“Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil”

Almaz Həsrət

“Hər bir uşağın təhsil almaq hüququ var və bu hüquqdan da bütün kateqoriyadan olan uşaqlar istifadə edə bilərlər. Bəzi lisey və gimnaziyaların isə məktəb yaşına çatmış uşaqları birinci sinfə qəbul zamanı kiçik imtahandan keçirmələri düzgün deyil. İlk olaraq onu nəzərə almaq lazımdır ki, özünə güvənən uşaq əgər ilk imtahandan uğurla keçməsə, liseyə qəbul olunmasa, bu, həmin uşaqlarda özünə güvənin azalması və təhsil alma həvəsinin yox olmasına gətirib çıxara bilər. Belə hal uşağın hətta psixoloji durumuna da təsirsiz ötüşmür”. Aztehsil.com xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 255

Azadinform.az-a açıqlamam: Qiyabi təhsil lazımdırmı? – Əmək bazarında yaranan problem və çətinliklər

Almaz Həsrət

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır. Ardı »

Oxunma sayı: 252

Sia.az-a açıqlamam: “İstedadlı uşaq anadangəlmə istedadlı olur”

Almaz Həsrət

“Hər bir uşağın təhsil almaq hüququ var və bu hüquqdan da bütün kateqoriyadan olan uşaqlar istifadə edə bilərlər. Bəzi lisey və gimnaziyaların isə məktəb yaşına çatmış uşaqları birinci sinfə qəbul zamanı kiçik imtahandan keçirmələri düzgün deyil. İlk olaraq onu nəzərə almaq lazımdır ki, özünə güvənən uşaq əgər ilk imtahandan uğurla keçməsə, liseyə qəbul olunmasa, bu, həmin uşaqlarda özünə güvənin azalması və təhsil alma həvəsinin yox olmasına gətirib çıxara bilər. Belə hal uşağın hətta psixoloji durumuna da təsirsiz ötüşmür”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 180

Biologiya müəllimlərinin və valideynlərin nəzərinə

Almaz Həsrət

Hörmətli, biologiya müəllimləri!
Biologiya fənninin 10-cu sinif üçün yazılmış və qalib elan olunmuş dərsliyini oxudum. Çox təəssüf ki, bu dərslikdə çoxlu elmi səhvlər, dil, üslub, sxem, rəqəm, cədvəl, termin və s. var. Təhsil Nazirliyinin dərsliklərin ictimai müzakirəyə çıxarıldığı saytda rəyimi bildirdim. Həmin rəyimi burada da açıq şəkildə həmkarlarımın oxunması üçün yerləşdirirəm. Ancaq səhifə-səhifə etdiyim qeydləri açıq şəkildə nazirliyə göndərmirəm. Ardı »

Oxunma sayı: 284

Bakıda yeni layihəyə start verildi

Almaz Həsrət28 fevral 2017-ci il tarixində Bakı şəhərinin Rusiyanın informasiya mədəniyyət mərkəzində rus dilinin tədrisi metodik mərkəzinin geniş iclası keçirilmişdir. İclasda yeni “Pedaqoji irs və müasir məsələlər” layihəsinə start verildi. Layihə çərçivəsində görkəmli Azərbaycan maarifçisi A.O.Çernyayevskiyə həsr olunmuş ilk seminarı olmuşdur. Azərbaycanın Rusiya Əməkdaşlığının (Rossotrudniçestvo) nümayəndəliyinin rəhbəri Valentin Denisov və Azərbaycanın rusdilli tədris müəssisələrinin müəllimləri assosiasiyasının sədri Lyubov Yakunina seminar iştirakçılarını salamlayaraq, çıxış etdilər. Ardı »

Oxunma sayı: 315

Sia.az-a açıqlamam: “”Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq””

Almaz Həsrət

“Ümumtəhsil məktəblərində təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlərin qızıl və ya gümüş medallarla təltif olunması onlarda yüksək motivasiya yaradacaq. Şagirdlər bu mükafata sahib olmaq üçün təhsilə daha çox diqqət ayıracaqlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.  O qeyd edib ki, davranışın da qiymətləndirməyə təsirinin olduğunu bilən şagird təhsil aldığı müəssisədə öz üzərində mükəmməl çalışmağa meyllənəcək: “Şagirdlərin medallarla təltif edilməsi onlarda yüksək keyfiyyətli mədəniyyətin formalaşması, məktəblərdə nümunəvi təhsil nəticələri göstərmələri üçün stimul olacaq. Ona görə bu addım şagirdlərin formalaşması üçün önəmlidir”. Ardı »

Oxunma sayı: 328

Tia.az-a açıqlamam: “Məktəbliləri intihara sürükləyən şəkil”

Almaz Həsrət

Son vaxtlar orta məktəb dərsliklərində aşkarlanan qüsurların sayı demək olar ki, tükənmir. Bu dəfə 10-cu sinif Azərbaycan Tarixi kitabında Babilər hərəkatı bölməsində üsyan rəhbəri olan xanımın dərslikdə asılmış vəziyyətdə şəkli diqqətimizi cəlb etdi. Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət TİA.AZ-a bildirdi ki, belə şəkil dərslikdə qətiyyən verilməməlidir: “ Bu cinayəti açıq-aşkar göstərir . Orta məktəb dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır.  Ardı »

Oxunma sayı: 322

Hüseyn Əhmədov -Azərbaycan pedaqogikasının patriarxı

Hüseyn Əhmədov, Almaz Həsrət

Bəli, bizim canlı əfsanəmiz olan pedaqogikamızın patriarxını. Azərbaycan pedaqogikasında öz xüsusi dəsti-xətti, örnək göstəriləsi çox dəyərli nümunələri olan Hüseyn Əhmədov bizim ləyaqətli ziyalımız, pedaqogikamızın canlı əfsanəsi və patriarxıdır. Mətbuatda xəbər verildiyi kimi bu il keçmiş SSRİ məkanında tanınmış alim, Sovetlər birliyi dövründə 70 il ərzində Azərbaycandan SSRİ Pedaqoji Elmlər Akademiyasına seçilən cəmi 4 nəfər alimdən biri – sonuncusu olan pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin 70, anadan olmasının 90 illiyi tamam olmuşdur. Ardı »

Oxunma sayı: 269

Ekspert qəzetinə açıqlamam: “Dəyişikliklər uşaqların inkişafı üçün mühüm addımdır”

Almaz Həsrət

“Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklamların qadağan olunması uşaqların həm düzgün formalaşması, həm də dərslərdən fikirlərinin yayınmasınının qarşısını almaq üçün önəmlidir. “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər uşaqların inkişafı üçün mühüm addımdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 269

Həftə.az-a açıqlamam: “Bu gündən “Sabahın alimləri” müsabiqəsi başlayır”

Almaz Həsrət

Ekspertlərin fikrincə, bu kimi müsabiqələr elm yolunda irəliləmək istəyən şagirdlər üçün böyük stimul sayıla bilər.  Fevralın 15-dən etibarən “Sabahın alimləri “VI Respublika müsabiqəsinə start verilir. Qeyd edək ki, Təhsil Nazirliyinin və tərəfdaşlarının təşkilatçılığı ilə keçirilən müsabiqə ildən-ilə təkmilləşdirilir. Bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Azərbaycanda 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” müsabiqəsində indiyədək 730 şagird iştirak edib.  Ardı »

Oxunma sayı: 293

Şərq qəzetinə açıqlamam…

Almaz HəsrətYENİ QƏBUL QAYDASI PROFESSORU DA SEVİNDİRDİ, MÜƏLLİMİ DƏ.
“Dövlət əlindən gələni edir ki, gənci küçədə qalmasın, ali məktəbə daxil olsun”. Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçiriləcəyini deyib. Onun sözlərinə görə, qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etmək imkanı verilir: “Yəni abituriyentlərin iki şansı olacaq. Ardı »

Oxunma sayı: 319

Sia.az-a açıqlamam…

Almaz Həsrət

Almaz Həsrət

Bəzi insanlar niyə ixtisaslarına uyğun olmayan işlərdə çalışır? EKSPERT RƏYİ.
“Bəzi gənclərimiz və ümumiyyətlə bir çox insanlar öz ixtisaslarına uyğun olmayan işlərdə çalışırlar. Bunun səbəbi isə təəssüf ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərin yalnız topladığı bala uyğun təhsil müəssisəsi və sahəsinə yönəldilməsidir. Çox vaxt abituriyent istəmədiyi və ya baza biliyi mükəmməl olmadığı ixtisas üzrə ali təhsil almaq məcburiyyətində qalır. Nəticədə isə, o məzun həmin ixtisas üzrə bilik keyfiyyəti aşağı olan diplomlu şəxsə çevrilir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib. Ardı »

Oxunma sayı: 222

Elektron dərsliklərə maraq xeyli artıb

Bu sistemdən təkcə yanvar ayı ərzində 63 mindən çox istifadəçi onlayn olaraq istifadə edib.  Elektron dərslik portalının onlayn istifadəçilərinin yanvar ayı üzrə müqayisəli statistikası açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, statistikada son 3 ildə yanvar ayları üzrə onlayn istifadəçilərin sayı əks olunub. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində www.e-derslik.edu.az portalından 63.442 istifadəçi onlayn olaraq istifadə edib. Bu rəqəm 2015-ci ilin yanvar ayı ilə müqayisədə (10.612) 6 dəfə, 2016-ci ilin yanvar ayı ilə müqayisədə isə (31.776) 2 dəfə çoxdur. Ardı »

Oxunma sayı: 195

“Orta məktəblərin bəzilərində keçid dövrü baş verir”

Almaz Həsrət

Almaz Həsrət

Çoxları elə zənn edir ki, gözəl nitq qabiliyyəti və sərrast diksiya yalnız aparıcılara və ya ictimaiyyət qarşısında çıxış etməli olan digər insanlara lazımdır. Lakin heç bir işi olmayan, vaxtını daha çox evdə keçirən evdar xanımların da səlis danışıq qabiliyyətinə yiyələnməsi vacibdir. Şagirdlərin orta məktəbdə oxuduqları zaman düzgün nitq qabiliyyətini mənimsəmələrində müəllimlə bərabər valideyn də önəmli rol oynayır. Məlumdur ki, şagirdlərin yazı və nitq qabiliyyətlərinin aşkarlanması üçün son zamanlarda orta məktəblərin buraxılış imtahanlarında bir sıra dəyişikliklər edildi. Ardı »

Oxunma sayı: 427

“Sputnik”ə açıqlamam: 20 Yanvar hadisələrinə necə yanasilmalidir

Almaz Həsrət

Almaz Həsrət

Tarixçi: “Qılıncının önü də, arxası da kəsən sovet imperiyasına dirəniş göstərilməsi qəhrəmanlıq kimi qəbul edilməlidir”.
Bu gün 1990-cı il “Qanlı Yanvar” hadisələrindən 27 il keçir. 27 ildir ki, “bu qan yerdə qalmayacaq” deyib, bu hadisələrin özümüzdən sonrakı nəsillərin yaddaşından silinməməsinə çalışırıq. Bu gün ailələrdə, bağçalarda, məktəblərdə Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı hadisələri uşaqlara müxtəlif formalarda tədris edilir. Bəs əslində necə olmalıdır? Vətənpərvərlik ruhu uşaqlara necə aşılanmalıdır?  Ardı »

Oxunma sayı: 236
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters