Kaspi qəzetinə açıqlamam

Almaz Həsrət

“Müəllimlər kitaba qarşı sevgini özlərindən uşaqlara keçirməlidirlər”
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət də kitaba sevginin ailədən başladığını bildirdi: “Uşaq vaxtı bizə kitabı oxumağı deməyiblər. Çünki gözümüzü açandan evdə rəflərimizdə çoxlu kitablar varıydı. Görürdük ki, ana-atamız oxuyur, əllərindən kitab düşmür, bizim də marağımız artırdı. Sonra mütaliə edərkən, digərlərinə nisbətən daha yaxşı ünsiyyət bacarıqlarımızın formalaşdığını görəndə deyirdik ki, qoy mən filan kitabı da oxuyumBu gün internet əsridir və uşaqlarımızın çoxu internetə bağlanıblar. Hansısa evdə rəflərdə kitab varsa, böyüklər kitab oxuyurlarsa, o evdə kiçiklərin də kitaba marağı formalaşacaq”.

A.Həsrət deyir ki, orta məktəbdə müəllimlər uşaqlara kitaba qarşı sevgini özlərindən keçirməlidirlər: “Bəzən müəllimlər ancaq dərslikdəkiləri öyrənməyi tapşırır, əlavə kitaba vaxt ayırmamağı deyirlər. Amma müəllim desə ki, filan bir əsər var, orda keçdiyimiz mövzuya uyğun hansısa məqamlara toxunulub. Onu, yaxud dərsimizə uyğun başqa əsərlər də tapıb oxuya bilərsiniz, uşaq oxumağa vərdiş edəcək. Müəllim şagirdlərə kitabı sevin deməməlidir, özü sevməli, oxuduğunu həm də şüuraltı olaraq uşaqlara ötürməlidir. Şagirdlər müəllimin dayanacaqda, avtobusda əlində əlavə kitab olduğunu, oxuduğunu görsələr, bu, artıq bir mesajdır”.

Ekspert qeyd etdi ki, uşaqların orta məktəblərin kitabxanalarına yazılmasını, oradan bədii kitabları öz seçimləri ilə götürüb oxumaları üçün daha geniş imkanlar yaradılmalıdır: “Orta və ali məktəblərdə müsabiqə keçirə bilərlər. Bu həftə ən çox kitab oxuyan şagirdlərlə bağlı maraqlı adlarla müsabiqələr, oxunulan kitabların kiçik müzakirələrini təºkil etmək olar. Bu cür təşviqlər uşaqların dərsdən kənar kitab oxumalarına kömək edər”.

Aygün Asimqızı

 

Mənbə: http://kaspi.az/az/valideyn-aktyorluq-etmeyi-de-bacarmalidir-arasdirma/

Oxunma sayı: 99

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters