Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları

Hümeyir Əhmədov

Hümeyir Əhmədov

Müasir dövrdə Azərbaycanda və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bir məsələ tam aydındır ki, bu obyektiv problemlərin kökü “informasiyanın istehlakı” problemidir. Bu səbəbdən təhsilin elmi nailiyyətlərdən geri qalma tendensiysı getdikcə güclənir. Müasir elm və texnologiyanın inkişafının bir-başa təhsildən asılı olduğunu nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər. Hazırda ali təhsil almaq get-gedə insanların daha çox hissəsi üçün ümdə zərurətə çevrilir. Bu qədər tələbənin ənənəvi formalar üzrə təhsil alması hətta təhsil sahəsində tanınmış liderlər olan inkişaf etmiş ölkələr üçün də çox mürəkkəbdir. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən distant təhsil texnologiyalarına tələbat get-gedə artır. Bu məqalədə göstərilən problemlərin həll üsullarına dair fikirlərimizi hörmətli oxucu ilə bölüşməyə çalışacayiq.

Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən distant təhsiltexnologiyalarına tələbat get-gedə artır. Dünya təhsil sistemində əyani təhsil forması geniş yayılıb. Əyani formada təhsil alan insanlar hər zaman digərlərindən peşə bacarıqları ilə seçilib. Mütəxəssislər isə hesab edirlər ki, əyani təhsil keyyfiyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait tələb olunur. Təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant təhsil forması xeyli üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Azərbaycanda distant təhsilin rəsmi yaranma tarixi «Təhsil haqqında» yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda təhsil almanın 4 forması mövcuddur. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır. Təhsilin distant formasından daha çox müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan insanlar üçün əlverişlidir. Distant təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir. Bundan başqa, bu sistemdə az vaxtda daha çox elmi məlumatlar əldə etmək olur, tələbənin sistemli biliklər alması şüurlu və məntiqi imkanları genişlənir. Avropanın bir çox ölkələrində bu təhsil formasından geniş istifadə olunur. Belə ki, bu, Boloniya təhsil sistemində də əksini tapıb. Son illər distant təhsilin populyarlığı kəskin şəkildə artıb. Bu, əhalinin bütün təbəqələri üçün ən münasib və baha olmayan təhsil formasıdır. Distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə təhsil alanın ixtisasının artırılmasıdır. Hesab olunur ki, distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdı. Distant təhsildə müxtəlif təhsil proqramları, texnologiyalar və tədris forması birləşir. Bu da onun səmərəliliyini artırır. Distant təhsil sistemində dərslər, təlimlər televiziya kanalları, multimedia diskləri, internet şəbəkəsinin imkanları vasitəsi, proqram paketləri ilə həyata keçirilir. Son vaxtlar ali və orta ixtisas məktəblərində qiyabi təhsilin ləğvi, onun distant təhsillə əvəz olunması ilə bağlı müzakirələr artıb. Qiyabi təhsilin ləğv olunması ilə bağlı söz-söhbətlərə təhsil naziri cənab Mikayıl Cabbarov, TQDK sədri xanım Məleykə Abbaszadə də münasibət bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü prof. Asəf Hacıyev hələ bir müddət öncə Modern.az saytına açıqlamasında parlamentdə hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində qiyabi təhsilin ləğv edilməsi məsələsinə diqqət ayrılacağını qeyd etmişdi. Elə həmin açıqlamadan sonra məsələnin müzakirəsi aktuallaşdı.

Öncə qiyabi təhsili əvəz edəcək distant təhsil barədə. Təhsil naziri M. Cabbarov deyib ki, qiyabi təhsil forması tədricən sıradan çıxacaq və distant təhsilinə keciləcək. Nazir hesab edir ki, bu təhsil formasına kecid təhsilin keyfiyyətinə də müsbət təsi redəcək. Qiyabi təhsil artıq dünyanın bir çox ölkələrində mövcud deyil.

Qeyd edək ki, bir neçə universitetdə distant təhsil formasından istifadə edilir.

Dünya təhsil sistemində əyani təhsil forması geniş yayılıb. Əyani formada təhsil alan insanlar hər zaman digərlərindən peşə bacarıqları ilə seçilib. Azərbaycan Təhsil Nazirliyi ölkədəki ali məktəblərin distant (məsafədən) təhsil tətbiq edə bilməməsinin səbəblərini açıqlayıb. Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant təhsildir. Amma təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir. Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı təmin edilməli, distant təhsil almaq üçün hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır. İ. Mustafayev deyib ki, təhsil alanın evdə hər hansı alimin, müəllimin mühazirəsinə qulaq asa bilməsi üçün də ali məktəbin bazası olmalıdır. “Bunlar hamısı gələcəyin işidir. Ali məktəblər gələcəkdə distant təhsilə keçəcəklər. Məktəblərimiz bu istiqamətdə ciddi addımlar atırlar”, – şöbə müdiri əlavə edib.Onun sözlərinə görə, hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti distant təhsilə keçmək üçün işlər aparırlar. İ.Mustafayev hesab edir ki, distant təhsilə keçdikdən sonra təhsil alanlar bu təhsil formasına maraq göstərəcəklər. “Qiyabi təhsil alan tələbələr məcburdular ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbə artıq evdə otura-otura bu təhsili alacaq. Amma gəlin etiraf edək ki, hələlik həm maddi-texniki bazamız, həm də özümüzün hazırkı durumumuz buna imkan vermir. Hələ qiyabi, əyani təhsildə müəyyən neqativ hallara yol verilirsə, onda görün distant təhsildə necə ola bilər?”, – Mustafayev əlavə edib. Ekspertlər isə hesab edirlər ki, əyani təhsil keyyfiyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait tələb olunur. Bu baxımdan ən əlverişli təhsil üsulu açıq distant təhsildir. Bəs distant təhsil forması nədir, hansı üstünlükləri var?

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev deyir ki, təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant çoxlu üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də bərabər imkanlar yaradılır. İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur. Təhsil sahəsində çalışan ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir, materialın qrup şəkilində müzakirə olunması zamanı isə mənimsənilmə 50%-ə qədərdir. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır, ən yüksək mənimsənilmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq olur. Distant təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır. Bu gün dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından bir o qədər də fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir. Mütəxəssislərin hesablamalarına görə distant təhsilə 10 il vaxt və 150 milyon manatdan artıq vəsait lazımdır. Vaxtı ilə Təhsil Nazirliyi tərəfindən (2005-ci ildə) ali təhsilinbəzi istiqamətləri üzrə (məsələn, ali pedaqoji təhsil istiqaməti)distant texnologiyaların tətbiqi üçün konseptual və strateji əhəmiyyətli müəyyən sənədlər hazırlanıb. ADPU-nun Kompüter mərkəzinin direktoru dos. İlham Əhmədovun mətbuatda dərc olunan məqaləsində bu haqda məlumat verilir və bildirilir ki, bu sənədlərə müəyyən əlavələr etməklə, ali pedaqoji təhsilin distant texnologiyalar əsasında reallaşdırması istiqamətində hazırlıq işlərinə başlamaqmümkündür: “Hər hansı ixtisasın tədris planına uyğun olaraq fənlər üzrə elektron resursların hazırlanması (prosesin təşkili və maliyyələşməsi səviyyəsindən asılı olaraq) işi 2-4 il ərzində reallaşa bilər. Əgər tədris planında 40 fənn varsa, deməli, 30-35 fənn üzrə elektron dərslik və elektron tədris-metodik kompleksi yaradılmalıdır. Bu işi paralel olaraq bir neçə ixtisas üzrə eyni zamanda reallaşdırmaq mümkündür. Bir universitetdə 5-6 ixtisas üzrə distant təhsilin (DT) həyata keçirilməsi üçün hazırlıq işi, təxminən, 5-6 il ərzində aparıla bilər. Bu halda 150-200 fənn üzrə electron dərsliklər, mükəmməl test sistemi və digər tədris-metodikmaterialların elektron versiyaları hazırlanmalıdır. Ölkə səviyyəsində ali təhsilin bütün mühüm istiqamətləri üzrə DT sistemini yaratmalı olsaq, minlərlə elektron dərslik hazırlanmalıdır. Bu işə 10 il vaxt və 150 milyon manatdan artıq vəsait lazım ola bilər. Bu məqsədlə təhsilin illik büdcəsindən hər il 1-2% vəsait ayrılarsa, problem 10 il ərzində həll edilə bilər. İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu işi 10-15 il əvvəl və daha çox investisiya ilə həll etmişlər. Göründüyü kimi, DT sisteminin yaradılması çətin və böyük maliyyə tutumlu məsələdir. Belə olduğu halda, görəsən, Azərbaycanda DT-nin yaradılmasına başlamağına dəyərmi? Görəsən, Azərbaycanda DT sistemi olsun, yoxsa olmasın?”. O hesab edir ki, biz milli DT sistemini hökmən yaratmalıyıq.“Təhsil almaq istəyənlər üçün heç də hər gün müəllimlə üzbəüz oturmaq şərt deyil”. Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də bərabər imkanlar yaradılır. İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur. Bu baxımdan ən əlverişli təhsil üsulu açıq distant təhsildir. Bəs distant təhsil forması nədir, hansı üstünlükləri var?

Distant təhsilin növləri

Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə artır. Bir çox təhsil müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəb eksternatından başlamış ali təhsilə və MBA-ya qədər bütün növ distant təhsil kursları təşkil edirlər.

Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə oxumaq olar:
• ali təhsil almaq (University of Liverpool və s.);
• magistraturada oxumaq (Walden University və s.);
• ikinci ali təhsil almaq;
• xarici dil öyrənmək (http://www.study.ru/lessons/online/ və s.);
• MBA proqramı üzrə təlim kursu keçmək;
• internet-treninqlərdə iştirak etmək (http://webinar.ru/ və s.);
• ixtisas kurslarında oxumaq (http://www.online-academy.ru/index.html və s.);
• orta təhsil almaq;

Distant təhsil daha çox kimi cəlb edir?

• İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxsləri;
• İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;
• Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri, çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq olar.
Beynəlxalq statistikaya görə, distant təhsildə «tələbələrin» əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.

Müsbət cəhətləri
1. Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.
2. Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
3. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.
4. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.
5. Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Təhsil üzrə ekspert Rüfət Əliyevin sözlərinə görə, «distant təhsil şübhəsiz ki, qarşısına məqsəd qoyanlar və bunun ona nə üçün lazım olduğunu anlayanlar üçün səmərəli təhsil formasıdır. Belə təhsil özünütəhsil prosesini planlaşdırmağı və ona nəzarət intizamını tərbiyə edir. İstənilən təhsil forması kimi bu da qarşılıqlı prosesdir və tələbə ilə canlı ünsiyyət olmadıqda «pedaqoq» amili çox vacib olur».

Mənfi cəhətləri
1. Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir.
2. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.
3. Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.
4. Təlim kursları kifayət qədər interaktiv olmur.
5. Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.
6. Asan əldə edildiyi üçün adətən distant təhsil səhvən müəyyən bir xarici təhsil almaq imkanı kimi başa düşülür.

Göstərilən mənfi cəhətlərinə baxmayaraq, distant təhsil inkişaf etməkdə davam edəcək və zaman keçdikcə digər təhsil formaları arasında layiqli yerini tutacaq. Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə etməsindədir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanununun1.0.9., 10.5 və 13.1.3 bəndlərində distant təhsil haqqında məlumat verilir. Son illərdə təhsil xidmətlərinin təqdim edilməsinin yeni forması – təhsil sahəsində bir növ texnoloji inqilab sayılan distant təhsil (DT, şəbəkə təhsili) intensiv inkişaf etmişdir. Distant təhsilin tarixi əyani şəkildə göstərir ki, o, dünyanın müxtəlif ölkələrində cəmiyyətin təhsil sahəsində yeni tələblərinə adekvat, relevant təhsil formasıdır. Təhsil xidmətlərinin təqdim edilməsinin yüksək operativliyini təmin edən distant təhsil XXI əsrdə təhsilin ən səmərəli forması olacaqdır. DT mobil virtual təhsil mühiti yaradılması və hər bir müdavim üçün çəkilən xərclərin ənənəvi təhsil sistemləri ilə müqayisədə 2-3 dəfə azaldılması hesabına təhsilin yüksək keyfiyyətini saxlamaqla təhsil xidmətlərinin əlyetərli olmasını təmin etməyə imkan verir. WEB-texnologiyaların potensialı bütün dünyanın təhsil resurslarını akkumulyasiya etməyə imkan verir. Qloballaşma, təhsil məkanının inteqrasiyası, təqdim edilən təhsil xidmətlərinin mobilliyinin, açıqlığının və operativliyinin təmin edilməsi şəraitində bu resursların bir yerə cəmlənməsi xüsusi əhəmiyyət kəsb edir. Distant təhsilin açıqlığı, yəni qəbul imtahanları vermədən ali təhsil almağın mümkünlüyünə təminat verilməsi də şəbəkə təhsil xidmətlərinin potensial istifadəçiləri üçün mühüm amildir.

Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən – laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır. Öyrədici kompüter proqramlarının əlyetərli olması onunla təmin edilir ki, distant təhsil prosesində bu proqramlar disketlərdə və lazer kompakt disklərində (CD) yerlərə çatdırıla bilər. Parametrləri minimal tələblərə uyğun olan hər bir kompüterdə bu proqramlardan istifadə etmək mümkündür. Yeni texnologiyalara əsaslanan distant təhsil sistemində qiyabi təhsil sahəsində toplanmış bütün təcrübədən istifadə edilir. DT əyani, əyani-qiyabi (axşam), qiyabi təhsil almaq, eksternat və bu formaların əlaqələndirilməsi şəklində həyata keçirilə bilər. Ali məktəb distant təhsili həm müstəqil şəkildə, həm də öz struktur bölmələri – filiallar və nümayəndəliklər şəbəkəsi vasitəsilə təşkil edə bilər. «Bəs distant təhsilin həyata keçiriləcəyi informasiya mühitinə təqdim edilən zəruri tələblər nədən ibarət olmalıdır? Bu mühit: prosesin iqtisadi effektivliyini, mövcud təhsil formaları ilə müqayisədə onun ucuz və rəqabət qabiliyyətli olmasını təmin etməli; təhsil prosesinin bütün iştirakçılarının – şagirdin, müəllimin və təhsil müəssisəsinin şəbəkədə bərabərhüquqlu və tamdəyərli iştirakına təminat verməli; onlayn rejimində istifadə edilməsi rahat olan kompakt didaktik materialın operativ yaradılması və redaktə edilməsi imkanını təmin etməli; təhsil müəssisəsinin cəmiyyətdə tələbat olan ən müxtəlif təhsil resurslarını akkumulyasiya edən və onlardan istifadə edən dinamik və mobil struktura çevrilməsinə şərait yaratmalıdır» [1. s.92]. Distant təhsil prosesində telekommunikasiya vasitələrinin tətbiq edilməsi, pedaqoji baxımdan mütəşəkkil informasiya texnologiyaları kompleksindən istifadə edilməsi müdavimin və müəllimin olduğu yerlərdən asılı olmayaraq dolayı vasitələrlə onların qarşılıqlı təsirini tamamilə və ya qismən təmin etməyə imkan verir. Distant təhsil müdavimin fərdi kompüterdən, interaktiv öyrədici təhsil proqramlarından və tütor ilə (müdavimin müəllimlə əlaqəsini təmin edən şəbəkə administratoru ilə) operativ əlaqə saxlamaq üçün elektron kompüter şəbəkələrindən istifadə etməsini nəzərdə tutur. Dünyanın inkişaf etmiş ölkələrində ənənəvi asinxron (qiyabi) təhsil prosesi informasiya vasitələri paketini təqdim edir, təhsil müəssisəsi tərəfindən sistematik nəzarət edilməklə biliklər qazanılması, bacarıq və vərdişlər kompleksinin formalaşması təmin edilir. Sinxron (distant) təhsil formasının mahiyyəti ondan ibarətdir ki, öyrədilən şəxs tütor ilə, məxsusi işlənib hazırlanmış distant informasiya bazası ilə, elektron testləşdirmə vasitələri sistemi ilə sinxron qarşılıqlı əlaqədə təhsil alır. Müasir dövrdə təhsilin bu forması asinxron təhsil formasını tədricən sıxışdırır.
«Distant təhsil prosesinin təmin edilməsi üçün ənənəvi resurslarla yanaşı, distant təhsilin aşağıdakı vasitələrindən də istifadə edilir: multimedia müşahidə vasitələri ilə təchiz olunmuş ixtisaslaşdırılmış dərsliklər, elektron dərsliklərin, tədris vəsaitlərinin, kompüter treninq proqramlarının daxil olduğu elektron tədris-metodik komplekslər, kompüter laboratoriya praktikumları, nəzarət-testləşdirmə dəstləri, tədris videofilmləri, audioyazılar və s. Tədris prosesində əsas informasiya resursu kimi metodik (didaktik) baxımdan işlənmiş distant təhsil informasiya bazalarından istifadə edilməsi onların tətbiq edildiyi vaxt üçün müasir tələblər səviyyəsinə uyğun olmasını, həcminə və məzmununa görə müəyyən səviyyəli əsas tədris proqramlarına təqdim edilən dövlət təhsil standartlarının tələblərinə müvafiq və ya lavə peşəkar tədris proqramlarının məzmunu barədə tələblərə uyğun olmasını təmin edir. Distant təhsil üçün məlumat bazasına müxtəlif tipli daşıyıcılarda hazırlanmış nəşrlər şəklində əsas tədris ədəbiyyatı və tədris-metodik ədəbiyyat fondu; kadrların hazırlanması profillərinə müvafiq dövri nəşrlər, sorğu-biblioqrafik xarakterli nəşrlər, eləcə də mərkəzi və yerli kütləvi ictimai-siyasi nəşrlər fondu; hər bir təhsil proqramının profili üzrə monoqrafiyalar və dövri elmi nəşrlərlə təmsil olunmuş elmi ədəbiyyat fondu daxildir» [2]. DT üçün tədris materialının təşkil edilməsinin ən populyar forması – «internet kitabları»dır. Bu, mühazirələrin və kitabların elektron versiyaları olub, çox əlyetərlidir, çünki onlardan istifadə edilməsi üçün proqramlaşdırma üzrə xüsusi biliklər, o cümlədən Hypertext Markup Language (HTML) və ya JAVA kimi dilləri bilmək tələb olunmur. Bu onunla əlaqədardır ki, köməkçi proqramlar bütün zəruri materialların demək olar ki, hamısını istənilən mətn redaktorundan HTML formatına çevirməyə imkan verir.
Distant təhsil o halda tam həcmdə həyata keçirilə bilər ki, tədris planı üzrə nəzərdə tutulan saatların və tədris proqramlarının həcminin ən azı 70%-i müdavimlər tərəfindən distant təhsil texnologiyalarının köməyi ilə mənimsənilmiş olsun. Distant təhsil texnologiyalarının keys, İnternet və telekommunikasiya texnologiyaları kimi növləri vardır.

Keys texnologiyasından istifadə edən ali məktəbin sərəncamında İnternetə çıxış imkanı, müəllimlərlə tələbələr arasında tamdəyərli ikitərəfli əlaqəni təmin edən bütün zəruri tədris-metodik və təhsil-inzibati informasiyanı əks etdirən məxsusi WEB-sayt olmalıdır. WEB-saytın mövcud olması URL-in göstərilməsi, xidmət provayderi ilə müqavilə və saytın istismara buraxılmasını təsdiq edən sənədlər paketi ilə təsdiqlənir. Ali məktəbin WEB-saytının ayrıca bir bölməsində həmin ali məktəbə daxil olmaq qaydaları, sənədlərin rəsmiləşdirilməsi, təhsil haqqının ödənilməsi qaydaları, təhsil prosesinin təşkil edilməsi formaları və s. barədə tez-tez verilən suallara cavabların əks etdirildiyi informasiya olmalıdır. Tədris-metodik keysi aşağıdakı komponentlərdən ibarət olmalıdır: hər bir ixtisas üzrə tədris planı, müdavimin hər semestr üçün fərdi iş planı; dövlət təhsil standartlarının tələblərinə müvafiq olaraq həmin ixtisasın bütün nəzəri modul-kurslarının məzmununun qısa annotasiyalı siyahısı (buraya bütün fənlər üzrə tədris proqramları, mühazirələrin elektron versiyaları, iş dəftərləri, laboratoriya praktikumları üzrə vəsaitlər, tələbənin interaktiv rejimdə müstəqil işinin idarə olunmasını təmin etməyə imkan verən metodik tövsiyələr, özünənəzarət üçün testlər və çalışmalar, sxemlər, cədvəllər; müdavimin mənimsəməli olduğu terminlərin qlossarisi, yerinə yetirilməsi attestasiya üçün zəruri olan tapşırıq və çalışmalar məcmuəsi, elektron kitabxana və s. daxildir). Tədris ədəbiyyatı disketlərdə və ya CD-lərdə, hipermətn və ya hipermediya formatında, video və audio proqramlar formasında nəşr edilir. Keysə həm də aşağıdakı tədbirlərin hansı formalarda reallaşdırılması barədə tövsiyələr daxildir: 1) ali məktəbin müdiriyyəti və tütor ilə müdavimin interaktiv kommunikasiyası; 2) tədris vaxtının planlaşdırılması; 3) ixtisas üzrə praktika keçilməsi barədə hesabat sistemi; 4) test treninqləri. Keys texnologiyası müdavimlərin ali məktəbin WEB-saytında yerləşdirilmiş İnternet resursları kompleksindən qeyri-məhdud istifadə etməsini, onların təxirə salınmış vaxt rejimində keçirilən internet-forumlarda iştirak etmək imkanına malik olmasını nəzərdə tutur. Bundan əlavə, real vaxt rejimində virtual konfransın tətbiq edilməsi, bu prosesdə eyni vaxtda bir neçə dinləyici ilə internet-seminarlar, məsləhətlər və treninqlər keçiriməsi də sınaqdan çıxarılır; müdavimlə müəllimin «təkbətək» real vaxt rejimində fərdi distant məsləhətlər keçirilməsi üçün İCQ resurslarından istifadə edilməsi.

İnternet (şəbəkə) texnologiyalarından istifadə edildikdə təhsil onun subyektlərinin harada olmasından asılı olmayaraq, tədris-informasiya resurslarından istifadə edilməsinə əsaslanır və tədris prosesinin reallaşdırılmasının və idarə edilməsinin metodik, təşkilati, texniki və proqram vasitələrinin mövcud olmasını nəzərdə tutur. Ali məktəb şəbəkə texnologiyaları üzrə distant təhsilin əyani formasından istifadə edərkən hər bir müdavimi bu cür iş yeri ilə təmin etməyə (onun özünün məxsusi və ya icarəyə götürülmüş fərdi iş yeri olmadıqda) borcludur. Əyani təhsil formasında İnternet texnologiyanın tətbiq edilməsi təhsil-iş yerlərinin hökmən yaradılmasını tələb etmir: bu halda tədris məşğələlərinin effektiv keçirilməsi, biliklərə cari nəzarət, həmçinin aralıq və yekun attestasiya üçün İnternetə çıxışı olan kompüter sinifləri yaradılması ilə kifayətlənmək olar. Bu halda hər bir müəllim müdavimlərlə həm sinxron, həm də asinxron rejimlərdə qarşılıqlı əlaqə saxlamaq, eləcə də distant təhsilin tədris- informasiya resursları ilə işləmək və tədris prosesini idarə etmək imkanına malik olur. Tələbənin internet texnologiyası üzrə təhsil alması üçün o, kompüterdən istifadə etmək imkanına, telefona malik olmalı, internetdən istifadə etmək imkanına malik olmalıdır.

Distant təhsilin İnternet texnologiyaları əsasında reallaşdırılmasının spesifik cəhəti ondan ibarətdir ki, hər bir müdavimin təhsil almaq üçün iş yeri istifadə etdiyi kompüter buraxıcılıq qabiliyyəti ən azı 30 Kbit/c olan rabitə kanalları vasitəsilə qlobal İnternet şəbəkəsinə qoşulmalı, bir müdavim üçün informasiya resursları isə buraxıcılıq qabiliyyəti ən azı 1 Kbit/c olan xarici və ya məxsusi kanallara malik portallarda yerləşdirilməlidir. Şəbəkə texnologiyalarından istifadə edilməklə distant təhsil halında ali məktəb müdavimlər üçün təlim-tədris fəaliyyətinin tam informasiya təminatını işləyib hazırlamalıdır. Bu halda informasiya resursları müxtəlif daşıyıcılarda yerləşməli və kompüter şəbəkələrinə, kompüter texnologiyalarına əsaslanan operativ istifadə vasitələrini əhatə etməlidir. Şəbəkə texnologiyaları həm də tədris prosesinin idarə edilməsi üçün effektiv avtomatlaşdırılmış idarəetmə sisteminin mövcud olmasını nəzərdə tutur. Bu sistem tədris prosesinin sənədləşdirilməsi barədə tam əhatəli informasiyanın, bəzi tədris materiallarına, məsələn, kontrol tapşırıqlarına müraciətin məhdudlaşdırılması şərtilə tədrislə bağlı informasiyadan ibarət məlumat bazalarını əhatə edir. İnternet-texnologiya üzrə təhsil xidmətlərinin təqdim edilməsi yalnız o şərtlə tamdəyərli ola bilər ki, öyrənilməsi tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə elektron dərsliklər, elektron məsələ kitabları, elektron praktikumlar, metodik vəsaitlər, tətbiqi multimedia vasitələri mövcud olsun. Tədris materiallarının xeyli hissəsi tələbənin fərdi işi üçün, qalan hissəsi, məsələn, multimediya-əlavələr isə kiçik qruplarla (hər biri 8 nəfərdən çox olmamaqla) iş rejimində istifadə edilmək üçün nəzərdə tutulmalıdır.

Telekommunikasiya (informasiya-peyk) texnologiyası əsasən informasiya-tədris resurslarının translyasiya edilməsi üçün kosmik peyk vasitələrindən, eləcə də müəllimin və tələbələrin effektiv kontraktlarının təmin edilməsi, tələbələrin ali məktəbin rəqəmsal kitabxanalar, videomühazirələr və s. məlumatları əhatə edən informasiya bazalarından istifadə imkanını təmin etmək üçün qlobal və lokal şəbəkələrdən istifadə edilməsinə əsaslanır. Distant təhsilin telekommunikasiya modeli həm poçt e-mail protokollarına (POP3 və İMAP4) əsaslanan off-line rejimində, həm də interaktiv öyrədici texnologiyalardan istifadə etməyə imkan verən http, ftp, gopher və başqa protokollara əsaslanan on-line rejimində reallaşdırıla bilər. Telekommunikasiya (informasiya-peyk) texnologiyaları əsasında təlimin effektiv olması üçün aşağıdakı şərtlərin təmin edilməsi zəruridir: müdavimə yönəlmiş rabitə kanallarının buraxıcılıq qabiliyyəti ən azı 1 Mbit/c, müdavimdən kənara yönəlmiş rabitə kanallarının buraxıcılıq qabiliyyəti isə ən azı 8Kbit/c olmalıdır. Bu halda kompüter iş yerinin konfiqurasiyası tədris fəaliyyətinin müxtəlif növlərinin effektiv şəkildə həyata keçirilməsi üçün real imkanları təmin etməlidir. Hər bir iş yerində CD qurğusunun, səs kartının və qulaqlıqların olması da zəruridir. Tədris prosesinin telekommunikasiya (informasiya-peyk) texnologiyaları üzrə təşkil edilməsi üçün dərslərin növbəliliyi nəzərə alınmaqla fərdi kompüterlərlə, testləmə qurğuları ilə, videoyazılar aparılması və onların göstərilməsi üçün xüsusi aparatlarla təchiz olunmuş təhsil-iş yerlərinin təmin edilməsi zəruridir. Bundan əlavə, həmin iş yerlərində videoproyeksiya və telemühazirə studiyalarının olması bütün tələbələrin telekonfranslarda iştirak etməsinə, kompüter və televiziya proqramlarına, videofilmlərə kollektiv halda baxmağa imkan verir.

Konkret ali məktəblərin hər biri distant təhsil sistemində tətbiq edilən sadaladığımız təhsil proqramlarının hamısından fərdi qaydada istifadə edir. Bu halda, bir tərəfdən ən effektiv texnologiyalara, digər tərəfdən – təhsil xidmətlərinin təqdim edilməsinin istifadəçilər tərəfindən daha çox tələbat olan formasına üstünlük verilir.

Distant təhsil sisteminin formalaşması postsovet məkanı ərazisində də ali təhsilin modernləşdirilməsinin strateji istiqamətlərindən biridir. Keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin təhsil praktikasının təhlili göstərir ki, bu ölkələrdə distant təhsilin inkişafında müəyyən ümumi meyllər müşahidə olunur. Məsələn, Rusiyada distant təhsilin inkişafının müasir mərhələsinin səciyyəvi cəhəti – dünya praktikasında qəbul edilmiş müxtəlif müasir təhsil texnologiyalarından geniş istifadə edilməsidir. Bu proses 90-cı illərin birinci yarısında başlamışdır. Rusiya Elm, Ali Məktəb və Texniki Siyasət Nazirliyinin Ali Məktəblər Komitəsinin 23 may 1993-cü ildə qəbul etdiyi qərara əsasən, tədris materiallarının və informasiyanın istifadəçisinin harada olmasından asılı olmayaraq bilavasitə ona çatdırılması üçün ən yeni vasitələrdən və informasiya texnologiyalarından istifadə olunmasını təmin edən distant ümumtəhsil müəssisələri şəbəkəsi Rusiya Federasiyasının ali təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Belə bir şəbəkənin yaradılması milyonlarla Rusiya vətəndaşı üçün təhsil xidmətlərinin reallaşdırılmasının yeni bir kanalını təmin etməklə, təhsil sahəsində dövlət siyasətinin təhsilin humanist xarakteri, təhsil məkanının vəhdəti, təhsilin hamı üçün əlyetərli və demokratik olması, onun tələbələrin inkişaf və hazırlıq səviyyəsinin xüsusiyyətlərinə adaptiv olması, şəxsiyyətin sərbəst inkişafı deməkdir. Rusiyanın sosial-iqtisadi inkişaf yolları, ölkədə ali məktəbin humanitarlaşdırılması bu ölkədə humanitar distant təhsil sistemi yaradılmasını zəruri edir. Distant təhsil sistemi yalnız o halda səmərəli ola bilər ki, onun əsas struktur elementlərinin mərkəzləşdirilməsi müəyyən səviyyədə olsun və bu mərkəzləşdirmə regional mərkəzlərin müstəqilliyi ilə əlaqələndirilsin. Ona görə də distant təhsil sistemi ümumdövlət xarakteri daşımalı və Rusiya Federasiyasının Ali Təhsil üzrə Dövlət Komitəsi vasitəsilə idarə edilməlidir. 1994-cü ildə RF Distant Təlim İnstitutu yaradılmışdır. 1997-1999-cu illərdə RF Təhsil Nazirliyinin distant təhsil sahəsində keçirdiyi eksperimentin nəticələri distant təhsil sahəsində birinci dərəcəli vəzifələri və çoxsaylı problemləri aşkar etməyə, eləcə də təhsil xidmətlərinin bu formasının təqdim edilməsinin hüquqi aspektlərini tənzimləyən normativ-hüquqi baza yaradılmasının əsası kimi, distant təhsil sahəsində dövlət standarlarının işlənib hazırlanmasının zəruri olmasını müəyyən etməyə imkan vermişdir. RF-nin bəzi aparıcı ali məktəbləri distant təhsilin təşkilində artıq müəyyən uğurlar qazanmışlar.

Müasir Azərbaycan əhalisinin yeni təhsilə tələbatını, ölkədə baş verən siyasi dəyişiklikləri, müvafiq təhsil texnologiyalarına tələbatı, beynəlxalq əlaqələrin, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsini; təhsil prosesinin iştirakçıları arasında informasiya mübadiləsinin keyfiyyətcə yeni texniki vasitələrinin intensiv inkişafını; təhsil xidmətləri üzrə dünya bazarlarında rəqabətin güclənməsi şəraitində təhsildə beynəlxalq inteqrasiyanın artmasını, dünya miqyaslı vahid təhsil məkanının formalaşmasını nəzərə alsaq, distant təhsilin üstünlükləri aşkardır, distant təhsilin inkişafı isə Azərbaycanın təhsil sistemi üçün də xüsusi aktuallıq kəsb edir.

Azərbaycanda kompüter şəbəkələrində iş təcrübəsinin az olması, maliyyələşdirmə ilə bağlı çətinliklər, eləcə də kifayət qədər yüksək hazırlığa malik kadrların olmaması ona gətirib çıxarmışdır ki, indiyə qədər qəbul edilmiş proqramlar və planlar telekommunikasiya vasitələrinə əsaslanan distant təhsil sisteminin praktiki gerçəkləşdirilməsi ilə nəticələnməmişdir. Praktiki olaraq, ölkədə şəbəkə texnologiyalarından istifadə edilməsinə əsaslanan distant təhsil sistemi yoxdur. Ali məktəblərdə peşəkarlıq səviyyəsi o qədər aşağıdır ki, tələbələrin çoxu kompüter texnologiyalarını öz müəllimlərindən qat-qat yaxşı bilirlər.

Ölkədə distant təhsil sisteminin işlənib hazırlanmasının zəruriliyi həm də onunla izah edilir ki, elmi-tədris potensialının yüksək dərəcədə təmərküzləşdiyi ayrı-ayrı şəhərlər təhsil xidmətlərinin potensial istifadəçilərindən xeyli uzaqda yerləşir. Lakin distant təhsil sisteminin yaradılması ali məktəblərin heç də hər birində təşkil edilə bilməz, çünki yeni təhsil texnologiyaları yalnız müəyyən maliyyə, kadr, texnoloji və texniki təchizat səviyyəsinə çatdıqdan sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakıda Distant Təhsil Mərkəzi açılıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması ilə əlaqədar “Elektron təlimləndirən sistemlər” adlı layihə işlənib hazırlanıb. Layihədə əsas məqsəd məsafədən təhsilin inkişafı, layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının yaxşılaşdırılması, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması, Azərbaycan təhsil səbəkəsinə və İnternetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Layihənin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır: layihə çərçivəsində 30 şagird və 7 müəllimə Apple şirkətinin istehsalı olan Macbook noutbukları verilib, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli İnternet bağlantısı ilə təmin edilib Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan tədris məkanının yüksək sürətli fibro-optik İnternet və İntranet bağlantılarla təchiz olunması təmin ediləcək. “Elektron təlimləndirən sistemlər” təlim məsafəsi əsasında 16 təlimçi müəllimin hazırlanması “Yeni hazırlanmış təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə “Elektron təlimləndirən sistemlər” təlim məsafəsi əsasında təlimlərin təşkil olunması planlaşdırılıb. Nəhayət, müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün yeni portalın yaradılması da nəzərdə tutulur. Bu işi görərkən şagirdlərin daha yaxşı təlim almasına, müasir təlim texnologiyalarından istifadə olunmasına diqqət dahada artırılacaq. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Azərbaycanın ali təhsil sisteminə təlimin yeni formasının tətbiq edilməsi mərhələsində həll edilməli olan ən mühüm məsələ distant təhsilin əlyetərli olmasının təmin edilməsi, onun rəqabət qabiliyyətli və şəbəkə təhsil proqramlarının keyfiyyətli olmasıdır. Aşkardır ki, distant təhsilin davametmə müddəti, təhsilin məzmunu və tədris prosesinin təşkil edilməsinin formaları dövlət təhsil standartlarının, tədris proqramlarının tələblərinə müvafiq olaraq tərtib edilmiş konkret fənlərin tədris planları çərçivəsində müəyyən edilməlidir; müdavimlərin kursdan kursa keçməsi təhsil işinə cari nəzarətin, imtahanların nəticələrinə əsasən həyata keçirilməlidir; təhsilin yekunlarına görə ali məktəbi distant təhsil sistemi üzrə bitirmiş məzun diplom işi müdafiə etdikdən sonra ona bakalavr elmi dərəcəsi və dövlət nümunəli diplom verilməlidir.

Azərbaycanda distant təhsil təşkil edilərkən təhsil xidmətlərinin bu növünün potensial istifadəçiləri olan konkret sosial qruplara oriyentasiya nəzərə alınmalıdır. Bu qruplara ölkənin təhsil mərkəzlərindən uzaqda yerləşən bölgələrdə yaşayan ən müxtəlif yaşlı şəxsləri; artıq təhsil almış və peşə hazırlığının səviyyəsini artırmaq arzusunda olan mütəxəssislər; paralel olaraq ikinci təhsil almaq istəyən tələbələr; məşğulluq xidmətlərində qeydiyyata alınmış şəxslər; DİN və sərhəd qoşunları sisteminin zabitləri və müddətli xidmət keçən əsgərləri; təhsil sisteminin buraxıcılıq qabiliyyətinin məhdud olması, təhsili iş ilə birləşdirmək zərurəti üzündən ənənəvi sistem üzrə təhsil almağa imkanı olmayan gənclər; ölkənin Silahlı Qüvvələrində xidmətdə olan şəxslər; ixtisasın spesifik xüsusiyyətləri üzündən ənənəvi təhsil texnologiyaları üzrə təhsil ala bilməyən şəxslər; azadlıqdan məhrumetmə yerlərində olan şəxslər; ənənəvi formalardan da təhsil almaq üçün tibbi əks göstəriciləri olan şəxslər bu sosial qruplara aid edilə bilər. Yuxarıda sadalanan bütün sosial kateqoriyaların nümayəndələri üçün təhsil almağın ən mühüm şərtləri – işdən ayrılmadan təhsil almaq imkanı, təhsil xidmətlərinin ənənəvi formaları ilə müqayisədə maya dəyərinin daha aşağı olması, bu xidmətlərin keyfiyyəti və başqa amillərdir. Distant təhsil kurslarının işlənib hazırlanması ilk növbədə Azərbaycanın milli mentalitetinə görə təhsil xidmətləri prestijli sayılan tibb, hüquq və digər fakültələr üçün, eləcə də təhsil xidmətlərini ixrac etməyə real şansı olan ali məktəblər üçün, xüsusən Neft Akademiyası üçün həyata keçirilə bilər.

Hazırda ölkənin ali məktəblərinin dünya distant təhsil şəbəkələrinə qoşulması, distant təhsil kurslarının və təhsil şəbəkələrinin kifayət qədər genişlənməsini təmin etməli olan telekommunikasiya tədris layihələrinin işlənib hazırlanması məsələsi ön plana keçir. Lakin bütün qüvvə və vəsaitlər əsasən texniki məsələlərin, o cümlədən şəbəkədə informasiya nəql edilməsinin əsasının yaradılması məsələsinin həlli üzərində cəmləşməməlidir, çünki təhsil-metodik vasitələrin işlənib hazırlanması və kadrların yenidən hazırlanması distant təhsilin daha çox əmək məsrəfləri və maddi xərclər tələb edən cəhətidir. Tələb edilən sayda tütorların, yəni distant təhsilin effektivliyini təmin edə biləcək şəbəkə administratorlarının olmasının təmin edilməsi son dərəcə vacibdir. Distant təlimin tam həcmdə təşkil edilməsi üçün Azərbaycanın ali məktəbləri aşağıdakı amilləri təmin etməklə məxsusi fərdi virtual təhsil mühiti yaratmalıdırlar: həm hər bir müdavim üçün, həm də təhsilin bir və ya bir neçə qrupa istiqamətlənməsi variantı üçün spesifik informasiya-təhsil mühitində işləmək vərdişlərinə yiyələnmiş müəllimlərin hazırlanması; bütün tədris fənləri üzrə elektron tədris-metodik komplekslər və ya multimedia vasitələrindən istifadə edilməklə fərdi tədris-metodik materiallar dəstini əhatə edən xüsusi keyslərin olması; tədris prosesinin müvafiq tələblərə uyğun tamdəyərli inzibati tənzimlənməsini təmin edən xüsusi (o cümlədən elektron) informasiya-sənəd dövriyyəsinin mövcud olması; televiziya, kompüter və şəbəkə vasitələrinin köməyilə məşğələlərin effektiv keçirilməsi üçün didaktik təminatın yaradılması; bütün fənlər üzrə tədris prosesini dövlət təhsil standartlarına müvafiq olaraq səmərəli təşkil etməyə imkan verən xüsusi avadanlıqla təchiz olunmuş otaqların olması. Ali məktəbdə distant təhsilin informasiya-təhsil mühiti müdavimlərin təhsil ilə bağlı tələbatının təmin edilməsinə yönəlmiş məlumatlar kompleksinin, informasiya resurslarının, qarşılıqlı təsir protokollarının, aparat-proqram və təşkilati-metodik təminatın sistemli şəkildə təşkil edilmiş məcmusu olmalıdır.

Ali məktəbdə distant təlimin təşkil edilməsi prosesində iki əsas məsələnin həll edilməsi zəruridir: təhsilin təşkili məsələsi və elmi-metodik məsələ. Təşkilati məsələ mərkəzdə və ölkənin regionlarında ali məktəbin aşağıdakı funksiyaları həyata keçirən təhsil-metodik filiallarının yaradılması yolu ilə həll edilir: regionda təhsil xidmətlərinin marketinqi, reklam kampaniyası və abituriyentlərin cəlb edilməsi, qəbul imtahanlarının təşkil edilməsi və ali məktəbə qəbulun rəsmiləşdirilməsi, təhsil prosesinin təşkili (başlanğıc və məsləhət məşğələləri, cari nəzarətin və yekun nəzarətinin müxtəlif formaları: imtahan-zaçot tədbirləri, kurns işlərinin və buraxılış işlərinin müdafiəsi). Bu mərkəzlər həm də elektron məlumat bazası – «elektron dekanlıq» (tələbə kadrlarının uçotu və təhsil prosesinin nəzarətin tələbələr haqda zəruri informasiyanı: onların pasport məlumatlarını, baza təhsili və müvəffəqiyyəti barədə məlumatları əhatə edən sistem) yaradılmasını nəzərdə tutan keyfiyyətli sənəd dövriyyəsini təmin etməlidirlər. Distant təlim prosesinin interaktivliyi informasiyanın müdavimlər tərəfindən hansı səviyyədə mənimsənilməsinin yoxlanması funksiyalarını da əhatə edir. Müdavimlər kompüter proqramı ilə qarşılıqlı təsir prosesində yoxlama tapşırıqları kompleksini yerinə yetirməli, test suallarına cavab verməlidirlər. Material tam mənimsənilmiş olmadıqda proqram həmin müdavimi avtomatik olaraq onun qənaətbəxş səviyyədə anlamadığı və mənimsəmədiyi bölməyə və ya mövzuya qaytarır.

Azərbaycanda distant təhsilin effektiv modeli yaradılarkən həll edilməli mühüm məsələlərdən biri də həm tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinə ənənəvi yanaşmalardan, həm də şəxsiyyətin identifikasiyasını təmin edən təlimin keyfiyyətinə nəzarətin elektron formalarından (elektron testləşdirmə və s.) istifadə edilməklə müdavimlərin təhsilinə cari nəzarətin və aralıq attestasiyanın optimal və effektiv formalarını müəyyən edilməsidir (məsələn, ABŞ-da ixtira edilmiş xüsusi cihazlar tələbənin çap işini hansı sürətlə və hansı metodla görməsinə əsasən onun şəxsiyyətini identifikasiya etməyə imkan verir). Distant təhsil sistemində aralıq attestasiya müdavimlərin biliklərinin qiymətləndirilməsinin reytinq (yığım) prinsipinə əsaslanmalı və imtahanların, zaçotların, test yoxlama işlərinin, yoxlama attestasiyası aparılmasını və kurs işlərinin, fərdi layihələrin yerinə yetirilməsini nəzərdə tutmalıdır. Hər tədris ilinin sonunda tədris planının tələblərinə müvafiq olaraq bütün fənlər üzrə yekun yazılı inteqrasiya edilmiş imtahan keçirilməlidir. Bu, attestasiyanın təşkil edilməsi və aparılması ilə əlaqədar ali məktəbin məsrəflərini xeyli azaltmağa imkan verər. Məzunların yekun attestasiyası isə qiymətləndirmənin yalnız ənənəvi metodları ilə həyata keçirilməlidir.

Ali məktəb distant təhsili təşkil etmək üçün konkret tədris kurslarının öyrənilməsində hər bir tələbə üçün təhsil-metodik materialların xüsusi dəstini tərtib etməlidir. Buraya kursun baza fənləri üzrə dərsliklər; CD-də yazılmış müntəxəbat; elektron daşıyıcılara (CD) yazılmış mühazirə kursları; metodik tövsiyələr, tapşırıqlar, xüsusi testlər və özünüyoxlama üçün suallar, yoxlama və kurs işlərinin, referatların mövzuları, sorğu ədəbiyyatının siyahısı və tələbənin təhsil prosesində qarşılaşacağı terminlərin qlossarisi, ali məktəbin elektron kitabxanasında olan ədəbiyyat barədə məlumatlar daxildir.

Distant təhsil texnologiyaları işlənib hazırlanarkən aşağıdakı komponentlər də nəzərdə tutulmalıdır: hipermətnlə – virtual dərsliklə iş, öyrənilən materialın elmi-nəzəri icmalı, təhlili və referatlaşdırılması, ev tapşırığının yerinə yetirilməsi; imprintinq mühazirə-videofilmə baxış; peyk televiziya mühazirəsinə baxış; kompüter siniflərində iş, diskussiyalar, işgüzar və rol oyunları formasında interaktiv seminarlar, şifahi və yazılı kurs işlərinin yerinə yetirilməsi; fərdiləşdirilmiş orijinal metodika üzrə qlossarinin öyrənilməsi; İnternet şəbəkəsində fərdi məşğələlər; laboratoriya işlərinin və praktiki məşğələlərin aparılması üçün universal modullar, elektron kitabxana fondları ilə iş; cari modul testləşdirmə və yazılı buraxılış imtahanları. Off-layn təlim texnologiyasından istifadə edilən halda müdavim İnternetə daxil olmadan, e-mail vasitəsilə bütün tədris materiallarını əldə edə bilər. Distant təhsil sistemində geniş informasiya bazasından istifadə edilməsi informasiyanın qorunması, istifadə edilən proqram vasitələrini işləyib hazırlayanların müəlliflik və əmlak hüquqlarına riayət edilməsi, həmin vasitələrin testləşdirilməsi və sertifikatlaşdırılması ilə bağlı bir sıra əlavə problemlərin həll edilməsi zəruridir.

Distant təhsildə tədris fəaliyyətinin təşkil edilməsinin dünya praktikasında geniş yayılmış formalarından – telekonfranslardan, işgüzar oyunlardan, qrup halında diskussiyalardan, interaktiv tədris materialları ilə iş metodlarından, case study üsullarından istifadə edilməsi məqsədəuyğundur. Bir faktı da nəzərə almaq lazımdır ki, distant təhsil sistemində tədris məşğələlərinin keçirilməsi forması tamamilə dəyişir: bu halda aktiv və intensiv məşğələlər (işgüzar oyunlar, «beyin hücumu», «konkret halın öyrənilməsi») formasında aparılan tütoriallara, praktiki məşğələlərə və laboratoriya işlərinə üstünlük verilir. Distant təhsildən istifadə edildikdə təhsil prosesinin təşkilinin daha bir səmərəli forması qrup halında və fərdi məsləhətlərdir. Tələbələrin qarşılaşdığı müxtəlif problemlərin həlli prosesində bu formaya xüsusi yer verilir.

Distant təhsil üçün nəzərdə tutulmuş tədris materialları aşağıdakı tələblərə cavab verməlidir: informasiya şəffaflığı, tədris materiallarının zorla qəbul etdirilməməsi, onların qavrayış üçün sadə olması, redaktə və referatlaşdırma işlərinin asanlığı, qənaətcillik, özünənəzarətin yüksək dərəcəsi, əks əlaqə yaratmaq üçün interaktiv imkanların mövcud olması. İstər bütövlükdə distant təhsil prosesi, istərsə də hər bir təhsil kursu başlanğıc məşğələlərdən, şərhlərdən başlanmalıdır. Bu məşğələlərdə tələbə müəllim barədə məlumat alır, tədris kursunun xülasəsi, məqsədləri və vəzifələri ilə tanış olur, hər bir konkret kursun öyrənilməsində hansı dərsliklərdən və əlavə tədris materiallarından istifadə edə biləcəyi, eləcə də cari və yekun nəzarətin hansı formada həyata keçiriləcəyi barədə məlumat alır. Tədris kursuna müvafiq terminlərin qlossarisi əlavə edilməlidir. Qlossaridə həmin bilik sahəsində istifadə edilən, tələbə təhsil kursunu keçərkən onun işləməli olacağı bütün yeni terminlərin mənası izah edilir [3].

Ölkəmizdə pedaqogika elminin distant pedaqogika istiqamətinin inkişafı da təxirə salınmadan həll olunması tələb edilən birinci dərəcəli məsələlər qisminə aid edilməlidir. «Distant şəbəkə təlimi problemi kompleks xarakter daşıyır: burada psixoloji-pedaqoji, sosioloji və iqtisadi elementlər vardır. Təhsilin bizim gözlərimiz qarşısında yaranmaqda olan bu sahəsini distant pedaqogika adlandırmaq ən düzgün variant olardı. Artıq bu gün inamla deyə bilərik ki, distant pedaqogikanın həll etməli olduğu ən mürəkkəb məsələ yeni dövrə xas olan konveyer pedaqogikasını fərdiləşdirilmiş modellərlə əvəz etməkdən ibarətdir və bu cür modellərin texnoloji baxımdan cilalanması artıq gündəmdədir. Bu halda «avadanlıq + proqram» probleminin həllinə ənənəvi yanaşma o qədər də məqbul deyildir, çünki distant təhsilin fəlsəfəsi yaradılmadan, bu prosesi tam təfsilatı ilə təsəvvür etmədən pərakəndə funksional elementlərin öz-özünə nə şəkildəsə ahəngdar işləməyə başlayacağına ümid etməklə distant təhsilin ideyasını yalnız hörmətdən salmaq olar. Hansı avadanlığın zəruri olmasını və ondan necə istifadə ediləcəyini; alınan proqram təminatının real imkanlarını və həmin proqram təminatının təhsil müəssisəsinin üzləşdiyi yeni məsələlərin məhz hansı hissəsini həll edəcəyini; təhsil prosesinin hər bir iştirakçısının rolunun nədən ibarət olmasını bilmək vacibdir» [1, s.89]. DT-də müəllimin rolu əsaslı şəkildə dəyişir. Artıq o, əsas informasiya mənbəyi deyil, müdavimlər üçün informasiya məkanında bir növ bələdçiyə çevrilir.

• Distant təhsilin (ümumi qaydada (ali və orta təhsil sistemində) və əlil uşaqlar üçün) təşkili ilə bağlı zəruri hüquqi-normativ sənədlərin hazırlanması:
• Distant təhsilin təşkili ilə bağlı ümumi prinsipləri əks etdirən Əmr;
• Distant təhsilin təşkili il bağlı ümumi şərtləri, iştirakçıları, funksiyaları və sair əks etdirən Qaydalar (Əmrə əlavə olunur);
• Distant təhsillə bağlı Koordinasiya Mərkəzi və onun Əsasnaməsi (TSİİ-də və ya Nazirlik nəzdində);
• Distant Təhsil Mərkəzləri (müstəqil və ya ümumtəhsil məktəblərində fəaliyyət göstərən Distant Təhsil Mərkəzləri) haqqında Əsasnamə;
• Distant Təhsilin təşkili ilə bağlı metodiki tövsiyələr;
• Distant təhsil məktəblərinə qoyulan standartlar, tələblər;
• Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant təhsilin təşkili ilə bağlı Əsasnamə və digər zəruri sənədlər.

Yuxarıda deyilənləri yekunlaşdıraraq bu nəticəyə gəlmək olar ki, DT sisteminin Azərbaycanda təhsil praktikasına səmərəli tətbiq edilə bilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir: 1) sosial sifarişi, yəni Azərbaycanda DT-yə tələbatı, onun vəziyyətini və inkişaf perspektivlərini öyrənmək; 2) inkişaf etmiş dövlətlərin DT sistemlərinin inkişafının aparıcı meyllərini aşkar etmək; 3) DT-nin inkişafı üzrə dövlət proqramı yaratmaq; 4) ali təhsilin müxtəlif səviyyələri üçün baza tədris fənləri üzrə DT-nin tədris-metodik, elmi-metodik və proqram-texniki təminatını işləyib hazırlamaq: aparıcı müəllimlərin mühazirələrinin videoçəkilişi, təhsil prosesində istifadə edilən ədəbiyyatın videobankının, CD-bankının, CD-surətlərinin, distant təhsil texnologiyaları əsasında öyrəniləcək təhsil fənləri üzrə kompüter tester-trenajorları bankının yaradılması işlərinə başlamaq; 5) DT üçün kadrlar hazırlanması, onların təkrar hazırlanması və ixtisasartırma sistemini yaratmaq; 6) DT-nin normativ-hüquqi, informasiya-analitik və marketinq təminatını yaratmaq; 7) DT sistemində işləyəcək mütəxəssislər hazırlanmasını təşkil etmək; 8) ölkədə DT sisteminin inkişafını təmin edən maliyyə mexanizmlərini müəyyənləşdirmək və təşkilati-idarəetmə strukturlarını formalaşdırmaq; 9) həm ənənəvi – cari və yekun nəzarət mexanizmlərini, həm də DT sistemi üçün spesifik elektron nəzarət mexanizmlərini yaratmaq; 10) DT-nin informasiya və təhsil texnologiyalarının reallaşdırılması üçün kommunikasiya infrastrukturunu təkmilləşdirmək; 11) DT sahəsində beynəlxalq əməkdaşlığın inkişafını, beynəlxalq təhsil layihələrində iştirakı fəallaşdırmaq; 12) ölkəmizdə təhsilin ən yaxşı ənənələri, qabaqcıl beynəlxalq təcrübə, ən yeni psixoloji-pedaqoji, informasiya, kommunikasiya və digər texnologiyalar nəzərə alınmaqla tərtib edilmiş kompleks inteqrasiyalı təhsil proqramlarından istifadə edilməsi yolu ilə təhsilin yüksək standartlarını və keyfiyyətini təmin etmək; 13) müdavimlərin kontingentinin spesifikası, onların həll etdiyi sosial və təhsil məsələlərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla DT-nin məzmununun konkret və ünvanlı olması prinsipini reallaşdırmaq; 14) ölkədə DT haqqında müsbət ictimai rəy, DT sisteminin inkişafında iştirak etmək arzusunu bildirmiş təşkilatlar və şəxslər üçün əlverişli investisiya şəraiti yaratmaq; 15) DT-nin maliyyələşdirilməsinin çoxkanallı olmasını, DT sisteminin formasının başlanğıc mərhələsində dövlətin start maliyyələşdirməsindən sonra tədricən özünümaliyyələşdirmə rejiminə keçidi təmin etmək.

Sadalanan tədbirlərin həyata keçirilməsi DT-ni müasir dövrün sosial kontekstinə daxil etməyə imkan verəcəkdir. Bu, ümdə zərurət və Azərbaycan Respublikasının ali təhsil sisteminin modernləşdirilməsinin strateji istiqamətlərindən biridir.

Hümeyir Əhmədov
Pedaqogika üzrə elmlər doktoru,
RF Dövlət Təhsil Akademiyasının xarici üzvü,
Pedaqoji və Sosial Elmlər Akademiyasnın,
Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü,
akademik

Oxunma sayı: 11415

1 şərh var: “Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları”

  • Raifa:

    Cox maraqli, muasir talablara cavab veran, nadir hallarda manavi qida aldigimiz maqala. Muallifa darin tashakkurumuzu bildiririk,

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters