Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

“Abituriyent” jurnalının internet səhifəsi açılıb

abuturyent-jurnaliTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat orqanı olan “Abituriyent” jurnalının internet səhifəsi açılıb.

Bununla da, htpp/www.abiturient.az internet səhifəsində jurnalın bütün buraxılışları, tədris və metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm, operativ məlumat almaq mümkündür.

Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu dəyişiklik jurnalın bütün buraxılışlarına ictimaiyyətin dərin maraq göstərdiyi nəzərə alınaraq reallaşdırılıb.

Xatırladaq ki, “Abituriyent” jurnalı ali və orta ixtisas məktəblərinə hazırlaşan abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu yeganə nəşrdir. Nəşr edildiyi 15 il müddətində ictimaiyyətin artan maraq və tələbatına uyğun olaraq jurnalın tirajı da ilbəil artıb. Jurnal respublikada ən çox oxunan və istifadə olunan nəşrlərdən biridir. İlk illərdə jurnal, respublikanın iri şəhərlərində və bölgə mərkəzlərində yayımlanırdısa, indi bu nəşr bütün rayonlara çatdırılır.

Qaynaq: LENT.AZ

Oxunma sayı: 53596

21s şərh var: ““Abituriyent” jurnalının internet səhifəsi açılıb”

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters