‘ən yaxşı müəllim’ yarlıqlı göndərişlər

2013-cü ilə qədər olan uğurlarım

Almaz Həsrət

Almaz Həsrət

İki saytım və dərs nümunələrim 3 dəfə “Elektron məktəb” müsabiqəsinin qalibi olub.
Prezident İlham Əliyevin 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi ölkəmizin bu sahədə doğrudan da son illər çox böyük uğurlar əldə etməsinin daha bir göstəricisidir. Yenilikçi və çalışqan təhsil işçilərinin səyləri nəticəsində elektron təhsillə bağlı yeniliklərin sayı durmadan artır.

Mən də bir yenilikçi pedaqoq kimi Azərbaycanda ilk olaraq fərdi müəllim saytı – almazhasret.com və onun ardınca da biologiya sahəsində ilk fənn saytını – biologiya.org quraraq istifadəyə vermişəm. 2007-ci idən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Web 2.0 – sosial servislərin təhsildə tətbiqi və pedaqoji imkanları barədə işlərimi şəxsi saytımda yerləşdirməyə başlamışdım.  Ardı »

Oxunma sayı: 5307

“Ən yaxşı məktəb” müsabiqəsinə 132 məktəb müraciət edib

Misir Mərdanov Təhsil naziri

Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 481 nəfərin sənəd təqdim etdiyi bildirib. 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət edilib. Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Təhsil naziri Misir Mərdanov 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu bildirib. Ardı »

Oxunma sayı: 2506

“Ən yaxşı müəllim” müsabiqəsinin ekspertlərilə görüş

Fevralın 14-də “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin uğurla nəticələnməsi ekspertlərdən ibarət fənn komissiyalarının fəaliyyətindən asılı olduğundan ekspertlərin hər biri yüksək məsuliyyət, obyektivlik nümayiş etdirməlidir.  Ardı »

Oxunma sayı: 3858

“Ən yaxşı müəllim” adı uğrunda mübarizə davam edir

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə təhsil naziri builki “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində sınaq dərsləri dinləniləcək 28 müəllimi (10 nəfər ibtidai sinif, 10 nəfər riyaziyyat, 8 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi) növbəti mərhələdə iştirak hüququna yiyələnmələri münasibətilə təbrik edib, sağlam rəqabətə əsaslanan bu müsabiqədə onların hər birinə nailiyyətlər arzulayıb. Ardı »

Oxunma sayı: 6920

Uğur və zirvə ili

2010-cu il mənim həyatımda uğur və zirvə ili oldu! Həm bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün uğur və nailiyyətlərimə görə öncə valideynlərimə, müəllimlərimə və sonra da məni əhatə edən yaxşı insanlara çox minnətdaram. Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai rayonundakı 204 nömrəli orta məktəbdə biologiya müəllimi kimi başladım. Hazırda da bu məktəbdə çalışıram. 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldum. Ardı »

Oxunma sayı: 4969

Yüksək fəxri ad və “Tərəqqi” medalı alması xəbərini kim necə qarşılayıb

Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi orden və medallarla, “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub. Təltif olunanlar, bütövlükdə təhsil ictimaiyyətimiz bunu ölkə başçısının təhsilə, təhsil işçilərinə davamlı olaraq göstərdiyi diqqət və qayğının yeni nümunəsi kimi qarşılayıb, müəllim əməyinə verilən yüksək qiymət kimi dəyərləndiriblər. Ardı »

Oxunma sayı: 7067

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür: “Valideyinlərim həkim olmağımı istəyirdilər”

5 oktyabr Beynəlxalq Müəllimlər Günü – bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur. Hazırda ölkədəki 4529 ümumtəhsil məktəbində təhsil alan 1 milyon 352 min 500 şagirdin təlim-tərbiyəsi ilə 168 min 356 müəllim məşğul olur.

Dünən bu günü qeyd edən müəllimlərimizdən biri də Almaz İsrayıl qızı Həsrətdir. Ardı »

Oxunma sayı: 12416

2009/2010: “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri

2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram:  1. 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən müəllimlər 5000 (beş min) manat Ardı »

Oxunma sayı: 5758

“Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb”

Misir Mərdanov

95 müəllim və 47 məktəb ən yaxşılardan hesab edilib

Modern.az xəbər verir ki, iyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.

İclasda təhsil naziri Misir Mərdanov deyib ki, 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayı getdikcə artır. Nazir müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim və məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin və şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayıb. Ardı »

Oxunma sayı: 5158

Qarabağ bölgəsinin təhsili etibarlı əllərdədir

F.Əliyeva, A.Həsrət, Mehparə xanım, R.Şərifov, Ə.Səmədov

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın GTZ təşkilatının dəstəyi və iştirakı ilə Fikrət Cəfərovun başçılıq etdiyi Davamlı İnkişaf Cəmiyyəti müəllim və şagirdlər arasında bilgiləndirmə işi aparır. 22 may yer üzündə biomüxtəliflik günü kimi qeyd edilir. Təbii ki, insanların biomüxtəlifliyi qoruması üçün Fikrət Cəfərov da öz təşkilatının imkanlarını səfərbər edib və doğrudan da çox ciddi işlərə imza atmaqdadır. 22 may Beynəlxalq Biomüxtəliflik günü ilə əlaqədar Bərdə və Füzulidə treninq keçirildi. Ardı »

Oxunma sayı: 5347

Müəllimlərimizin göstəriciləri artdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaranmasından keçən dörd il ərzində şəhərimizin təhsil sistemində davamlı inkişafa yönələn əsaslı dəyişikliklərin, inkişaf yönümlü proqram və layihələrin həyata keçiril-məsi danılmaz faktdır. Təbii ki, bu inkişaf yolunda şərəfli olduğu qədər çox çətin və məsuliyyətli pe-şə sahibləri olan dəyərli müəllimlərimizin əməyi əvəzsizdir. Hazırda Bakı şəhərinin ümumtəhsil məktəblərində 33 min 208 müəllim fəaliyyət göstərir. Onlardan 29 min 559-u qadın, 3649 – u isə kişidir.  Bu rəqəm 2006 – 2007 – ci tədris ilində 33 min 689, 2007 – 2008 – ci ildə 33 min 491, 2008 – 2009 – cu tədris ilində isə 33 min 602 nəfər olub. Ardı »

Oxunma sayı: 2887

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş

Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Ardı »

Oxunma sayı: 4155

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Ardı »

Oxunma sayı: 3248

“Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş

Aprelin 16-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərinin təşkil ediləcəyi məktəb direktorları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşdə bildirib ki, ölkəmizdə 3 ildir “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Nazir “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sənədləri ekspertizadan keçmiş müəllimlərin II mərhələdə müəyyən olunmuş qaydaya görə Bakı şəhərinin seçilmiş məktəblərində sınaq dərsi deyəcəklərini qeyd edib. Ardı »

Oxunma sayı: 11623

“Mükafatı dərsimin keyfiyyətinin daha da yaxşılaşması üçün xərcləyəcəm”

M. Mərdanovun diplom təltifiAlmaz Həsrət: Ən böyük uğur, ən şərəfli diplom Prezident İlham Əliyevin Sərəncamı ilə aldığım “İlin ən yaxşı müəllimi” diplomudur

Təhsil Nazirliyində onun haqqında rəy çox yüksəkdir. Şəhid Ələkbər Əliyev adına orta 204 saylı ümumtəhsil məktəbində biologiya fənnini tədris edən Almaz Həsrət peşəsinə dərindən yiyələnən, digər fənlərlə tədris etdiyi fənn arasında məharətlə əlaqə quran əsl peşəkardır. Onun öz peşəsi ilə əlaqəli ixtisaslardan biri də prioritet sahələrdən hesab edilən informasiya-kommunikasiya texnologiyalardır (İKT). Almaz xanımın bu texnologiyanın uğurlu tətbiqi nəticəsində qazandığı nailiyyətlər dərsinin keyfiyyətində də, qiymətləndirilməsində də öz rolunu oynayıb. İndi onun 20-dən çox qalib diplomu və fəxri fərmanları var. Buna baxmayaraq, onun üçün ən böyük uğur, ən şərəfli diplom Prezident İlham Əliyevin Sərəncamı ilə aldığı “İlin ən yaxşı müəllimi” diplomudur. Almaz Həsrət 2008-2009-cu tədris ilinin yekunlarına əsasən, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biridir. Ardı »

Oxunma sayı: 5403
Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters