Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Sia.az-a açıqlamam: “”Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq””

Almaz Həsrət

“Ümumtəhsil məktəblərində təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlərin qızıl və ya gümüş medallarla təltif olunması onlarda yüksək motivasiya yaradacaq. Şagirdlər bu mükafata sahib olmaq üçün təhsilə daha çox diqqət ayıracaqlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.  O qeyd edib ki, davranışın da qiymətləndirməyə təsirinin olduğunu bilən şagird təhsil aldığı müəssisədə öz üzərində mükəmməl çalışmağa meyllənəcək: “Şagirdlərin medallarla təltif edilməsi onlarda yüksək keyfiyyətli mədəniyyətin formalaşması, məktəblərdə nümunəvi təhsil nəticələri göstərmələri üçün stimul olacaq. Ona görə bu addım şagirdlərin formalaşması üçün önəmlidir”.

Qeyd edək ki, Ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunacaqlar. “Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib. Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.

Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi -“Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.

Elgün Vidadioğlu

Mənbə: http://sia.az/az/news/social/595449-ekspert-sagirdlerin-medallarla-teltif-edilmesi-onlar-ucun-stimul-olacaq

Oxunma sayı: 197

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters