Sia.az-a açıqlama: “Uşaqları virtual “tərbiyə”dən necə qorumalıyıq?”

almazitv“Bu danılmazdır ki, indiki şəraitdə internetdə olan yazılar, şəkillər, videolar, müxtəlif görüntülər hamısı ədəb çərçivəli deyil, səmərəsiz və gərəksiz olan boş informasiyalarla doludur. Məktəblilərin belə neqativ hallardan qorunması üçün təhsil sahəsində çalışanlarla bərabər valideynlər də səfərbər olunmalıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

O qeyd edib ki, müəllimlər dərslərin keçirilməsi zamanı İKT və internetdən daha düzgün istifadə yollarını uşaqlara öyrətməlidir: “Müəllim öz nümunəsi ilə şagirdlərə internetdə daha lazımlı və səmərəli işlər görməyi göstməlidir. Zərərli informasiyaların oxunmaması və istifadə edilməməsi üçün şagirdlərin daim olduğu virtual aləmi gərəkli mövzularla doldurmaq lazımdır. Son illər yeni tərbiyə forması – virtual tərbiyə formasına keçid alınıb. Misal üçün, valideyn asanlıqla pis məhəllədən başqa məhəlləyə köçə bilər, bəyənmədiyi və ya tanımadığı biri ilə övladının bərabər gün keçirməsini qadağan edə bilər. Ancaq virtual aləmdə bunları etmək çətindir”.

A.Həsrət bildirib ki, internetdə olan bir çox yanlış və gərəksiz məlumatlar şagirdlərin biliyinə mənfi təsir göstərir: “Təhsil müəssisələrində əksər gərəksiz saytlara baxışın qarşısının alınması üçün filtr yerləşdirilib. Hələ ki, bu üsulla məktəblərdəki internetə çıxışı nizamlamaq mümkün olub. Ancaq müəyyən proqramların köməkliyi ilə valideynlər də evdə olarkən övladlarını lazımsız informasiyalarla dolu olan saytlardan uzaqlaşdıra bilərlər”.

Elgün Vidadioğlu

Mənbə: http://sia.az/az/news/social/574501-usaqlari-virtual-terbiyeden-nece-qorumaliyiq

Oxunma sayı: 258

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters