Get Adobe Flash player

Gələn tədris ilindən vahid məktəbli geyimi tətbiq olunacaq

2010-2011-ci tədris ilindən Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq ediləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə BŞTİ-nin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya artıq vahid məktəbli formasına keçidlə nəticələnir. Hazırda geyimlər tikilir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin mayından start veriləcək.

İlkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I – IV siniflər) vahid formaya keçəcək. Növbəti mərhələlərdə V-IX və X-XI siniflər üçün hazırlanan geyimlərə keçiləcək.

Qaynaq: apa.az

Oxunma sayı: 87

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Sayğac








free counters