2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı
Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən saytımıza bildirilib ki, sınaq imtahanları 2010-cu ilin 28 fevral – 4 aprel aralığında, buraxılış imtahanları isə iyunda keçiriləcək.
Modern.az-ın məlumatına görə , təhsil naziri Misir Mərdanov əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. Ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq (yoxlama) imtahanları 2010-cu ilin 28 fevral – 4 aprel, peşə liseylərində orta təhsil kursu üzrə yoxlama imtahanı isə 2010-cu ilin 21 fevral tarixlərində keçiriləcək.
Orta təhsil kursu üzrə sınaq imtahanları
Orta təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib:
27 fevral 2010-cu il tarixdə – Bakı və Sumqayıt şəhərlərində;
13 mart 2010-cu il tarixdə – Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
27 mart 2010-cu il tarixdə – Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında
3 aprel 2010-cu il tarixdə – Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında;
27 mart 2010-cu il tarixdə – Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Əsas təhsil kursu üzrə yoxlama imtahanları
Təhsil nazirinin əmrinə əsasən, əsas təhsil kursu üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək:
28 fevral 2010-cu il tarixdə – Bakı və Sumqayıt şəhərlərində;
14 mart 2010-cu il tarixdə – Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
28 mart 2010-cu il tarixdə – Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
4 aprel 2010-cu il tarixdə – Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
28 mart 2010-cu il tarixdə – Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Nazirlikdən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə sinif jurnallarına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Orta təhsil kursu üzrə buraxılış imtahanları
Təhsil Nazirliyindən verilən məlumata görə, orta təhsil kursu üzrə buraxılış imtahanları peşə liseylərində 2010-cu ilin aprel, ümumtəhsil məktəblərində 2010-cu ilin iyun aylarında keçiriləcək.
Buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək.
Ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib:
3 iyun 2010-cu il tarixdə – Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
7 iyun 2010-cu il tarixdə – Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
11 iyun 2010-cu il tarixdə – Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında;
16 iyun 2010-cu il tarixdə – Bakı və Sumqayıt şəhərlərində;
7 iyun 2010-cu il tarixdə – Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində.. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 2010-cu ilin 25 aprel tarixində keçiriləcək.
Əsas təhsil kursu üzrə buraxılış imtahanları
Təhsil nazirinin əmrınə əsasən, əsas təhsil kursu üzrə buraxılış imtahanları ümumtəhsil məktəblərində və peşə liseylərində 2010-cu ilin iyun ayında ana dili və riyaziyyat fənlərindən keçiriləcək.
Əsas təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı aşağıdakı kimi müəyyənləşdirilib:
4 iyun 2010-cu il tarixdə – Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
8 iyun 2010-cu il tarixdə – Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
12 iyun 2010-cu il tarixdə – Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
14 iyun 2010-cu il tarixdə – Bakı və Sumqayıt şəhərlərində;
8 iyun 2010-cu il tarixdə – Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Əsas və orta təhsil kursları üzrə təkrar imtahanlar da müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək.
Əsas və orta təhsil kursları üzrə eksternat imtahanları 2010-cu ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək.
Yekun qiymət necə hesablanacaq?
Təhsil Nazirliyindən bildirilib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.
Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.
Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında gələn ayın sonunadək təlimati işlər aparılacaq.
Misir Mərdanovun göstərişi ilə məktəb direktorları buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etməlidirlər.
Qaynaq: Modern.az
Oxunma sayı: 7316





salam. Elnara xanim duzgun bir iwliyen qurum var ki bizde hele de qaldi Tehsil Nazirliyi……………
MENDE EYNI SUALI VERECEM.CAVABLAR HANSI SAYTDA CIXACAQ&nazirliyin saytinda hec ne yoxdur..
Salam.Suallarin nece faizini yazdiqda 4 ve nece faizini yazdiqda 5 qiymeti dusur?
buraxilis imtahanlarinin cavablari ne vaxt aciqlanacaq???
hec kes cvb.ne vaxt cixacaqini bilmir?
9-cu siniflərin buraxılış imtahanlarının cavabları nə vaxt
zehmet olmasa mene sehadetname imtahanlarinin cavabinin hansi saytda ve ne vaxt cixacagini deyin.indiden tesekkurler
salam.please mene 11ci sinif buraxliw imtahanin neticelerini nece orgene bileceyimi yazin
Cavablar gunortadan sonra bilinecek….
salam.Cavablar gunortadan sonra bilinecek….
9-CU SİNFİN NƏTİCƏLƏRİNİ GÖZLƏMƏKDƏN BEZİM EEEEEE.GETDİM ŞİKAYƏTƏ
NOLAR CAVAB ÇIXANDA MƏNƏ KİMSƏ XƏBƏR VERƏ BİLƏR?
salam Ayten xanim nomrenizi ya da e- mailinizi deyin xeber verim
salam. Ayten xanim nomrenizi ya da e- mailinizi deyin xeber verim
Salam 11 ci sinifler neticeler bu gun 100 faiz bilinmelidi haminiza ugurlar…..
Hörmətli məzunlar, bu ilki buraxılış imtahanlarının nəticələrini Siz http://www.edu.gov.az saytından ve yə birbaşa exam.edu.gov.az – dan oyrənə bilərsizniz.
Suallarınızı bu saytda yerləşdirdiyiniz üçün Sizlərə təşəkkür edirəm.
cavablar hani?????
http://www.exam.edu.gov.az sayti hele baqlidir. fevralda imtahan verende bundan tez cixmiwdi cavablar… cavablar deqiq hacan cixacaq? deqiq vaxti deye bilersiniz?????
Salam sizin saytdan imtahan neticelerine baxmaq olar?
Salam sizin saytdan imtahan neticelerin oyrenmek olar?
salam sizin saytdan imtahan neticelerin oyrenmek mumkundurmu?
imtahan cavablari
usaglar,buraxilis imtahanlarinin cavablarini hardan oyrenmek olar?
17^00_DAN MELUM OLMALI CAVABLAR HELEDE TAPILMIR.MELUMATI OLAN VARSA YAZSIN.
men hardan oyrenim cvb lari hami deyir cixib ama baxa bilmirem
ureyim sixildi
Salam.9cu sinif buraxılış imtahanında 25 sualdan 20sine duzgun cavab verən nece qiymət alır?
exam.edu.gov.az
saytindan oyrene bilersiz
25-20 cavab veren 5 alir
bu saytlara giririk acilmir axi…hami deyir neticeler cixib amma baxa bilmirik..please help me
hal hazırda bu saytda olan varsa mənə deyə bilər 9-un nəticələrini götürə bilən varsa indi yaz bilər.
9 sinif buraxilis imtahanlarinin cavabini ne vaxt ve harda oyrenmek olar???birde 25-19 duz cavab olsa nece qiymet yazilir??
9-cu sinif buraxilis imtahanlarinin cavablari ne vax ve hansi saytdan cixacaq??
salam men cebrden 5 az dilinden 4 aldim
salam 9-cu sinif uzre buraxilis imtahaninin cavablari ne vaxt cixacaq
kim mene deye biler,11 düze 4 düşür?
braxılış imatahanlarının cavabları çıxıb?edu.gov.az saytda yoxdu
salam.bu cavablar niye cixmireeeeeee?uje 5 gun kecibe.
artıq saat 11:00dan nəticələr hazırdı.nazirliyin saytında imtahan bölməsinə keç və kodunu yaz.
salam men cavablari oyrenmisem amma bilmirem nece oyrenimki menim az dilinden ve cebrden nece duzum nece sehvim var?