Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik

Yenilik...

Yenilik…

Orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək. Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: “Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Bu tədris ili ərzində hazırlanan dərslikərdə ali təhsil müəssisələrinin daha fəal iştirakını görə biləcəyik”.

M.Cabbarov deyib ki, ali təhsil ocaqlarında olan elmi mütəxəssislərin dərslik hazırlanması prosesinə aktiv cəlb olunması qarşıda duran əsas məsələlərdən biridir.

Nazir təəssüflə qeyd edib ki, bu gün dərslik müəlliflərinin siyahısına baxdıqda istədiyimiz yüksək bilik və bacarığa malik olan ali təhsil müəllimlərinin bu prosesin fəal iştirakçıları olmadığını görürük: “Burada sual ali təhsil ocaqlarına ünvanlamalıdır. Nəyə görə ali təhsil ocaqları öz elmi biliklərini bölüşmürlər?”

Qaynaq: http://faktxeber.com/orta-mktb-drsliklrinin-hazrlanmasnda-yenilik-ttbiq-edilck_h438510.html

Oxunma sayı: 2541

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters