeni informasiya texnologiyalarının tətbiqi, məktəb fəaliyyətinin uzaq (gələcək) nəticələrinin uçotu (məzunların gələcək həyatlarında qazandıqları müvəffəqiyyətlər, nəticələr) və rəhbərlərin şəxsi nümunəsi də böyük əhəmiyyət kəsb edir.

Məktəbdə təhsilin keyfiyyətinə nail olmaq üçün rəhbərliyin funksiyalarını həyаtа keçirmək məktəbin fəaliyyət planında xüsusi bölmədir. Bu istiqаmətdə аylıq tədbirlər müəyyənləşdirilməli, direktor və onun müavinləri tərəfindən nə vaxt, kimlərlə həyata keçiriləcəyi göstərilməlidir. Həmçinin təhsil prosesi iştirakçılarının motivləri və stimullaşdırılması göstərilməlidir..

Nəzarət-monitorinq

Təhsil sistemində hamı bilir ki, məktəblərin nоrmаl təlim prosesinə və məktəbin inkişafına nail olmaq, təhsildə keyfiyyət əldə etmək üçün stabil şəraitə ehtiyac var. Ancaq real həyatda məktəbin daxili və xarici mühiti daima dəyişir, müəllimlərin həyatında nələrsə baş verir, uşaqların həyata münasibətlərində yeniləşmə gedir. Çox zaman baş verən bu dəyişiklikləri qabaqcadan görmək mümkün olmur. Onlar isə planda nəzərdə tutulanların həyata keçirilməsinə maneçilik törədir, bəzən isə təhsildə keyfiyyəti yüksəltmək üçün yeni imkanlar yaranır. Belə olduqda yaxşı təşkil edilmiş idarəetmədə bu dəyişikliklər vaxtında görünür, ona uyğun olaraq planlara və görülmüş işlərə dəyişikliklər edilir. Buna görə idarəedici sistem bu dəyişmələr haqqında vaxtında məlumat almalıdır. Bu məlumatların alınmasını isə yaxşı təşkil edilmiş nəzarət və ya vaxtaşırı keçirilən monitorinqlər təmin edir. Bu işdə söhbət heç də məktəb rəhbərlərinin nəzarətin mümkün olan forma və metodlarını bilməsindən getmir. Əsas məsələ insanların idarəetmənin bu funksiyasına münasibətinin 51 dəyişməsindən ibarətdir. Məsələ ondadır ki, insanlar (istər müəllimlər, istərsə də şagirdlər) nəzarəti xoşlamırlar. Xüsusən yoxlamaya cəlb edilmiş insanlar yoxlamanı hədə-qorxu ilə başlayır, məsləhət verməyə çalışmırlar. Digər tərəfdən təcrübə göstərir ki, adətən yoxlama zamanı nöqsanlar, səhvlər üzə çıxır. Onun da ardınca neqativ qiymətləndirmə qeyri-obyektiv qərarlar, konfliktlər və s. baş verir. Əlbəttə, yoxlamalar zamanı əsaslı şəkildə mənfineqativ qavramanı azaltmaq olar. Bunun üçün təhsilin keyfiyyətini və ümumiyyətlə hər cür yoxlamanı obyektiv, vəzifəsindən qorxmayan, səlahiyyətli işçilərə tapşırmaq lazımdır.

Bundan başqa, təhsil prosesinin iştirakçılarına onu da izah etmək lazımdır ki, idarəetmə əks əlaqə tələb edir. Onsuz idarəetmə mümkün deyil. Əgər nəzarətin obyektinin təhsilin keyfiyyəti olduğu nəzərə alınsa, onun əhəmiyyəti daha da artır və monitorinq xarakteri üzə çıxır. Təhsil prosesinin nəticələri, onların qarşıya qoyulmuş son məqsədlərə uyğunluğu, idarəedənlər üçün əhəmiyyəti daha da artır. Çünki təlim prosesinin müəyyən mərhələləri vaxtaşırı təkrarlanır və əks əlaqə son nəticənin alınmasında məlumat rolunu oynayır. Bu məlumatlar isə layihələşdirilmiş prosesin son nəticəsini əldə etməyə yönəlmiş tədbirlərin korrektə olunmasına imkan verir, bəzən isə hətta plan və qarşıya qoyulmuş məqsəd də dəyişdirilir. Ancaq unutmaq olmaz ki, nəzarətin – monitorinqin əhəmiyyətinin böyüklüyünə baxmayaraq, onun həddindən artıq olması da bəzən əyintilərə gətirib çıxarır. Təsadüfi deyil ki, nazirlik tərəfindən artıq rüblük yoxlamalar – qiymətləndirmələr semestr (yarım illik) qiymətləndirmə ilə əvəz edilmişdir.

Koordinasiya

Bu funksiyanın əhəmiyyəti ondan ibarətdir ki, təhsil prosesində çoxlu аmillər var və onların hesabına təhsildə keyfiyyəti yüksəltmək olar. Məktəb rəhbərləri onlardan istifadə etməlidirlər. Özü də bu zaman unutmaq olmaz ki, onlar bir-birilə əlaqəlidirlər. Burada məktəbin ənənəvi problemi – fənlərarası əlaqə yada düşür. Fənlərarası əlaqə düzgün həyata keçirilirsə, təhsil prosesində sistemlilik, bir-birini təkrarlamamаq, ziddiyyətlər aradan qaldırılır, məqsədyönlülük və bütövlük əldə edilir. Bu problemin həlli təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Bu zaman təhsildə şagirdlərin 52 humanist elmi dünyagörüşü formalaşır, təhsil nəticələrinin ayrı-ayrı hissəciklərdən ibarət olması aradan qaldırılır, dünyanın elmi nəticəsi bütövlükdə dərk edilir. Şagirdlərdə riyazi, təbiət və humanitar biliklərə şüurlu münasibət formalaşır. Təhsildə yüksək keyfiyyət əldə etmək üçün bu problemin həllinin əhəmiyyəti böyükdür. Bunu da idarəetmə funksiyalarının koordinasiyası vasitəsilə əldə etmək mümkündür.

Bundan başqa, onu da unutmayaq ki, məktəb idarəetmə obyekti kimi mürəkkəb, bir neçə yarım struktur bölmələrdən ibarət çox komponentli kompleksdir. Hər bir məktəbin idarəetmə sistemi mürəkkəb olub, bir neçə səviyyədən: fərdi və kollektiv, daimi və müvəqqəti subyektlərdən, onların arasındakı əlaqə və münasibətlərin səviyyəsindən asılıdır. Bütün bunlar təhsildə keyfiyyət əldə etmək məqsədilə optimal hala çatdırılmalı, koordinə olunmalıdır. Bu da bütün işlərin, həyata keçirilən tədbirlərin mütəmadi təhlili, planlaşdırılması, nəzarət olunmasının idarə edilməsi nəticəsində həyata keçirilə bilər.

Qaynaq:  TƏHSİLDƏ KEYFİYYƏT APАRICI İSTİQAMƏTLƏRDƏN BİRİ KİMİ 

Oxunma sayı: 7728

1 şərh var: “Məktəb direktoru necə olmalıdır?”

  • Ənvər:

    Məktəb direktoru təyin olunarkən verdiyini tezliklə çıxarmaq üçün əlinə düşən bütün imkanlardan məharətlə yararlanmağı bacarmalı, tabe olduğu yuxarı təşkilatların haqqını vaxtlı-vaxtında çatdırmalıdır

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters