Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Biologiya və coğrafiya müəllimlərinə müjdə

Həyata hazırlıq

Azərbaycanın orta məktəblərində VI-VIII sinif şagirdləri üçün yeni fənn – “Həyat bilgisi” tədris ediləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu yenilik tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədardır. Hazırda “Həyat bilgisi” fənni I-V sinif şagirdlərinə keçirilir. Məktəblərdə V sinif şagirdlərinə “Həyat bilgisi” bu dərs ilindən tədris edilir.

2013-2014-cü tədris ilindən kurikulumun orta məktəblərin VI sinfinə tətbiq edilməsi ilə əlaqədar həmin siniflər gələn ildən bu fənni öyrənməyə başlayacaqlar.

2014-2015-ci tədris ilindən kurikulumun tətbiqi ilə əlaqədar “Həyat bilgisi” VII, 2015-2016-cı tədris ilindən VIII, 2016-2017-ci tədris ilindən isə IX siniflərdə tədris ediləcək. Orta məktəblərdə bu fənn I sinifdən IX sinfədək keçiriləcək. Bu fənn şagirdlərə məntiqi düşünmə qabiliyyətinin artrılmasına, həyati bacarıqlarının genişləndirilməsinə imkan verir. Fənlərin şagirdlərə biologiya və coğrafiya müəllimləri tərəfindən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın orta məktəblərində fizika və kimya fənlərinin tədrisinə başlama vaxtı 1 il tezləşdiriləcək. Kurikulumların tətbiqi ilə əlaqədar 2013-2014-cü tədris ilindən orta məktəblərdə fizika VI, 2014-2015-ci tədris ilindən isə kimya fənni VII sinifdən tədris edilməyə başlanacaq. Həmin fənlər hazırda da olduğu kimi, şagirdlərə XI sinfədək keçiriləcək.

Qaynaq: Təhsil nazirliyi

Oxunma sayı: 2594

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters