Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Sputnuk.az-a açıqlamam

Almaz Həsrət

Təhsil sistemində böyük fırıldaq: gizlinlər aşkara çıxır.
“Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil şöbələrində idi”.  Azərbaycan təhsilinə ayrılmış külli miqdarda vəsait ünvana çatmadı Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. O bildirib ki, bu il proqram təminatı yenidən təmin ediləcək: “Bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi belə bir zərurət yaradıb. 2015-2016-cı illərdə rayonlarda aparılan yoxlamalar nəticəsində daxili yerdəyişmələrdə bəzi ciddi nöqsanlar aşkarlanıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar üzə çıxıb. Ona görə də bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik həyata keçirəcək”. Nazirlik rəsmisi qeyd edib ki, aşkarlanan nöqsanlar arasında ən çox müəllimlərin sıxlığı olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə köçürülməsi olub: “Vakansiyaların gizlədilməsi ilə bağlı həmin gizlədilən vakansiyaya işə götürülən müəllimlərin də yerləri tərəfimizdən müəyyən olunub. Həmin yerlərin hamısı müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq. Nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir və təkmilləşdirilir”.

Respublikanın əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında bunu bir sıra mənfi halların, anlaşılmaz hadisələrin qarşısının alınması üçün atılan addımlardan biri kimi qiymətləndirib: “Bu addımlar dəstəklənməlidir. Bəzən orta məktəblərdə olan vakant yerlər, müəllim çatışmazlığı ilə bağlı məlumatlar təhsil şöbələri tərəfindən gizlədilirdi. Yəni, yuxarı instansiyalara məlumatlar ötürülmürdü. Bu işi Təhsil Nazirliyi üzərinə götürürsə, bu məsələdə obyektivlik, şəffaflıq olacaq”.
Ekspertin sözlərinə görə, hər hansı bir yerdə müəllim çatışmazlığı olacaqsa, bu barədə məlumat artıq nazirliyin aidiyyəti orqanı və ya şöbəsində qeydə alınacaq: “Bu zaman müəllimlərin həmin məktəblərdə yerləşdirilməsi daha asan, real olacaq. Bu, müəllimin istədiyi məktəbə düşmək şansını daha çox artıracaq. Nazirliyin bu addımını müsbət qiymətləndirirəm”.

 

Mənbə: https://sputnik.az/science/20170522/410381645/tehsil-sisteminde-boyuk-firildaq.html

Oxunma sayı: 402

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters