Ekspert qəzetinə açıqlamam: “Dəyişikliklər uşaqların inkişafı üçün mühüm addımdır”

Almaz Həsrət

“Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklamların qadağan olunması uşaqların həm düzgün formalaşması, həm də dərslərdən fikirlərinin yayınmasınının qarşısını almaq üçün önəmlidir. “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər uşaqların inkişafı üçün mühüm addımdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

Ekspert qeyd edib ki, tədris vasitələrində reklamların əvəzinə müdrik insanların kəlamları yazıla bilər: “Dəftərlərin, rəsm albomlarının və çantaların üzərində şagirdlərimizin tərbiyəsinə və biliklərinin artmasına təsir göstərəcək zəngin kəlamlar yazıla bilər. Şagirdlərin gündəlik oxuduğu müdrik cümlələr onların mənəvi zənginliyinin yüksəlməsinə də təsir göstərir”.

O, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamların məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərinə yaxın yerləşdirilməsinin qadağan edilməsinin də çox əhəmiyyətli olduğunu vurğulayıb: “Belə reklamlar təhsil müəssisəsinə daxil olan uşaqların diqqətini yayındırır. Dərsə gələrkən müzakirə edəcəkləri ilk mövzuları da məktəbin yanında gördükləri həmin reklamlar olur. Bu da şagirdlərin təhsildən uzaqlaşmasına gətirib çıxarır. O reklamların əvəzinə təhsil müəssisələrinin ətrafında ailəyə, böyüklərə təbiətə, ekoloji mühitimizə, daha duyarlı yanaşmaları əks etdirən görüntülər qoyula bilər”.

Qeyd edək ki, “Təhsil haqqında” Qanunda dəyişikliklər edilib. Qanuna 11.4-cü və 11.5-ci maddələr əlavə olunub.

11.4-cü maddədə bildirilir: Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11.5-ci maddədə bildirilir: Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

 

Elgün Vidadioğlu

 

Mənbə: http://sia.az/az/news/social/593883-ekspert-deyisiklikler-usaqlarin-inkisafi-ucun-muhum-addimdir

Oxunma sayı: 316

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters