Qaliblər müəyyən oldu
30 yanvar tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Data və Resurs Mərkəzində İnnovativ Müəllimlər musabiqəsinin final mərhələsi keçirildi. Münsiflər heyəti qarşısında həyata keçirilmiş tədris layihələrini təqdim edən müəllimlər istifade etdikleri tədris üsulları haqqında məlumat verdilər və şagirdlərin araşdırma işlərini təsvir etdilər.
Münsiflər heyəti:
- Ramin Mahmudzadə – Bakı Dövlət Universitetinin professoru;- İradə Safarova – Bakı Kompüter Kolecinin direktoru, İntel “Gələcək üçün Təhsil” proqramının eksperti;
- Gulnaz Mehdizadə – Bakı, 7 saylı məktəbin direktoru;
- Zülfiyyə Veysova – Bakı Avropa Liseyinin direktoru;
- Gulnarə Səlimova – Bakı 7 saylı məktəbin informatika müəllimi, İntel “Gələcək üçün Təhsil” proqramının metodisti;
- Osman Gündüz – Azərbaycan İnternet Forumunun prezidenti;
- Ayaz Abuşov – Data Resurs Mərkəzi, Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri.
Qaliblər Təhsildə İnnovasiya nominasiyasında müəyyən olunurdu. Qaliblər 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə apararırdılar, nəticədə üç 3-cü yer, iki 2-ci yer və bir 1-ci qalibi müəyyən edildi.
Qaliblərin adları cümə günü 6 fevral tarixində Park İnn otelində keçiriləcək təqdimetmə mərasimində elan olunacaqlar.
Qaynaq: itn-az.spaces.live.com
Oxunma sayı: 86


