İlklər sözünü işlədən bəzi gənclərə tövsiyyə

Bəzən gənclərimiz nə isə hazırlayanda İLK sözünü tez-tez işlətməyi sevirlər. Ancaq təklif edərdim ki, yaratdığınız məhsulun öncə tarixini də bir az araşdırasınız. Həqiqətən də ilk olsa əhsən sizlərə. Ancaq illər öncə yaradılan bir məhsula uyğun, təkrar bənzərini yaradırsınızsa o zaman lütfən “ilk” sözünü işlətməyəsiniz. Bu ən azı təcrübəsizlikdən və araşdırma qabiliyyətinin zəifliyindən irəli gəlir. 
Gənclərimiz yeni Təhsil Portalı yaradıblar. Və bunu Azərbaycanda ilk iş kimiolduğunu 1 yaşını qeyd etdiklərini yazırlar. Mən də təbrik edirəm. Növbəti bir təhsil portalı yaratmısınız əhsən sizə. Təbriklər! Ancaq bu yaratdığınız, 1 yaşını qeyd etdiyiniz “Azedu.az” ilk deyil, növbətidir. Siz gənclərin yaratdığı ilk iş ola bilər.
Məlumat üçün bildirim ki, Azərbaycanda ilk böyük təhsil portalı Kurikulum.az olubdur (2008-ci ildən yaradılmışdır- vebmasteri -saytı hazırlayan şəxs olmuşam). Çox təhsil işçiləri bu saytdan yararlanıblar. Bunu təsdiqləyənlərin sayı çox olar zənnimcə. Həmin ərəfələrdə də çox sayda dövlət və şəxsi təhsil portalları, bloq və saytları olubdur. Təkrar deyim ki, Komandanızla birlikdə yaratdığınız ilk işi ola bilər. Ancaq bu o demək deyil ki, Azərbaycanda ilkdir. Azərbaycanın uğurlu təhsil siyasətini lap 1 yaşlı edib, körpələşdirməyək. Yanlış məlumat xarici ölkələrdəki statistik məlumatlar üçün səhv mənbəyə çevrilə bilər. İlk deyil, davamlı gələn yeni portal desəniz daha məntiqə uyğun və doğru olardı. 
2013-cü ildən də Dərslik portalı yaradılıbdır. Xahiş edirəm ilk sözünü işlətməyək.

2013-cü ildə də Dərslik portalının təqdimatı keçirilmişdir https://azertag.az/xeber/Derslik_portalinin_teqdimati_kechirilmisdir-46243


https://azertag.az/xeber/KURIKULUM_PORTALINDA_MUALLIMLAR_UCHUN_RESURSLAR_YERLASDIRILMISDIR-494912

Oxunma sayı: 455

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters