Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb

Almaz Həsrətin vəsaiti

Almaz Həsrətin vəsaiti

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi, Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Şurasının qərarıyla çap edilmiş vəsait bütün kateqoriyalardan olan təhsil işçiləri üçün nəzərdə tutulub.
Vəsaitdə informasiya-kommunikasiya texnologiyaları və informasiya mədəniyyətinin formalaşması məsələləri geniş izah edilib. Burada onlayn mühitin sakinləri – netizenlərin davranış qaydaları, yəni netiket məsələləri də ayrıca təqdim olunur.

Bundan başqa sosial şəbəkələr və onların həyatımızda rolu, təhsil prosesində bu imkanlardan istifadəyə geniş yer verilir. Ayrıca olaraq təhsil prosesində İKT-dən istifadə etməklə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması təhlil edilir, onlayn xidmətlərlə bağlı gərəkli bilgilər təqdim olunur.

Vəsaitdə İKT-dən istifadə etməklə qurulan dərs örnəyi – layihəsi də oxucuların istifadəsinə verilir. Əlavə olaraq müəllim və şagirdlərin (tələbələrin) istifadə edə biləcəyi onlayn resurslar haqqında bilgi təqdim edilir. Qeyd edək ki, bu əsər Almaz Həsrətin ilk belə nəşri deyil. O, buna qədər orta məktəblərin VII, VIII, X və XI sinifləri üçün “Biologiya” dərsliklərinin, həmçinin geniş həcmli biologiya lüğətinin həmmüəlliflərindən biri olub.

Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap edilib.

Almaz Həsrətin metofik vəsaiti

Xəbərin çıxdığı digər mənbələr:

1- Azərbaycan müəllimi qəzeti – http://muallim.edu.az/content/?category=arxiv&issue=46&content_id=36

2- Yeni Azərbaycan qəzeti- http://yeniazerbaycan.com/Arxiv_e32158_az.html

3- Kaspi qəzeti- http://www.kaspi.az/az/tehsilde-ikt-ve-informasiya-medeniyyeti-adli-metodik-vesait-isiq-uzu-grub/

4- AzərTac – http://azertag.az/xeber/Tehsilde_IKT_ve_informasiya_medeniyyeti_metodik_vesaiti_chapdan_chixib-1012970

5- Sia.az – http://sia.az/az/news/sport/577726-tehsilde-ikt-ve-informasiya-medeniyyeti-adli-metodik-vesait-capdan-cixib

6- AzPress.az- http://www.azpress.az/index.php?lang=az&sectionid=news&id=62479

7- SalamNew- http://salamnews.org/az/news/read/246116

8- Qazilər.az – http://qaziler.az/news.php?id=37774#.WFV8o9KLTDd

9- AzTəhsil.com – http://aztehsil.com/news/853-thsil-eksperti-almaz-hsrtin-mllimlr-n-yeni-metodk-vsat-ap-olunub.html

Almaz Həsrətin metofik vəsaiti

Oxunma sayı: 319

1 şərh var: “Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb”

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters