Get Adobe Flash player

Təhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir

Təhsil Nazirliyinin binasıTəhsil Nazirliyi müxtəlif dərəcəli attestatlar tətbiq etmək niyyətindədir.

“Gələcəkdə biz dünyanın bir çox ölkələrində olduğu kimi, profilli məktəblər yaratmalı və müxtəlif dərəcələr üzrə attestatlar verməliyik”, – təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə əsasən, profilli məktəblərin yaradılması vacibdir, çünki hazırda 10-11-ci siniflərdə təhsil alanlar əsas diqqətlərini müəyyən istiqamət üzrə qəbul imtahanlarına hazırlığa yönəldirlər və digər fənlər ikinci dərəcli rol oynayır.

“Nazirliyin məqsədi məktəb proqramlarının qəbul imtahanlarına uyğun keçirilməsidir”, – nazir bildirib.

İbtidai məktəblərdə yeni qiymətləndirmə sistemlərinə gəldikdə isə, Mərdanov bildirib ki, bu üsulla təkcə şagirdin biliyi deyil, eyni zamanda məktəbin tədris səviyyəsi və ümumilikdə bütün təhsil sisteminin səviyyəsi qiymətləndirilir.

Qaynaq: Trend News

Oxunma sayı: 120

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters