Beynəlxalq konfransda

almRespublikanın əməkdar müəllimi Almaz Həsrət Bakı şəhəri, Avropa Azərbaycan Məktəbində “Təhsil strategiyasını dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda müəllim və digər təhsil işçiləri üçün 2 günlük (17-18 noyabr) beynəlxalq konfransda məruzəçi qismində iştirak etmişdir. Almaz Həsrət “Pedaqoji prosesdə İKT-dən istifadə etməklə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılmasında müəllimin rolu” mövzusunda 2 növbədə respublikanın şəhər, rayon təhsil işçilərinin və Türkiyədən olan Ərdəm Söyləməzin iştirakı ilə olan auditoriya qarşısında məruzəsini etmişdir. Dinlənilən məruzədən sonra təhsil işçilərinin rəyləri toplanmış. Bu rəylərə əsasən Almaz Həsrətin çıxışı çox bəyənilmiş, aktuallığı ilə maraqlı olduğu üçün təkrar məktəb direktorları tərəfindən həmin məruzənin dinlənilməsi üçün öz məktəblərinə dəvətlər edilmişdir. Almaz Həsrət məktəb rəhbərlərinin dəvətini məmnuniyyətlə qəbul edərək, könüllü olaraq arzu edən təhsil müəssisəsində çıxış etməyə, öyrəndiklərini hər zaman həmkarlarına ötürməyə hazır olduğunu bildirdi.

1

 

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3

Oxunma sayı: 221

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters