Get Adobe Flash player

Elektron təhsil müsabiqəsi

Təhsil Nazirliyi tərəfindən “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.Müsabiqədə təhsil müəssisələrində çalışanlar və müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər iştirak edə bilər. Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə biləcək.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar tədris prosesində İKT-nin tətbiqinə əsaslanan metodiki-tədris vəsaitlərindən ibarət işlərini, internet saytlarını və digər internet layihələrini cari ilin may ayının 15-dək Təşkilat Komitəsinə təqdim etməlidirlər.
İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə xüsusi mükafatlar və diplomlar təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər 05 aprel 2010-cu il tarixindən başlayaraq www.musabiqe.edu.az saytında yerləşən xüsusi ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilər. Qeydiyyat prosesi 21 may 2010-cu il tarixdə yekunlaşacaq.
Cari ilin may ayının sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Ərizələrin qəbulu qaydası və müsabiqə ilə bağlı digər məlumatlar www.musabiqe.edu.az saytında yerləşdirilib.

Qaynaq: musabiqe.edu.az

Oxunma sayı: 175

Şərh yazın

Ən yaxşı müəllim
Banner
Sizi xoş gördük, uşaqlar!
Arı bal toplayır
Video dərslər
Təhsil Müsabiqəsi
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010 Участник Всероссийского интернет-педсовета-2010
Sayğac








free counters