Get Adobe Flash player

Kurikulum mərkəzində ümumrespublika seminarı

24 fevral 2010-cu il tarixdə Təhsil Problemləri İnstitutunda “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusunda ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq seminarın “Təlim prosesi: ənənəvi və müasir yanaşmalar” mövzusuna həsr olunduğunu bildirdi. Və məruzə üçün sözü TPİ-nin elmi katibi prof. Akif Abbasova verdi.  Prof. Akif Abbasov təlim anlayışı, onun mahiyyəti, məzmunu, təlim prosesi nədir, ənənəvi və fəal təlimin xüsusiyyətləri, təlimin əsas təşkilat forması olan dərs və onun funksiyaları,  ənənəvi və fəal dərsin quruluşu, standart və qeyri-standart dərslərin xüsusiyyətləri ilə bağlı məsələlər ətrafında məruzə etdi.

Məruzədən sonra 115, 5, 160, 46, 263, 9, 58, 164, 24 nömrəli orta məktəblərin I-II siniflərdə dərs deyən müəllimləri Xuraman Əmircanova, Sevinc Rzayeva, Almaz Bayramova, Turan Hüseynova, Gülü Abbaszadə, Sarıtel Quliyeva, Nailə Abdalova, Nailə Zeynalova, Ulduzxan Abdullayev, Aygün Quluzadə, Tünzalə Rzayeva, Hacıqabul rayonu 1 nömrəli məktəbin biologiya müəllimi Fərəh Gümüşova, ADU-nun dosenti Vidadi Bəşirov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri, Dərslikləri dəyərləndirmə şurasının sədri Elmina Kazımzadə, TPİ-nin şöbə müdiri dos. Lümunət Əmrahlı, direktor müavinləri prof. Yəhya Kərimov, dos. Ənvər Abbasov və direktoru akademik Abdulla Mehrabov çıxış edərək müzakirə olunan problemlə bağlı rəy və təkliflərini söylədilər. Müzakirədə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıldı, söylənilən təkliflərə, mülahizələrə münasibət bildirildi.

Qaynaq: Kurikulum portalı

Oxunma sayı: 156

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters