Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

‘əməkdar müəllim’ yarlıqlı göndərişlər

“Orta məktəblərin bəzilərində keçid dövrü baş verir”

Almaz Həsrət

Almaz Həsrət

Çoxları elə zənn edir ki, gözəl nitq qabiliyyəti və sərrast diksiya yalnız aparıcılara və ya ictimaiyyət qarşısında çıxış etməli olan digər insanlara lazımdır. Lakin heç bir işi olmayan, vaxtını daha çox evdə keçirən evdar xanımların da səlis danışıq qabiliyyətinə yiyələnməsi vacibdir. Şagirdlərin orta məktəbdə oxuduqları zaman düzgün nitq qabiliyyətini mənimsəmələrində müəllimlə bərabər valideyn də önəmli rol oynayır. Məlumdur ki, şagirdlərin yazı və nitq qabiliyyətlərinin aşkarlanması üçün son zamanlarda orta məktəblərin buraxılış imtahanlarında bir sıra dəyişikliklər edildi. Ardı »

Oxunma sayı: 294

ADPU-da keçirilən dəyirmi masada iştirak

Almaz Həsrət

Almaz Həsrət

Yanvar ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsil Nazirliyinin (TN), Təhsil İnstitutunun (ARTİ), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər. Ardı »

Oxunma sayı: 128

Almaz Həsrət : Bilik mənbəyi sayılan əsl dəyərli ziyalılarımızı dinləməliyikmi?

Almaz Həsrət

Almaz Həsrət

Hörmətli dostlar, həmkarlar və valideynlər!
Bilik mənbəyi sayılan əsl dəyərli ziyalılarımızı dinləməliyikmi?…
Sizcə, Yaşlı nəslin bilgiləri bizə lazımdırmı?
Dünyamız yeniləndikcə, tarixi sübutlar üçün köhnə biliklər bizim gərəyimizə gəlmirmi? Yeni texnologiyaların hamısının əsasını köhnə fiziki hadisə və qanunlar təşkil eləmirmi?… Son günlərdə bir ziyalımızın səhifəsində fikrimi bildirmişdim, amma fikrimə orada tanıdığım hörmətli elm adamlarının rəylərinin olmadığını (1 nəfər xaricdə yaşayan azərbaycanlı gənc alimimiz, Pərviz Əmiraslan bəydən başqa, sağ olsun) müşahidə elədim… Ardı »

Oxunma sayı: 133

“İKT tətbiqi ilə hazırlanan istənilən dərs şagirdlər üçün maraqlı olur”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Müəllimlər tərəfindən hazırlanmış dərslər diqqətlə, təkrar-təkrar oxunmalı, redaktə olunmalı, müzakirə edilməli və sonra internetə yüklənməlidir. Həmin resursların yoxlanmasını təmin edən bir bazanın yaradılmasına çox ehtiyac var”  Layihə çərçivəsində müsahibimiz Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Almaz Həsrətdir. “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaitin müəllifi ilə söhbətimiz də təhsildə İKT-nin tətbiqi ilə bağlıdır: Ardı »

Oxunma sayı: 164

“Müəllimlərin İKT bilikləri orta səviyyədən yuxarı olmalıdır”

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət: “Əsl “müasir müəllim” adını qazanmaq üçün müəllim, gərək öz üzərində daha çox çalışa və onun İKT savadı daha mükəmməl ola”.  Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Əməkdar müəllim və “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan Almaz Həsrət Azərbaycan İnternet Forumun üzvü, Almaniyanın ikidillilik və mədəniyyətlərarası kommunikasiya şurasının metodisti, beynəlxalq dərəcəli təlimçi, təhsil eksperti, Biologiya dərsliklərinin (VII, VIII, X, XI siniflər üçün), Biologiya lüğəti kitabının həmmüəllifi, yerli və xarici mətbuatda 100-ə qədər, elmi jurnallarda 50-dən çox elmi məqalənin müəllifidir. Ardı »

Oxunma sayı: 159

“İKT şəbəkələri sistemi təhsildə özünü doğrultmuş bir sistemdir”

Almaz Həsrət

Almaz Həsrət

Əməkdar müəllim Almaz Həsrət: “Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində kompüter, elektron təhsil, internet – onlayn təhsilə dair fənlər tədris olunmalı, yeni pedaqogika – elektron pedaqogikası yaranmalıdır”.
Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi, Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Onu da qeyd edək ki, Almaz Həsrət Azərbaycan İnternet Forumun üzvü, Almaniyanın ikidillilik və mədəniyyətlərarası kommunikasiya şurasının metodisti, beynəlxalq dərəcəli təlimçi, təhsil eksperti, Biologiya dərsliklərinin (VII, VIII, X, XI siniflər üçün), Biologiya lüğəti kitabının (izahlı və illüstrasiyalı, 480 səhifəlik, 2011) həmmüəllifi, yerli və xarici mətbuatda 100-ə qədər, elmi jurnallarda 50-dən çox elmi məqalənin müəllifidir. Ardı »

Oxunma sayı: 132

“Şərq”ə aşıqlamam: “DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ BİR SÜZGƏCDİR”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Müəllimlər çəkinməli, qorxmalı deyillər”.
Ölkəmizdə müəllimlərin iş qabiliyyətinin, bilik və bacarıqlarının yoxlanılması ilə bağlı keçirilən imtahanlar pedaqoqun səviyyəsinin müəyyənləşməsinə olmasına imkan yaradır. İmtahanlardan uğurlu nəticə əldə edən müəllimlər işlərində yüksək potensiala malik olduqlarını da sübut etmiş olurlar. Professional pedaqoji təlim və təhsil, peşəkar psixoloji keyfiyyətlərə malik olmaq hər bir müəllimin işində əsas meyar hesab olunmalıdı.  Ardı »

Oxunma sayı: 86

İnter.az TV kanalının “İncə saat” verilişində

123Respublikanın əməkdar müəllimi Almaz Həsrət İnter.az TV kanalının “İncə saat” verilişinin qonağı olub. Ardı »

Oxunma sayı: 139

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Almaz Həsrət

Almaz Həsrət

Kaspi qəzetinə açıqlamam:
Bu məsələdə təhsil ekspertlərinin fikirləri də haçalanır. Orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai siniflərdə oxuyan şagirdlər üçün sinif müəllimləri çox vaxt kulta çevrilir. Uşaqlar müəllimə o qədər alışırlar ki, nəinki onun tədris metodunu sevir, hətta jestlərini, mimikasını, hərəkətlərini əzbərləyir, özlərini ona oxşatmağa çalışırlar. İbtidai sinif pilləsində bəzən müəllimin məktəbdən ayrılıb sinfi yarıda buraxması, az hallarda olsa belə sinif müəlliminin dəyişdirilməsi və s. bu kimi hallar şagirdlər tərəfindən ruh düşkünlüyü ilə qarşılansa da, valideynlər bu məqama daha narazı yanaşırlar. Ardı »

Oxunma sayı: 68

Yüksək bal toplayan müəllimlər işsiz qalıb

Almaz Həsrət

Almaz Həsrət

“Vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir”

İşə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər bir neçə gün əvvəl Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar müəllimlərin işə qəbulu imtahanında yüksək bal topladıqlarını, lakin işlə təmin olunmadıqlarına etiraz ediblər. Müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar nazirlikdən hüquqularının bərpa olunmasını tələb ediblər. Etirazçılar bildiriblər ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb… Ardı »

Oxunma sayı: 227

Yüksək bal toplayan müəllimlər işsiz qalıb

Almaz Həsrət

Almaz Həsrət

“Vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir”.
İşə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər bir neçə gün əvvəl Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar müəllimlərin işə qəbulu imtahanında yüksək bal topladıqlarını, lakin işlə təmin olunmadıqlarına etiraz ediblər. Müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar nazirlikdən hüquqularının bərpa olunmasını tələb ediblər. Ardı »

Oxunma sayı: 66

İnternet və TV-dən qaçmaqla yüksək bal toplamaq məqbuldurmu?

5Məsələyə pedaqoji və psixoloji tərəflərdən yanaşdıqda maraqlı məqamlar ortaya çıxır.  Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin “Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Çünki onlardan istifadə edəndə günün çox hissəsi gedir” kimi fikirləri indi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yüksək bal toplayan həmin abituriyentlərə “Halal olsun, imtahanlara bu cür hazırlaşmaq lazımdır” deyənlərlə yanaşı, “İnternet və TV-lərsiz dünyagörüşü məhdudlaşır” deyənlər də çoxdur. Ardı »

Oxunma sayı: 78

Keçid balı az olmamalıdır

Almaz Həsrət

Almaz Həsrət

200 bal həddindən artıq aşağıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. Qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.
Bəzi ekspertlər isə müəyyən olunan keçid balının həddindən artıq aşağı olduğunu iddia edərək gələcəkdə doğuracağı fəsadlardan söz açıb. Ardı »

Oxunma sayı: 60

Ekspress qəzetinə açıqlamam: “Qəbul imtahanları üç fəndən ibarət olacaq?”

Almaz Həsrət

Almaz Həsrət

“Gələcəkdə ali məktəblərə qəbul imtahanları cəmi 3 fəndən ibarət ola bilər”. Bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN radio”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə, I və II qruplarda olan riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. “Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun”. Ardı »

Oxunma sayı: 708

Mətbuata açıqlamam: “Qü­sur­lu dərs­lik­lə­ri­miz”

Əməkdar müəllim  Almaz Həsrət

Əməkdar müəllim
Almaz Həsrət

Əmək­dar mü­əl­lim, təh­sil eks­per­ti Al­maz Həs­rə­tin söz­lə­ri­nə gö­rə, hər gö­rü­lən iş­də müt­ləq ki­çik də ol­sa qü­sur olur: “Elə in­san­lar var ki, dərs­lik­lər­də olan müs­bə­ti de­yil, yal­nız ki­çik də ol­sa xır­da qü­sur­la­rı ax­tar­ma­ğa ça­lı­şır­lar. San­ki bu­nun­la öz­lə­ri­ni da­ha mü­kəm­məl sa­va­da ma­lik ol­du­ğu­nu gös­tər­mək is­tə­yir­lər. Am­ma bu qü­sur­la­rı bö­yüt­mək­dən­sə səhv­siz ki­tab­la­rın ha­zır­lan­ma­sı yo­lun­da bir­gə fəa­liy­yət gös­tər­mə­yə cəhd gös­tər­mək gə­rək­dir. Bu iş­də də yal­nız bir­lik və dəs­tək ol­ma­lı­dır”. Ardı »

Oxunma sayı: 526
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters