Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Pedaqogikamızın əsl canlı əfsanələri

Almaz Həsrət və əsl ziyalılar

Almaz Həsrət və əsl ziyalılar

Pedaqogikanın (humanist pedaqogikanın) canlı əfsanəsi … Çox hörmətli həmkarlarım, Sizə bir fikrimi bildirmək istərdim… Əminəm ki, məni düzgün anlayacaqsınız…xaricdəki “əfsanə”ni görməkdənsə, öncə öz yanımızda, tam gözümüzün önündə olan mükəmməl, əsl Canlı Əfsanəmizi- akademik Hüseyn Əhmədovu görmək lazım. Təbii ki, bunun üçün mükəmməl düşüncə, mükəmməl baxış və güclü savad tələb olunur… Əsasən ən önəmlisi odur ki, daxildən istək gələ… yetər ki, pedaqogikanın məğzini və anlayışını dərk edəsən… Bəlkə o zaman bizlər öz evimizdə, öz məkanımızda, əhatəmizdə lap yanımızda olan əsl canlı əfsanəmizi görüb, onu dinləyib, dəyərləndirə bilək… Cənablar, çalışın Azərbaycanın canlı əfsanələri ilə görüşün, əsl canlı ensiklopediyadır onlar. Bunu yazmaqda məni vadar edən dünənki tədbirdə akademikimiz, çox dəyərli ziyalımız Hüseyn müəllim Əhmədovun çıxışı oldu. 13 noyabr 2016-cı il tarixində Rusiya informasiya və mədəniyyəti mərkəzində A. O. Çernyayevskinin adını daşıyan məktəbin 150 illiyi münasibəti ilə hazırlanmış sənədli filmin təqdimatı keçirilmişdir. Həmin təqdimat zamanı akademik Hüseyn Əhmədovun çox dəyərli fikiləri və çox gərəkli məlumatları məni valeh elədi… Hüseyn müəllimin savadına, alicənab və yaddaşına heyran qaldım… Tanrı sizə möhkəm can sağlığı versin! Onun hər kəlməsi həqiqətən də bir dəryadır, bir kitabdır, bir elmi əsərdir… Hər cümləsi Qızıl hərflərlə yazılası kəlamlardır! Hüseyn Əhmədov nəinki Azərbaycanın, dünya pedaqogikasının əsl canlı əfsanəsidir… Kənardakıları – xaricdən yüksək qonorarla bizim müəllimlərin qarşısına çıxardıb məcbur dinlətdirməkdənsə, elə öz dəyərli ziyalılarımızı dinləsək daha yaxşı olmazdımı? Həmin ziyalılarımızdan biri də çox hörmətli Vidadi Xəlilovdur. Mən tam əminəm ki, bizim əsl ziyalılarımızdan, pedqogikanın canlı əfsanəsi olan müəllimlərimizdən öyrənəcəyimiz, ibrət və əsl nümunə götürə biləcəyimiz hələ çox, lap çox alacağımız bilik və dəyərlərimiz var! Öz dəyərli pedaqoqlarımızı tanıyaq ki, mükəmməllilik və kamillik yolundan kənara çıxmayaq..

cer1

cer2

Akademik Hüseyn Əhmədov

Akademik Hüseyn Əhmədov

Professor Vidadi Xəlilov

Professor Vidadi Xəlilov

Mənbə: http://aze.rs.gov.ru/ru/news/5174

Oxunma sayı: 133

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters