Get Adobe Flash player

Misir Mərdanov: “Ali məktəblərə qəbul proqramlarının orta məktəb proqramlarına uyğunluğunu artırmaq lazımdır”

Misir Mərdanov“Biz nə qədər çalışsaq da, 10-11-ci siniflərdə şagirdlərin qəbul olmaq istədikləri ali məktəblər üzrə repititor yanında hazırlaşmasının qarşısını ala bilmirik. Uşaqlar digər fənləri oxumurlar və ya zəif oxuyurlar”.APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, orta məktəblərdə repititorluğun qarşısını almaq üçün kompleks tədbirlər görmək lazımdır: ”Biz gələcəkdə ayrı-ayrı ixtisaslar üzrə profilli orta məktəblər yaratmağa başlamalıyıq, digər tərəfdən, dərəcəli attestatlar verməliyik. Ali məktəblərə qəbul proqramlarının orta məktəb proqramlarına uyğunluğunu artırmaq lazımdır”.

Nazir deyib ki, bütün orta məktəblərdən eyni yüksək nəticəni tələb etmək düzgün deyil: “Hazırda heç də bütün orta məktəblərimizdə şərait istənilən səviyyədə deyil. Dağ məktəbləri var, binaları təmirə ehtiyacı olan məktəblər mövcuddur. Təəssüf ki, bütün məktəblərdən eyni dərəcədə bilik tələb edirik”.

Qaynaq: apa.az

Oxunma sayı: 71

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters