Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: ” Dəhşətə bax! Onlara deməyə söz tapmıram…”

Qənirə Paşayeva

“Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir”.

Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin açıqlamalarına münasibət bildirərkən deyib.
Q.Paşayeva bildirib ki, çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdeh şəxslər tamamilə prosesdən uzaqlaşdırılmalıdır: “Bu məsələ çox narahat edici və ciddi bir məsələdir. Əgər bir dərslikdə şagird səhv tutursa, bu, çox üzücü haldır. Ən narahat edən məsələ isə əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır. Deməli, illərdir mütəxəssislər biologiya dərsliklərində çoxlu səhv tapır, amma vəziyyət dəyişmir. Bəs, Təhsil Nazirliyi tərəfindən təyin olunmuş ekspertlər hara baxıb? Niyə vəziyyətin düzəldilməsi üçün addımlar atılmayıb? Bu ölkədə yaxşı dərslik yaza biləcək onlarla mütəxəssis var. Nə üçün onlar prosesə cəlb olunmur? Dəhşətə bax! Almaz xanım deyir ki, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar edilib. Vallah, adam deməyə söz də tapmır. Mən Almaz xanım və bu məsələdə mövqe nümayiş etdirən mütəxəssislərin hamısı ilə razıyam və hesab edirəm ki, bu dərsliklər məktəblərə göndərilməməlidir. Düşünün ki, uşaqlar oxuduqları dərslikdə səhvləri görür və müəllimə dərslikdə olan səhvləri deyir. Doğurdan da utanverici bir vəziyyətdir və təcili düzəldilməlidir. Səhv dolu kitab niyə qalib elan edilir?! Almaz xanım və digər mütəxəssislərin bu sualına şəxsən mən də maraqla nazirlikdən cavab gözləyirəm. Necə olub? Görün vəziyyət nə yerdədir ki, tanınmış bir müəllimə dərsliklərimizi utandıqlarından beynəlxalq tədbirlərə apara bilmədiklərini deyir”.

Məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət hazırladığını bildirən millət vəkili məsələyə ən qısa zamanda reaksiya veriləcəyinə inandığını bildirib: “Bir millət vəkili olaraq bu məlumatları, açıqlamaları oxuyanda çox narahat oldum. İnanıram ki, bu sahədə bir sıra uğurlu dəyişikliklərə nail olan Mikayıl Cabbarov bu məsələyə qısa zamanda reaksiya verəcək və ciddi tədbirlər görüləcək. Mən də Almaz xanımın çağırışına qoşularaq ciddi mütəxəssislərin iştirakı ilə dərsliklərə yenidən baxılmasına çağırıram. Nazirlik əməkdar müəllim Almaz xanımın açıqlamaları, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayevin “son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir. Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun” açıqlamasına ciddi yanaşmalıdır. Təhsil Nazirliyinin rəsmi nümayəndəsinə, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdirinə vəziyyəti deyən mütəxəssisin heç bir addım atılmaması ilə bağlı fikirləri isə üzücüdür. Ümid edirəm ki, Təhsil naziri mütəxəssislərin bu çağırışını eşidəcək və onları qəbul edəcək, vəziyyət müzakirə ediləcək və ciddi problemlər aradan qalxacaq və qalxmalıdır. Çünki söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”.Lent.az

Mənbə: http://goldnews.az/ru/news/e175bbfb-c557-4348-b66c-7247956b7b8b/qenire-pasayeva-tehsil-nazirliyine-eseblesdi-dehsete-bax-onlara-demeye-soz-tapmiram/read

Oxunma sayı: 42

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters