204 saylı məktəbdə 2 fevral "Gənclər günü" qeyd olundu
2 fevral 2010-cu il Gənclər günü ilə əlaqədar Milli qəhrəman Ələkbər Əliyev adına 204 saylı orta məktəbin akt zalında həmin məktəbin məzunları ilə görüşə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbiri məktəbin direktoru Ziba xanım Rzayeva çıxış sözü ilə açıq elan etdi.
Ziba xanım Rzayeva ilk öncə tədbirə gələn qonaqları, məzunları, şagirdləri və valideynləri salamladı. Ziba xanım bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində elan edilmiş “2 fevral Azərbaycanda Gənclər Günü” kimi qeyd edilir. Bir neçə ildir ki, həmin tarixi gün məktəbimizdə təntənəli şəkildə qeyd edilir və unudulmaz bayram şənliyinə çevrilmişdir.
Ziba xanım çıxışında onu da qeyd etdi ki, Siz gənclər- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının canlı şahidlərisiniz. Möhtərəm prezidentimiz Azərbaycan gənclərini təşkilatlandıraraq ümummilli problemlərinin həlli naminə bütün imkanları yaradır.
Üçüncü minilliyə müstəqil respublika kimi qədəm qoyan ölkəmiz, müdrik Prezidendimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın ən mütərəqqi ölkələri sırasına daxil olmuşdur!
Bu gün də ənənəvi olaraq bu əlamətdar günü məktəbimizin fəal gəncləri ilə yəni sevimli məzunlarla görüşə həsr olunduğunu vurğuladı…
Sonra tədbir musiqi proqramı ilə davam etdi. Tədbir gənclərin ixtiyarına verildi. Mərasim boyu 204 saylı məktəbin müxtəlif illərdə bitirmiş fəxri məzunlarına söz verilirdi. Tədbirin aparıcıları çox xoş ifadələrlə hamını, xüsusilə məzunları daha da təsirləndirirdi:
“Məktəbi yuvaya bənzədirlər. İllər , onilliklər keçir. Bu yuvadan pərvazlanmış göyərçinlərin hərəsi bir səmtə uçur, amma yuvanın istisi, nəvazışı, şirinliyi heç vaxt unudulmur. Necə ki, bu gün 204 saylı məktəb həmin xoşbəxt anlarını yaşayır…”
Tədbirdə fəxri qonaqların arasında idman sahəsində uğurlar qazanmış məktəbin məzunları, onlar üçün ayrılmış fəxri kürsüdə əyləşmişdilər. Onların sırasında:
- 2008-ci ildə Pekində keçirilən 29-cu yay Paralimpia oyunlarında 3-cü yer tutmuş, “Yüngül atletika” qaçış üzrə 2 qat Azərbaycan və Avropa çempionu Mehdiyev Vüqar Namızəd oğlu,
- 3 qat Dünya Çempionu (Karate üzrə) Çobanov Elçin,
- Kyokuşinkaykan Karate üzrə Avropa və Azərbaycan çempionu Abdullayev Mayıl, hal-hazırda ixtisası üzrə hakimdir
- Məktəbin idmançı şagirdlərindən üçü Avropa cempionu, beşi isə Azərbaycan cempionu olmuşdur.
- Məktəbin üç şagirdi Maldovada, Rusiya Federasiyasında,
Gürcüstanda keçirilən idman yarışlarının qalibi olmuşlar.
Aparıcılar məktəbin Xarici ölkələrdə işləyən məzunların adlarını qonaqlara təqdim etdilər:
1. Əliyev Rüfət Hüseynağa – Belçika Səfirliyində Diplomat
2. Hüseynova Esmira Adil – Türkiyə Səfirliyində Diplomat
3. Əhmədov Ramin Tofiq – Çexiya Turizm Şirkəti
4. Qocayeva Səidə Əli – Səudiyyə Ərəbistanında Həkim
Tədbirin fəxri qonaqlarından Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah müəllim, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev da iştirak edirdilər.
Onlar öz çıxışlarında məktəbin həm təhsildə, həm də idmanda qazandıqları uğurları alqışlayaraq bir daha rayonda məhz “Ən yaxşı məktəb” adını almasına layiq olduğunu vurğuladılar.
Tədbir boyunca fəxri kürsüdə əyləşən idmançılara və məzunlara söz verilirdi. Onlar da indiki 11-lərə öz tövsiyyələrini bildirir dərs deyən müəllimlərə öz təşəkkürlərini bildirirdilər.
Məktəbin 2009-cu il məzunlarından 4-ü 600 balı keçən və 13-ü 500 balı keçən tələbələri də tədbir iştirakçılarının arasında idi. Məzunların hər biri ayri-ayrılıqda müəllim və şagirdlərə öz təşəkkür və tövsiyələrini verirdilər…
İqtisadiyyat Universitetinin keçmiş 2009-cu il məzunu Sahil çox maraqlı çıxış edərək, belə söylədi:
“Qəbul imtahanında qarşıma testləri qoyanda beynimdən o, an ancaq bir fikir keçdi, gərək mən lap çox oxuyardım….” Bu sözlər zalda əyləşənlərin hamısının ürəyincə oldu. Və bir daha gənclər indiki 11-lərə çox oxumağı tövsiyyə etdilər.
Ən maraqlısı o, idi ki, hələ zalda ön sırada məktəbin idman şərəfini qoruyub davam etdirən gənc idmançılar da əyləşmişdilər… Bu simvolik olaraq onların gələcəkdə indiki kürsüdə əyləşənlərin davamçıları olduqları demək idi.
Tədbir şən bədii əyləncələrlə davam etdi.
Sonda gənclər əminliklə onu qeyd etdilər ki, Azərbaycanın müstəqilliyinin qorunması üçün əllərindən gələni edəcəklər və qüdrətli Azərbaycanın adını dünyanın hər yerində uca tutacaqlar.



