Köçürün müəllimlər! Köçürün…

Almaz Həsrət

Almaz Həsrət

Köçürün müəllimlər! Köçürün…. Yenə də müəllimlərin köçürmə yazılarına start verilib….Təbii ki, öz biliyinə, bacarığına güvənən, dürüst müəllimlərə aid deyil, çünki bu işi əsl müəllimlər etməzlər – heç vaxt. Çünki əsl müəllim adını uca tuturlar, nüfuz sahibi olanlardır onlar, əsl dürüst və vicdanlı müəllimlər – belə saxta işlər görməzlər.
Yenə yeni yazı qarşıma çıxdı…Sual yarandı.. Maraqlıdır ki, görəsən kim-kimdən köçürübdür? Bəlkə buna son vermək vaxtı gəlib çatıb? Yetmədimi özünüzün ifadə edə bilmədiyiniz fikirləri “məqalələriniz”lə yayımlamaqda… Utanmırsınızmı heç?… Bəlkə bir düşünəsiniz?
Maraqlısı odur ki, digər həmkarlar da, təbriklər yazırlar, “müəllifi” sanki yaxşı köçürdüyü üçün təbrik edirlər… Həqiqətənmi, müəllim olan adam, özü 20 cümlə öz başından yaza bilmir? Bilmirsə, yazmayın da… sizi məcbur edən varmı? Köçürməyin cümlələri, öz başınızdan yazın ki, öz beyninizin məhsulu olsun. Bu yazılarda eyni bir abzası hələ paylaşıram. Görün neçə mənbədə müəllimlərin “məqalələri” eyni ilə üst-üstə düşən cümlələrdir. Siz də tutuşdura bilərsiniz, hələ 2-3 cümlənin tam eynisini görəcəksiniz.:

“Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması uşaqlarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.””

1- http://muallim.edu.az/www.old/arxiv/2014/12/23.htm (burada ən axırıncı abzasdakı yazı)
2- http://www.anl.az/…/kitabxanashunasliq-bibli…/2_2014/663.htm (ən axırıncı abzasdakı yazı)
3- http://palitranews.az/news.php?id=60054 (bu yazıda 3-cü sualın cavabının axırıncı cümlələri)
4- http://ru.calameo.com/read/0048254884ce56a5fa656
5- http://ucnoqta.az/news/6508 (7-ci cümlədən başlayan yazı)
6- http://www.xalqqazeti.com/az/news/education/56412 (yazının axırıncı abzası)
7- http://olaylar.az/news/sosial/195622 (ilk abzasındakı yazı)
8- http://rabitadunyasi.info.az/News/?lang=az&newsId=881
9- http://www.reytinqinfo.az/…/1183-ikt-bacar%C4%B1qlar%C4%B1.…
10- http://modern.az/articles/51428/1/#gsc.tab=0 (ən axırıncı abzasdakı yazı)
11- https://www.facebook.com/photo.php?fbid=1209524039138843&set=pcb.1209524292472151&type=3&theater
…….
– axtarışa versəniz sizlər də eynilərini əlavə olaraq tapa bilərsiniz……
Əsl müəllim əməyi ilə çalışan əsl həmkarımdan bu cür yazan yazı “müəllifləri”nə münasibət bildirməyinizi istərdim. Xahiş edərdim ki, internetdə “məqalə”lərini paylaşanların öncə yazısına baxardınız, başqasının beyin məhsulunu oğurlayanları təbrik etməyə dəyərmi? …

– https://www.facebook.com/almaz.hasret/posts/10207610317484154

Oxunma sayı: 252

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters