Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Azadinform.az-a açıqlamam: Qiyabi təhsil lazımdırmı? – Əmək bazarında yaranan problem və çətinliklər

Almaz Həsrət

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır.
Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 2014-2015-ci tədris ili üçün 53 ali təhsil müəssisəsində qiyabi təhsil alan tələbələrin sayı 20303 nəfər olubsa, 2015-2016-cı tədris ilində bu rəqəm artıq azalıb. Bu illərdə 54 ali təhsil müəssisəsində qiyabi təhsil alan tələbələrin sayı 16695 nəfər təşkil edib.
Mövzu ilə bağlı Azadinform-un suallarına Azərbaycan Respublikası Təhsil İnstitutu Beynəlxalq Əməkdaşlıq və İnformasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət də cavab verib. O, qeyd edib ki, qiyabi təhsil elə bir təhsil formasıdır ki, burada tələbələr real olaraq auditoriyada az iştirak edirlər: “Əsasən onlar ixtisaslarına uyğun olan və ya olmayan sahələrdə mütəxəssis kimi praktik olaraq çalışmağa daha çox üstünlük verirlər. Yəni buna artıq dərəcədə diqqət etdiklərinə görə onlar təhsildən uzaq qalırlar. Onların cədvəli və yaxud öncədən veriləcək olan materiallar, proqramlar hazır olmadıqda onlar auditoriyada oturmadıqlarına və ildə iki dəfə oxuduqları ali təhsil müəssisələrinə baş çəkdikləri səbəbindən öz hüquqlarını tələb etmək haqqı yaranmır. Ancaq həmin tələbələr qiyabi təhsil almaqlarına baxmayaraq təbii ki, imtahan verməmişdən bir neçə ay öncə əllərində material olmasını tələb etməlidirlər”.
A. Həsrət əlavə edib ki, onlar tapşırıqları və sualları əvvəlcədən bilməlidirlər ki, o üzrə imtahana hazırlaşsınlar: “Əgər qiyabi təhsil alan tələbəyə 10 gün ərzində elan verilirsə ki, həftənin sonu imtahanın olacaq və sualları gəlib universitetdən aparın. Bu artıq indiki dövrə heç uyğun gəlməyən bir yanaşmadır. Çünki XXI əsrdəyik. Hansı ki, bu əsr elektron hökumətdən danışdığımız bir dövrdür. Ona görə də həmin ali təhsil müəssisələrinin saytlarında bununla bağlı bir bölmə olmalıdır. O bölmələrdə qiyabi təhsil alan tələbələr üçün mütəmadi olaraq elanlar verilməli və tez-tez informasiyalar yenilənməlidir. Həmçinin materiallar və suallar orada onlayn formada yerləşdirilməlidir ki, tələbə universitetə gəlib auditoriyada iştirak edə bilmədiyi halda çalışdığı müəssisədə və ya rayonda sayta baxmaqla bütün məlumatları əldə etsin. Ən əsası öncədən imtahana hazırlaşa bilsinlər. Belə olan halda təbii ki, çox rahat şəkildə imtahana hazırlaşıb mükəmməl biliyə sahib olan tələbə yüksək nəticə əldə edəcək”.

 

Mənbə: http://www.azadinform.az/news/a-139082.html

Oxunma sayı: 164

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters