Get Adobe Flash player

Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması

Təhsil NazirliyiAzərbaycanın Təhsil Nazirliyi tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.

İKT informasiya mərkəzinin Trend News-a bildirdiyinə görə, Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir.

Şura “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının” tələblərinə uyğun yaradılır.

Həmçinin elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadə ediləcəyi planlaşdırılır. Milli Təhsil Portalında (Edu.az) yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuş bütün məktəblər istifadə edə biləcəkdir.

Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi Azərbaycanın “Təhsil haqqında” qanununun, Azərbaycanın Ümumi Təhsil Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin əsas müddəalarına və tələblərinə uyğun həyata keçiriləcəkdir.

Qaynaq: Trend

Oxunma sayı: 74

1 şərh var: “Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması”

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters