Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Almaz Həsrət L.S.Vıqotskinin 120 illik yubileyində

almaz1ARTPİ-nin əməkdaşları L.S.Vıqotskinin 120 illik yubileyində.
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşları görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-metodik konfransda iştirak etmişlər. Bir sıra ölkələrdə, o cümlədən MDB məkanında qeyd olunan konfrans bu il Bakıda keçirilmişdir. Rusiyanın Azərbaycandakı səfirliyi və Rossotrudniçestvonun təşjkilatşılığı ilə görkəmli rus alimi L.S.Vıqotskinin 120 illik yubileyinə həsr edilmiş tədbir Moskva Dövlət Pedaqoji Universitetinin alim-professor- müəllim heyətinin başçılığı ilə gerçəkləşdirilmişdir. Tədbir Bakı Dövlət Universitetinin Heydər Əliyev adına konfrans zalında təşkil olunmuşdur.

Qeyd edək ki, 26-27 oktyabr tarixlərində baş tutan konfransın işində ARTPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət, ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin böyük elmi işçi, rus dili üzrə mütəxəssis Aidə Qasımova, dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin əməkdaşı Dinarə Əsədova , psixologiya və yaş fiziologiyası şöbəsinin əməkdaşı Könül Quliyeva yaxından iştirak etmişlər.
Azərbaycandan bu tədbirə Millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, alimlər, tələbələr və doktorantlar qatılmışdılar.

İki gün davam edən beynəlxalq elmi-praktik konfransın sonunda ARTPİ-nin əməkdaşlarına sertifikat təqdim olunmuşdur.

Mənbə: http://www.artpi.edu.az/news/artpi-nin-mkdalari-l.s.viqotskinin-120-illik-yubileyind.html

Oxunma sayı: 180

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters