Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Tia.az-a açıqlamam: “Məktəbliləri intihara sürükləyən şəkil”

Almaz Həsrət

Son vaxtlar orta məktəb dərsliklərində aşkarlanan qüsurların sayı demək olar ki, tükənmir. Bu dəfə 10-cu sinif Azərbaycan Tarixi kitabında Babilər hərəkatı bölməsində üsyan rəhbəri olan xanımın dərslikdə asılmış vəziyyətdə şəkli diqqətimizi cəlb etdi. Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət TİA.AZ-a bildirdi ki, belə şəkil dərslikdə qətiyyən verilməməlidir: “ Bu cinayəti açıq-aşkar göstərir . Orta məktəb dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır. 

Müasir tələblər odur ki, məlum standartlara uyğun yazılmış dərsliklər şagidlərin bilik qazanması ilə yanaşı, onları həyata hazırlayan bir vasitə kimi olmalıdır. Həyati bacarığın ilkin formalaşması ailədən başlanmasına baxmayaraq, sonradan övladlarımızın təhsil müddətində əllərinə aldığı dəsliklərdəki, məzmun və şəkillərdir. Dərsliklərdə uşaqlara milli kimliyimiz olan Ana dilimizə-Azərbaycan dilinə xüsusi diqqət yetirilməlidiir. Sonra isə dərsliklərdə yer alan görüntülərə. Qəti surətdə zorakılıq və qəddarlığı açıq-aşkar göstərilən görüntülərin dərsliklərdə yer almasına yol vermək olmaz. Onsuz da internet əsridir və bu əsrdə indiki məktəblilər istər-istəməz yad məlumat və gərəksiz görüntüləri oxuyurlar, görürlər”.

Ekspertin fikrincə, dərslik dövlət vəsaitidir, onun üçün də qəti surətdə uyğunsuz görüntülərin qarşısı alınmalıdır: “Dərslikdə gedən hər hansı bir görüntü, əgər orada intihar səhnəsini açıq şəkildə göstərilirsə, bu halda iradəcə hələ tam formalaşmayan şagirdlərdə mənfi düşüncənin yaranmasına gətirib çıxara bilər. Bu cür görüntülər şagirdlərimizin psixologiyasının pozulması hallarına da gətirib çıxarır.

Dərslik yazılarkən, onun ekspertizasında iştirak edən eskpertlər belə halları nəzərə almalıdırlar. Təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda dərslikləri ekspertizadan keçirən ekspert adlanan müəllim heyəti, dərsliyi yazan müəlliflərdən nəzəri bilgi və metodika cəhətcə çox geri qalırlar. Məhz bəzən də müəllif tərəfindən gözdən qaçan qüsurları həmin zəif ekspertlər vaxtında görə bilmirlər. Nəticədə ekspertlərin səthi bilikllərinin səviyyələrinə uyğun dərsliklər qüsurla çapa verilir. Əgər dərslikləri yoxlayan ekspertlər həm bilik, həm də yaradıcı cəhətcə güclü olsalar, o zaman dərsliklərimizdə qüsurlar heç olmaz. Dərsliklərin ekspertləri öz üzərlərində çox çalışmalıdırlar. Hər adam dərslik eksperti ola bilməz. Bunun nəticəsidir ki, dərsliklərimizdə hələ də nöqsanlar qalmaqdadır”.

 

Mənbə: http://tia.az/arasdirma/5187-mektebller-nthara-surukleyen-shekl.html

Oxunma sayı: 104

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters