Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Bakıda yeni layihəyə start verildi

Almaz Həsrət28 fevral 2017-ci il tarixində Bakı şəhərinin Rusiyanın informasiya mədəniyyət mərkəzində rus dilinin tədrisi metodik mərkəzinin geniş iclası keçirilmişdir. İclasda yeni “Pedaqoji irs və müasir məsələlər” layihəsinə start verildi. Layihə çərçivəsində görkəmli Azərbaycan maarifçisi A.O.Çernyayevskiyə həsr olunmuş ilk seminarı olmuşdur. Azərbaycanın Rusiya Əməkdaşlığının (Rossotrudniçestvo) nümayəndəliyinin rəhbəri Valentin Denisov və Azərbaycanın rusdilli tədris müəssisələrinin müəllimləri assosiasiyasının sədri Lyubov Yakunina seminar iştirakçılarını salamlayaraq, çıxış etdilər.

Sonra Rusiyanın informasiya mədəniyyəti mərkəzinin yaradıcı heyəti tərəfindən yaradılan, Aleksey Çernyayevskiyə həsr olunmuş “Maarifçi” sənədli filmi təqdim olundu. (filmin ideya müəllifi və ssenaristi Dmitriy Ponamaryovdur)

Sonra söz iştirakçılara verildi. Mühazirələr dinlənildi. Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət çıxışına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fevralın 27-də “Rossiya 24” kanalına verdiyi müsahibəsindən söz açaraq başldı. Bildirdi ki, xanım Mehriban Əliyeva müsahibəsində rus dili, onun əhəmiyyəti, insanlarımız arasında hələ də ünsiyyət vasitəsi kimi qalması, rus dilli məktəblər və orada təhsil alan şagirdlərimiz barədə çox gözəl fikir söyləyibdir.

A.Həsrət rus dilinin məktəblərdə tədrisinin önəmliliyini xüsusi olaraq vurğulayaraq, məktəblilərin rus dilində keçirilən beynəlxalq müsabiqələrdə qazanmış olduqları uğurlardan da söz açdı.

Seminarda Azərbaycan Respublikasının Təhsil İnstitutundan elmi katibliyin elmi işçisi, rus dili üzrə mütəxəssisi Dinara Əsədova, psixologiya, yaş fiziologiyası şöbəsinin müdiri E. Bəylərov də iştirak ediblər.

Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin nümayəndəsi, Azərbaycan Respublikasının Təhsil İşçiləri Peşəkar İnkişaf İnstitutunun direktoru V. Yaqublu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru N. Abbaszadə, Bakı şəhərinin Təhsilə dəstək mərkəzinin direktoru S. Bektaşi, Azərbaycanın Təhsil müzeyinin direktoru L.Bayramova, “Rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru F.Nadji, elmi və pedaqoji ictimaiyyətin nümayəndələri qatılmışlar.

Seminarda iştirakçılar tərəfindən maraqlı müzakirələr və təkliflər səsləndi. Qarşıdakı illərdə rus dilinin Azərbaycanda tədrisinin genişləndirilməsi üçün rus dilli müəllim heyətinin hazırlanması işinə də baxılacağı kimi məsələlərin plana salınması nəzərdə tutuldu.

  • http://www.azpress.az/index.php?lang=az&sectionid=news&id=67055
Dinarə Əsədova və Almaz Həsrət

Dinarə Əsədova və Almaz Həsrət

aaa

Oxunma sayı: 45

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters